Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

R10: “Joga bonito”nun son təmsilçisi

R10: “Joga bonito”nun son təmsilçisi

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol, təkcə qolların vurulduğu, xalların qaznıldığı bir yarış deyil; o, həm də mədəniyyətin, bədii ifadənin, hətta fəlsəfənin bir parçasıdır. Futbol bir tərəfdən dəyişkən rəqəmlərlə ölçülən performans idmanıdır, digər tərəfdən isə estetik zövq doğuran bir sənət formasıdır. Günümüzdə isə futbol bir idman növü olmaqdan çıxaraq, müxtəlif xalqların sosial dinamikasına, emosional dünyasına və kollektiv yaddaşına təsir edən bir ifadə forması halına gəlib. Bu kontekstdə bəzi futbolçular var ki, onlar meydandakı çıxışları ilə qaydaları deyil, oyunun ruhunu dəyişdirirlər. Bu futbolçulardan biri də şübhəsiz ki, Ronaldinyo olub.

Ronaldinyo adi bir futbolçu deyildi. O, təkcə texniki bacarıqları ilə yox, oyuna gətirdiyi bənzərsiz yaradıcı yanaşması ilə də həmkarlarından xeyli fərqlənirdi. Ronaldinyonun oyun tərzi futbolun sənət, azadlıq və instinktiv ifadə forması olduğunu xatırladırdı. San-Paulonun qumlu sahillərindən, dar küçələrindən gələn bu oyun fəlsəfəsi onun meydanda sərgilədiyi hər toxunuşda, hər fənddə və hər təbəssümdə öz əksini tapırdı.

Braziliya futbolu 1950-ci illərdən etibarən “joga bonito” – yəni “gözəl oyun” anlayışı ilə tanındı. Bu fəlsəfə funksionallıqdan daha çox estetikaya və fərdi istedada əsaslanırdı. Pele, Qarrinça, Ziko, Sokrates və daha sonra Ronaldinyo – bu oyunçular meydanda rəqibi aldadaraq keçməkdən çox, onu heyrətləndirmək niyyətində idilər.

Ronaldinyo bu məktəbin XXI əsrdəki əsas təmsilçisi idi. Lakin futbolun Avropalaşması – yəni daha sistemli, nəzarətə əsaslanan, taktiki cəhətdən idarə olunan oyun tərzinin yayılması – bu estetik məktəbin arxa plana keçməsinə səbəb oldu.

Ronaldinyonun texniki göstəriciləri yüksək olsa da, onu qeyri-adi edən bu deyildi. Çünki bu göstəricilərə malik çoxlu oyunçular olub və indi də var. Əsas məsələ onun oyuna gətirdiyi üslub idi. Məsələn, baxmadan ötürmə onun imzası idi. Bu yalnız sadə bir texnika deyil, həm də oyunun teatrlaşdırılması, tamaşaçı ilə vizual və emosional əlaqə idi. O, hər dəfə meydanda fərqlənəndə qol sevincini belə oynaq bir azadlıq aktına çevirməyi bacarırdı.

Ronaldinyosuz futbol simasında gülüş olmayan bir uşaq kimidir.

Bugünkü futbol artıq dataların, qrafiklərin, pressinq xəritələrinin idarəsindədir. Futbolçuların hər bir hərəkəti, qaçış məsafəsi, pas dəqiqliyi bir çox indekslərlə təhlil olunur. Bu, müasir futbolun mükəmməlləşdirilmiş versiyasıdır. Lakin bu versiya bəzən spontanlığı və yaradıcılığı məhdudlaşdırır.

Bunu ən yaxşı Arsen Venger ifadə edib: “Ronaldinyo topa toxunduqda sən onun təbəssümünü görmədən belə gülümsəyirdin.”

Bu gün oyunçular artıq Ronaldinyo kimi oynaya, hətta onun kimi içdən gülə bilmirlər. Onlar çox çalışır, çox qaçır, daha çox məhsuldardırlar. Amma bu, sehr deyil, mühəndislikdir.

Məşhur alman filosof Fridrix Nitsşe sənət tarixini “Apollonçu” (rasionallığa əsaslanan) və “Dionisçi” (coşqun, hissiyyatlı) iki tendensiyaya ayırır. Əgər müasir futbol Apollonçudursa, yəni sistematikaya, texnikaya və strategiyaya əsaslanırsa, onda Ronaldinyonu əminliklə Dionisçi adlandıra bilərik. Çünki o, oyunu daxilindən gələn impulslarla oynayırdı, sərbəst idi, azad idi.

Bu baxımdan, Ronaldinyo futbolda itməkdə olan dionisçiliyin son təmsilçilərindən biri idi. Onun yoxluğu, futbolda insan təbiətinin emosional, hətta irrasional tərəfinin də zəiflədiyini göstərir.

Bəlkə də, Ronaldinyosuz futbol, texniki baxımdan daha güclüdür. Amma əminliklə deyə bilərik ki, emosional baxımdan daha kasıbdır. O, bu bənzərsiz oyunda “niyə” sualına cavab verən nadir simalardan biri idi. Onun yoxluğunda isə futbol daha çox nəyə görə oynanıldığını xatırlatmaqda çətinlik çəkir.

Ronaldinyo bizə göstərdi ki, futbol yalnız qələbə üçün yox, həm də sevinc, azadlıq və özünü ifadə etmək üçün oynanılır.

Orxan İsmayılov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 İyun 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri