Icma.az
close
up
RU
Menu

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Qəhvə iç və daha uzun yaşa...

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

Nazir sammitdə təhsildən danışdı

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

Naxçıvanla maneəsiz nəqliyyat regionun bütün ölkələri üçün faydalı olacaq Türkiyə Milli Təhlükəsizlik Şurası

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

Taciri toyda zəhərlədilər

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

“Rafiqin işığı hələ də bizi ruhlandırır...” musiqiçilər bəstəkar Rafiq Babayev haqqında

“Rafiqin işığı hələ də bizi ruhlandırır...” musiqiçilər bəstəkar Rafiq Babayev haqqında

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 may, Tatyana İvanayeva, AZƏRTAC

Bakıda Azərbaycanın Xalq artisti - caz musiqiçisi, bəstəkar, dirijor, aranjimançı, kino musiqisi müəllifi Rafiq Babayevin xatirəsinə həsr olunmuş “Azeri Jazz Novels” konserti keçirilib. Bakı Musiqi Akademiyasının Opera Studiyasının Konsert zalında tam anşlaqla keçirilən tədbir ölkəmizdə caz musiqisinin ən görkəmli nümayəndələrini bir araya gətirib.

AZƏRTAC -ın müxbiri musiqiçilər və dahi cazmenin ailə üzvləri ilə söhbət edib.

Farizə Babayeva - musiqişünas, Bakı Kukla Teatrının aktrisası, publisist, şairə, Rafiq Babayevin qızı:

- Düz qırx il əvvəl, 1985-ci ildə elə həmin səhnədə atam Rafiq Babayev öz caz qrupu ilə çıxış edib. Bu, onun Estrada Simfonik Orkestrinin solistlərindən ibarət növbəti caz qrupu idi. Ona görə də atamla birgə, o cümlədən həmin konsertdə çıxış edən musiqiçilərin bu gün səhnəyə çıxması xüsusilə dəyərlidir. Məhz o zaman həmin konsert çərçivəsində bu gün çoxları üçün artıq bir növ tədris vəsaitinə çevrilmiş bəstələr ifa olunurdu. Və ən vacibi odur ki, çoxlu gənclər var. Bu məni çox sevindirir! Onun faciəli ölümündən sonra dünyaya gələn musiqiçilər səhnəyə çıxırlar. Ancaq onlar üçün o, ustaddır! Bu, bir daha sübut edir ki, yarım əsrdən çox əvvəl yaradılmış Rafiq Babayev məktəbi fəaliyyətdədir, mövcuddur və inkişaf edir.

O vaxt necə həyəcan keçirdiyimi xatırlayıram. Mən indi də həyəcan keçirirəm... çox... Baxmayaraq ki, indi oğullarım və onların dostları belə bir geniş tədbirin keçirilməsi, Rafiq Babayevin xatirəsinin və irsinin qorunub saxlanması üçün əllərindən gələni edirlər. Bu çox xoşdur. Axı atamın vəfatından sonra bütün bu illər ərzində bu işlə mən, bacım və anam məşğul olmuşuq. Bu gün isə artıq növbəti nəsil hər şeyi öz əlinə alıb. Xüsusilə qeyd etmək istəyirəm ki, konsertdə atamın bacısı Vəsilə bibim də iştirak edirdi. Onun 98 yaşı var. O, Almaniyada yaşayır, lakin xüsusilə konsert üçün gəldi! O, həmişə hamını birləşdirib. O, janrları birləşdirirdi. O, müdrikləri və axtarışda olanları birləşdirirdi. O, nəsilləri birləşdirirdi və bunu etməkdə davam edir.

Siyavuş Kərimi - Azərbaycanın Xalq artisti, bəstəkar, professor:

- Rafiq Babayev görkəmli musiqiçi və pianoçu, gözəl rəhbərdir. O, sanki mənim həyatıma mənim davam etməli olduğum yolun əsasını qoydu. Biz birlikdə həm SSRİ-nin, həm də Avropanın, Şimali və Cənubi Amerikanın bir çox ölkəsini gəzdik. Taleyə minnətdaram ki, həyatımda böyük rol oynayan Rafiq müəllim kimi şəxsiyyət olub...

O, muğam əsasında tonal cazın yaradıcısı olub. Rafiq muğam əsasında cazın ideyasını Vaqif Mustafazadəyə verdi. Çünki onda bu daha maraqlı alınırdı. Bu, Rafiq Babayevin yaradıcılıq axtarışlarında çoxlu maraqlı məqamların yalnız kiçik bir hissəsidir. Əbəs yerə dahi Rəşid Behbudov onunla işləməyə başlamamışdı! O, kimi dəvət edəcəyini bilirdi və şübhəsiz ki, Rafiq onun da yaradıcılığına təsir edirdi..

Vaqif tez-tez Rəşid Beybudov adına Mahnı Teatrına gəlirdi, orada Rafiqlə söhbət edirdilər, biz hamımız isə yığışıb iki dahinin söhbətini dinləyirdik! Yadımdadır, Rafiq ortaq albom yaratmağı, plastinka (val) buraxmağı təklif edirdi və elə bil ki, artıq razılaşmalar əldə edilmişdi və bəzi istiqamətlər artıq qeyd olunurdu. Amma təəssüf ki, Vaqif dünyasını dəyişdi. Vaqifin qəfil ölüm xəbərini aldığımız gün Rafiq bütün gecəni alətinin başında oturub ifa edirdi... Vaqif üçün ifa edirdi...

Qətiyyətlə səsləndirməyi özümə borc bilirəm ki, atasının vəfatından sonra əsl azərbaycanlı kimi Vaqifin qızı Əzizəni səhnəyə çıxaran Rafiq olub. O, Əzizə ilə gecə-gündüz məşğul olurdu və bu, onun dünya miqyasında uğur qazanmasının və indiki zamanda əldə etdiyi zirvələrin əsasına çevrildi. Əzizə ilə dərs vaxtı gələndə bizi necə fəal şəkildə yola saldığını xatırlayıram.

Şübhəsiz ki, Rafiq Azərbaycanın musiqi mədəniyyətini zənginləşdirib. O olmasaydı, əlbəttə ki, çətin olardı... Düşünürəm, o, sağ olsaydı, mədəniyyətimiz ancaq qazanardı... Bizə yalnız Rafiqin musiqisini dinləyib ifa edərək onun xatirəsi ilə yaşamaq qalır.

Cəmil Əmirov - Azərbaycanın Xalq artisti, bəstəkar:

- Rafiq Babayev Azərbaycan cazında bütöv bir dövrdür. O, xalq musiqisi ilə, xalq çalğı alətləri ilə, caz və estrada istiqamətlərində möhtəşəm, müxtəlif sintezlərdən ibarət böyük bir “baqaj” qoyub. Mən onu öz mənəvi atam, müəllimim və dostum hesab edirəm. Caz musiqiçisi kimi inkişafımda onun köməyi əvəzsiz oldu. Demək lazımdır ki, onun arzusu sakitcə öz işini görmək, yaradıcılıqda azad olmaq idi. Onun estrada-simfonik orkestrinin direktoru vəzifəsinə təyin olunması xüsusi yaradıcılıq stimulu oldu. Axı caz musiqiçisi üçün məhz azadlıq əsas şərtdir. Demək olar ki, Rafiq o vaxt dünyanı gəzirdi yaradıcılığın zirvəsində idi.

Faciə baş verəndə hamımız çox sarsıldıq. Bu dahi musiqiçinin o qədər planları var idi ki... O cümlədən yarımçıq bir albom. Yadımdadır, Rafiqin vəfatından sonra albom üzərində işə başlamaq mümkün deyildi. Bu, yəqin ki, ən dəhşətli an idi. Onun öhdəsindən gəlmə anı. Amma musiqidə o, yaşamağa və artıq başqa nəsil musiqiçilərin yaradıcılığına təsir etməyə davam edir.

Həyatda mən Rafiq Babayevdən hər şeyi öyrənmişəm, hələ də onu xatırlayaraq çox şey öyrənəcəyəm. O, dahi şəxsiyyətdir. Və bu insanda olan əsas cəhət onun hədsiz mehribanlığı və ədəbliliyi idi. Odur ki, o, mənim yaddaşımda parlaq bir işıq kimi qaldı.

Tofiq Cabbarov - Azərbaycanın Əməkdar artisti, zərb alətləri ifaçısı:

- Mən uzun illər orijinal “Qaya” qrupu ilə, 1986-cı ilin yanvarından 1994-cü ilin yanvarına kimi onun həyatını qısaldan faciəli günə qədər səkkiz il Rafiq Babayevə bağlı olmuşam. O vaxt, keçən əsrin səksəninci illərinin sonunda Rafiq müəllimin rəhbərlik etdiyi radio və televiziya estrada-simfonik orkestrini seçdim. Orkestrin kiçik heyəti var idi. Ovaxtlar səyahətlərlə dolu bir həyatımız var idi. Biz caz festivallarında çıxış edirdik, müsabiqələrdə iştirak edirdik, dünyanın bir çox ölkələrinə qastrola gedirdik, musiqimizi - Azərbaycan cazını təqdim edirdik. Rafiq bizim üçün bir dağ kimi idi. Onun arxasında özümüzü çox rahat hiss edirdik. O, həm insan, həm də musiqiçi kimi heyrətamiz idi. Biz ondan çox şey öyrəndik və Rafiq dünyasını dəyişəndə, düzünü desəm, hər şey dağıldı... Və elə bil caz Bakını tərk etdi... Amma Rafiqin varlığı mənim həyatımda davam edirdi. Tədricən vəziyyət dəyişdi və mən Salman Qəmbərov, Cəmil Əmirov, Siyavuş Kərimi ilə layihələr üzərində işləməyə başladım. Beləliklə, caz tədricən canlanmağa başladı və Rafiq Babayevin yaradıcılığı davam etdi. Yenə də daha çox dinləyiciyə “çıxış əldə etməyə” başlayan musiqisi kimi.

Emil Əfrasiyab - Azərbaycanın Əməkdar artisti, bəstəkar, pianoçu, musiqi prodüseri:

- Rafiq Babayevin xatirəsinə növbəti konsertdə iştirak etmək mənim üçün böyük şərəfdir. Məni daim dəvət edən və unutmayan qızlarına minnətdarlığımı bildirmək istəyirəm. Mən hər bir belə konsertə şübhəsiz ki, böyük məhəbbətlə hazırlaşıram. Çünki Rafiq Babayevin musiqi yaradıcılığı tükənməzdir. Ona görə də onun musiqisi ilə hər təmas bir növ yaradıcı triqqerə çevrilir, o mənada ki, həm bu, həm də digər bəstəni ifa etmək istəyi var...

Biz Azərbaycan musiqi mədəniyyətində böyük iz qoymuş böyük musiqiçilərimizin konsertlərini keçiririk. Həm də təkcə onda deyil, həm də ümumi mədəniyyət sektorunda. Onların arasında Rafiq Babayev və Vaqif Mustafazadənin də adları var. Hesab edirəm ki, bu gün mədəniyyətimizin inkişafı davam edir və biz estafeti gənclərimizə veririk. Azərbaycan Milli Konservatoriyasında populyar incəsənət və caz ifaçılığı şöbəsi fəaliyyət göstərir ki, hazırda burada çoxlu gənc və perspektivli musiqiçilər var ki, onlar da öz növbəsində bu ənənəni dəstəkləyirlər, bu janrı sevirlər, məhz Rafiq Babayevin musiqisini dinləyirlər və sıçrayışlarla inkişaf edirlər. Bu axşamla bağlı xoşbəxtliyimi gizlətmirəm - insanlar Rafiq Babayevin musiqisinin sehrinə qərq olmaq üçün xüsusi olaraq buraya toplaşıblar. Bu o deməkdir ki, Rafiq daim bizimlədir. O heç yerə getməyib... Onun musiqisi yaşayır. Biz mədəniyyətimizin təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınması üçün əlimizdən gələni edəcəyik!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see243

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see156

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see135

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see132

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see127

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see126

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see126

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see125

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see125

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see125

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see124

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see124

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

01 Oktyabr 2025 02:54see119

Naxçıvanla maneəsiz nəqliyyat regionun bütün ölkələri üçün faydalı olacaq Türkiyə Milli Təhlükəsizlik Şurası

30 Sentyabr 2025 22:37see117

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see117

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see117

İsveçdə qeyri qanuni IPTV dən istifadəyə görə cəza tətbiqi təklif edilir

01 Oktyabr 2025 02:51see116

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see115

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

01 Oktyabr 2025 01:04see114

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri