Icma.az
close
up
RU
Ramazanda qidalanmaya dair TÖVSİYƏLƏR

Ramazanda qidalanmaya dair TÖVSİYƏLƏR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ramazan ayında oruc tutanlar enerji səviyyəsini qorumaq, həzm sistemini rahat saxlamaq və sağlamlığı təmin etmək üçün qidalanmaya xüsusi diqqət yetirməlidirlər.

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-qastroenteroloqu Hicran Qurbanova məlumat verib.

O, sahur və iftarda qidalanma barədə deyib: “Ramazanda sahur oruc tutan şəxs üçün çox önəmlidir, çünki bu, gün ərzində enerjinin təmin edilməsi üçün əsas mənbədir. Sahurda kompleks karbohidratlar, o cümlədən çovdar çörəyi, yulaf, bulqur, düyü və ya tam taxıllardan ibarət qidaları qəbul etmək məsləhət görülür. Həmin qidalar uzun müddət tox qalmanı və enerjini təmin edəcək. Zülal mənbələri olan yumurtalar, süd, pendir kimi zülallı qidalar qəbul etmək bədəni uzun müddət enerjili saxlayır. Zülallar, həmçinin əzələ kütləsinin qorunmasına kömək edir. Sağlam yağlar (zeytun yağı, qoz, badam kimi) da enerji səviyyəsini artırır. Vitamin və mineral balansını təmin etmək üçün təzə tərəvəzlər (xüsusən salatlar) və meyvələrdən istifadə etmək çox əhəmiyyətlidir. Lifli qidalar mədənin tox qalmasına kömək edir. Sahurda bədənin su ehtiyacını qarşılamaq üçün su içmək lazımdır. İftarda qidalanma da sağlamlıq baxımından çox vacibdir. İftar zamanı birdən çox yeməkdən çəkinmək lazımdır. Əvvəlcə bir neçə xurma və ya bir stəkan su ilə başlamaq, sonra isə yüngül bir şorba içmək olar. İftar zamanı yeməkləri yavaşca çeynəmək və kiçik porsiyalarla yemək mədənin yığılmaması və həzmin rahat olması üçün vacibdir. Əsas yeməkdə kompleks karbohidratlar (kartof, düyü, bulqur), zülallar (ət, toyuq, balıq, paxlalılar), tərəvəzlər və sağlam yağlar (zeytun yağı, avokado) yer almalıdır. İftarda çox şəkərli, şirniyyatlı və yağlı yeməklərdən çəkinmək lazımdır. Bu cür qidalar enerji itkisinə və sağlamlıq problemlərinə səbəb ola bilər”.

Həkim-qastroenteroloqun dediyinə görə, oruc tutmaq bəzi şəraitlərdə məsləhət deyil və bəzi hallarda sağlamlıq riski yarada bilər: “Hansısa bir ciddi xəstəliyi, məsələn, ürək, böyrək və ya qan şəkəri problemi olanlar, oruc tutmaqdan çəkinməlidirlər. Şəkər xəstəliyi, hipertonik (yüksək təzyiq) və ya digər xroniki xəstəlikləri olanlar oruc tutmazdan əvvəl həkim məsləhəti almalıdırlar. Hamiləlik zamanı oruc tutmaq bəzən həm ana, həm də uşaq üçün riskli ola bilər. Ona görə də hamilə qadınlar oruc tutmamışdan əvvəl həkimlə məsləhətləşməlidirlər. Ana südü verən qadınlar da bəzən oruc tutmaqdan çəkinməlidirlər, çünki oruc, süd istehsalını azalda və ananın enerjisini azaldaraq südün keyfiyyətinə təsir göstərə bilər. Oruc tutmaq müəyyən yaşdan aşağı olan uşaqlar üçün məsləhət deyil. Çox yaşlı şəxslər oruc tutduqda çətinlik çəkə bilərlər. Bu halda oruc tutmamaq daha faydalıdır. Lakin hər bir halda həkim məsləhəti tələb olunur”.

Onun verdiyi məlumata görə, oruc, bədənin immunitet sistemini gücləndirə bilər: “Oruc zamanı hüceyrələr bədənin təmizlənməsi və zərərli maddələrdən (toksinlərdən) azad olması üçün daha effektiv işləyir. Bu, immunitet sistemini dəstəkləyərək infeksiyalara qarşı daha güclü edir. Oruc tutmaq uzun müddət ərzində qida qəbulunu məhdudlaşdırdığı üçün bədən artıq enerjini (yağları) yandırmağa başlayır. Bu, oruc tutan şəxsə çəki itirmək və piyləri azaltmaqda kömək edə bilər. Bundan başqa, bədənin insulin səviyyələrini tənzimləyərək, metabolizmanın daha effektiv işləməsinə səbəb ola bilər. Bu, şəkərli diabetin qarşısının alınmasına və ya idarəedilməsinə kömək edə bilər. Oruc qan təzyiqini, xolesterol səviyyələrini və trigliseridləri aşağı sala bilər. Bu, ürək-damar xəstəlikləri riskini azaldır və ürək sağlamlığını yaxşılaşdırır. Fiziki, həm də psixoloji faydalar təmin edə bilər. Oruc tutmaq insanın diqqətini cəmləşdirməyə, mənəvi inkişafını artırmağa və zehni rahatlamağa kömək edə bilər”.

Həkim-qastroenteroloq vurğulayıb ki, Ramazan ayında oruc tutan şəxsin fiziki fəaliyyəti özünə uyğun olmalıdır: “Oruc tutan şəxs bədənini çox yormamalı, eyni zamanda, sağlamlığını qorumağa davam etməlidir. Fiziki fəaliyyət zamanı bəzi məqamlara diqqət yetirmək vacibdir. Oruc tutarkən daha yüngül və azyorucu idman növlərinə üstünlük vermək tövsiyə olunur. Məsələn, yürüşlər, yüngül yoga, pilates və ya evdə edilə bilən sadə məşqlər yaxşı seçimdir. İftardan sonra fiziki fəaliyyət etmək ən ideal zamandır, çünki orucdan sonra bədənin enerjisi geri qayıdır. Bu vaxtda orucdan sonra yüngül idman və ya məşqlər etmək daha yaxşıdır. İftardan azı 30-60 dəqiqə sonra fiziki fəaliyyətə başlamaq məsləhət görülür. Sahurdan əvvəl idman etmək daha az tövsiyə edilir, çünki bədən hələ enerji və su ehtiyatlarına malik olmayacaq. Ancaq yüngül bir fəaliyyət (məsələn, qısa yürüş) sahurdan əvvəl edilə bilər. Oruc zamanı 20-30 dəqiqəlik yüngül və orta intensivlikdə idman etməyin sağlamlıq üçün heç bir ziyanı yoxdur”. (AzərTac)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri