Ramazanda sağlam qidalanmanın əsas prinsipləri Həkim açıqladı
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ramazan ayında düzgün qidalanma sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, sağlam qidalanma mövzusunda ən nümunəvi və praktik dövrlərdən biri məhz Ramazan ayıdır. Mütəxəssis bildirib ki, oruc zamanı insan aclıq hissini real şəkildə yaşayır və bu proses müəyyən çərçivədə orqanizm üçün faydalı hesab olunur.
Emin Məmmədov qeyd edib ki, tibbi praktikada ən sağlam qidalanma modellərindən biri məhz ac halda yemək yemək və susadıqda su içmək prinsipinə əsaslanır. Onun sözlərinə görə, bədənin aclığa adaptasiyası və dözümlülüyünün artırılması baxımından oruc tutmaq faydalı proses kimi qiymətləndirilir.
Mütəxəssis son dövrlərdə oruc tutmağa marağın artdığını da vurğulayıb. O bildirib ki, praktik müşahidələrə əsasən, hətta müəyyən sağlamlıq şikayətləri olan insanlar belə oruc tutmağa xüsusi maraq göstərirlər və bu tendensiya açıq şəkildə hiss olunur.
Emin Məmmədov əlavə edib ki, Ramazan ayında əsas məsələ düzgün və balanslı qidalanmanı təmin etməkdir. O, iftar və sahurda qəbul edilən qidaların tərkibi və miqdarının sağlamlıq baxımından xüsusi diqqətlə seçilməli olduğunu bildirib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Fevral 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















