Icma.az
close
up
RU
Ramid Namazov: Latviya qanunvericilərinə tövsiyəmiz odur ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin ruhuna zidd addımdan çəkinsinlər

Ramid Namazov: Latviya qanunvericilərinə tövsiyəmiz odur ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin ruhuna zidd addımdan çəkinsinlər

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il yanvarın 9-da Latviya parlamentinin Milli təhlükəsizlik komissiyası tərəfindən bu ölkənin Seyminə Latviya Respublikasının “Dövlət Sərhədi haqqında” və “İmmiqrasiya” qanunlarına dəyişikliklər edilməsi barədə sənəd layihələri daxil olub.

Təklif olunan dəyişikliklər MDB-yə üzv ölkələrin vətəndaşlarının Latviyaya daxil olarkən bir sıra şəxsi məlumatları, o cümlədən seçilmiş vəzifələrdə olan yaxın qohumları, seçkilərdə namizəd qismində iştirakı, dövlət və ya yerli idarəetmə orqanlarında rəsmi vəzifələrdə hazırkı və ya əvvəlki statusu barədə informasiya təqdim olunmasını nəzərdə tutur.

Bundan başqa, silahlı qüvvələrdə, xüsusi xidmət orqanlarında, sərhəd xidməti, gömrük xidməti, daxili işlər, ədliyyə orqanlarında və xarici işlər sahəsində xidmət keçib-keçmədiyi barədə məlumat da təqdim edilməlidir. Təqdim olunan məlumatlarda natamamlıq və ya yalan olacağı təqdirdə, həmin şəxsin cərimələnəcəyi bildirilir.

Eyni zamanda, ölkəyə daxil olmaq üçün Latviya Dövlət Təhlükəsizliyi Xidmətinin yazılı razılığı tələb olunacaq.

Bu dəyişikliklər qəbul olunsa, qeyd olunan tələblər bütün MDB ölkələri, o cümlədən Azərbaycan vətəndaşlarına da şamil olunacaq.

Məsələ ilə bağlı “Report”un sualını cavablandıran millət vəkili, MM-in Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri, Azərbaycan-Latviya parlamentlərarası

əlaqələr üzrə işçi qrupun üzvü Ramid Namazov bildirib ki, Latviya parlamenti indiyə kimi yüzlərlə qanun qəbul edib və bu onun suveren hüququdur:

“Lakin qeyd olunan qanun layihələri qəbul ediləcəyi təqdirdə, Azərbaycan vətəndaşlarının qanuni hüquq və azadlıqlarının pozulması halı baş verə bilər ki, bu da bizi narahat edir və qəbuledilməzdir”.

Ramid Namazov

Millət vəkilinin sözlərinə görə, latviyalı deputatlar bu təklifləri ölkənin milli təhlükəsizliyinə Rusiya və Belarusdan gələ biləcək təhdidlərlə əlaqələndirirlər və hesab edirlər ki, adıçəkilən dövlətlərlə MDB-yə üzv ölkələr bir sıra sahələrdə əməkdaşlıq etdikləri üçün onların vətəndaşlarına bu qaydalar tətbiq olunmalıdır.

“Bu məntiqlə çıxış etsək, o zaman Avropa İttifaqında Azərbaycana qarşı düşmənçilik edən bir-iki dövlət var ki, onlar da Latviya vətəndaşlarını ölkəmizə qarşı qanunsuz fəaliyyət aparmağa sövq edə bilərlər. Bu o deməkdir ki, Aİ-nin bir üzvünün fəaliyyətinə görə, digər üzv ölkə vətəndaşları “cəzalandırılmalıdır”?!”, deyə R.Namazov qeyd edib.

Həm də nəzərə almaq lazımdır ki, Latviya vətəndaşları Asan Viza sistemi vasitəsilə Azərbaycana səfər etmək üçün ən tez üç saat, ən gec üç gün müddətində viza ala bilirlər. Azərbaycan dövləti isə Latviya vətəndaşların bu tipli informasiyaların təqdim edilməsini tələb etmir.

Onun fikrincə, əgər Latviyanın milli təhlükəsizliyinə təhdid törədən və ya törədə biləcək Azərbaycan vətəndaşı varsa, düşünürük ki, bunu iki ölkənin xarici işlər nazirlikləri və xüsusi xidmət orqanlarının əməkdaşlığı çərçivəsində həll etmək olar: “Bunun üçün qanuni və hüquqi əsas da var ‒ Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə.

Bəyannamənin təhlükəsizlik sahəsində əməkdaşlıq hissəsində tərəflərin “müvafiq beynəlxalq sənədlər əsasında terrorçuluq, zorakı ekstremizm, silahlı separatizm, transmilli mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, narkotik maddələrin qanunsuz hazırlanması, dövriyyəsi və qaçaqmalçılığı, qanunsuz silah ticarəti, insan alveri, qeyri-qanuni miqrasiya və digər beynəlxalq təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün əməkdaşlığı gücləndirmək barədə razılığa” gəldiyi açıq qeyd edilir. Ona görə bizim dost və strateji tərəfdaş olan Latviya Respublikasının qanunvericilərinə tövsiyəmiz odur ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin ruhuna zidd adımdan çəkinsinlər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri