Ramin Məmmədov: İşğal dövründə viran qoyulan torpaqlar indi mədəniyyət mərkəzlərinə çevrilir
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqlar artıq təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzlərinə çevrilir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Zəfərin 5 illiyinə həsr edilmiş "Mənəvi Dəyərlər" həftəsi çərçivəsində Qarabağ Universitetində təşkil olunan tədbirdəki çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin sosial-iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi məzmun kəsb etdiyini vurğulayıb:
"Qarabağ Universitetinin yaradılması tarixin yeni bir dövrünün işarəsidir. Azərbaycan xalqı 30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqları artıq təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzinə çevirir. Qəhrəmanlarımızın uğrunda canlarından keçdiyi dəyərlər hazırda təhsil ocaqları və mədəniyyət nümunələrinin yaradılması ilə əbədiləşir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeli qurumlarının əsas məqsədi milli həmrəyliyi, dini dözümlülüyü və mənəvi dəyərləri qorumaq, inkişaf etdirmək, gənclərin düşüncəsində bu dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir".


