Icma.az
close
up
RU
Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat Axundovanın yaxını növbəti həbsin astanasında

Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat Axundovanın yaxını növbəti həbsin astanasında

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ramiz Mehdiyevə donos-məktublarında “siz mənim ağsaqqalımsız” yazan, çıxışlarında “Ramiz müəllimin kitabları hər kəsin stolüstü kitabı olmalıdır” kimi açıqlamaları unudulmayan sabiq səfir Elmira Axundovanın adı yenidən gündəmdədir. Bu dəfə onun yaxın çevrəsindən olan Elnur İbrahimovun işi üzərindən sadiq “mehdiyevçi”nin adı gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə Elnur İbrahimovun apellyasiya şikayətinə baxılıb.

Axundovanın yaxını Sabunçu Rayon Məhkəməsinin onun işi üzrə çıxardığı qərarı “texniki səhv” kimi təqdim etməyə çalışsa da, məhkəmə onun bu arqumentini qəbul etməyib.

Məsələ burasındadır ki, Elnur İbrahimovun üzərində təmin olunmuş 350 min manatlıq mülki iddia olub. O, həmin mülki iddia üzrə uzun illər hər hansı bir ödəmə etməyib. Mülki iddiaçı Fərman Məmmədov Sabunçu Rayon Məhkəməsinə müraciət etməklə 350 min manatın indeksasiya olunmasını xahiş edib. Məhkəmə 350 min manatın indeksasiya olunması üçün müvafiq ekspertiza təyin edib. Nəticədə məbləğin indeksasiyası aparılıb və 513 min manat olaraq müəyyən edilib.

Əslində məsələ 2013-cü ilə gedib çıxır. Elmira Axundova deputat olduğu dövrdə oğlu Həbib Axundovu yaxın çevrəsində iş adamı kimi təqdim edib. Dubaydan gətiriləcək dəftərxana ləvazimatları ilə böyük gəlir vəd olunub, dividend adı altında vəsaitlər toplanıb. Axundovanın ailə dostlarından ümumilikdə 8 milyon manat toplanıb. Amma realda bu “biznes” kağız üzərində qurulmuş sxemdən başqa bir şey olmayıb. Dividend adı ilə geri qaytarılan pullar zərərçəkənlərin öz vəsaitlərinin cüzi hissəsi olub. Dələduzluq sxeminin üstü açılandan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət ediblər, deputatın oğlu Həbib Axundovun adını çəkiblər.

Elmira Axundova isə prosesə müdaxilə edərək zərərçəkənləri sakitləşdirməyə çalışıb. “Narahat olmayın, pullar qaytarılacaq” - deyərək vəziyyəti manipulyasiya edib.

Sonrakı mərhələdə “günah keçisi” kimi Elnur İbrahimov ön plana çıxarılıb. Bütün pulların ona çatdığı görüntüsü yaradılıb. 2013-cü ilin avqustunda Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra İbrahimov gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk edib və Rusiyada ailəsi ilə birgə zərərçəkənlərin pulları hesabına kef çəkib.

Azərbaycan hüquq-mühafizə orqanları onu təxminən 3 il tapa bilməyib. 2016-cı ildə Elnur İbrahimov həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmə onun külli miqdarda dələduzluq əməllərini təsdiqləyib. O dövrdə zərərçəkənlərdən yalnız Fərman Məmmədov mülki iddia ilə çıxış etdiyindən məhkəmə onun mülki iddiasını təmin edib. Beləliklə, Elnur İbrahimovun üzərinə 8 milyon manatlıq dələduzluqdan əldə olunan vəsaitlərin cüzi bir hissəsi - 350 min manat ziyanı ödəmək öhdəliyi qoyulub və 9 il azadlıqdan məhrum edib.

Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu dövrdə mülki iddiaçı Fərman Məmmədova bir manat belə ödəməyib, halbuki Elmira Axundovanın oğlu Həbib Axundov 55 min manat vəsait qaytarıb. Bu, açıq göstərir ki, İbrahimov ödəmə qabiliyyətinə malik olub, amma xüsusi məqsədlə boyun qaçırıb. Onun əməlinin xüsusilə külli miqdarda dələduzluğa çevrilməsi, zərərçəkmişlərə qarşı və dövlət qarşısında məsuliyyətini labüd edib.

Xatırladaq ki, Elmira Axundova Ramiz Mehdiyev dövründə də yazdığı donos məktublarla tanınırdı. Bu işdə də onun adı mərkəzi fiqur kimi qalır, Elnur İbrahimov isə onun sxemlərinin “günah keçisi” kimi həbsinin labüd olduğunu bir daha göstərir.

Beləliklə, Elnur İbrahimovun həbsini sadəcə onun şəxsi əməlləri ilə izah etmək olmaz. Hazırda Elnur İbrahimovun yeganə real çıxış yolu həqiqəti açmaq və istintaqa, məhkəməyə tam məlumat verməkdir. Bu zaman o, özünə qarşı 513 min manatlıq mülki iddiadan yayına bilər. Eyni zamanda dələduzluq yolu ilə əldə edilmiş 8 milyon manatın kimlərin cibində olduğunu ortaya qoyaraq, hüquqi baxımdan öz mövqeyini gücləndirə bilər. Əks halda, külli miqdarda ziyan vurmuş, ictimai-siyasi kontekstdə “günah keçisi” rolunda ola biri kimi növbəti həbs cəzası labüd görünür. /Musavat.com/

/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Yanvar 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see682

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see178

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see136

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri