Icma.az
close
up
RU
“Rauf Denktaşın həyatı, mübarizəsi, arzusu, ümidi Şimali Kipr” mövzusunda konfrans keçirilib

“Rauf Denktaşın həyatı, mübarizəsi, arzusu, ümidi Şimali Kipr” mövzusunda konfrans keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 fevral, AZƏRTAC

“Rauf Denktaşın həyatı, mübarizəsi, arzusu, ümidi - Şimali Kipr” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucu prezidenti Rauf Denktaşın xatirəsinə həsr olunmuş konfrans Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) tərəfdaşlığı ilə baş tutub.

Azərbaycan Respublikasının və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət himnləri səsləndirildikdən sonra Türk dünyasının mərhum liderlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı açan Mahmud Kaşğari adına Beynəlxalq Fondun Prezidenti, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev bildirib ki, həyatının qayəsini Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasına və müstəqilliyinə həsr etmiş Rauf Denktaş mənsub olduğu xalqın hər bir övladının qəlbində qurucu lider, eləcə də şəxsiyyəti, xarakteri, sülhpərvər mövqeyi ilə bütövlükdə Türk dünyasında “Barış rəmzi” kimi qəbul edilir.

O vurğulayıb ki, hələ dövlət quruculuğundakı fədakar fəaliyyətindən öncə türk elmi-ədəbi ictimaiyyəti Rauf Raif Denktaş imzasını “Xalqın səsi” qəzetinin səhifələrində Kipr türk xalqının azadlıq məfkurəsinin tərcümanı kimi tanıyıb. 24 yaşında meydanlarda xalqa müraciət edən Rauf Denktaş siyasi və hüquqşünas mövqeyi ilə Kipr türklərinin gələcək müqəddəratını təyin etmələrində böyük rolu ilə yanaşı, vətəndaş yazıçı kimi onlara hürriyyət və istiqlal düşüncəsini aşılamaqda müstəsna xidmət göstərib.

Gənc yaşlarında Kiprin azadlığı uğrunda yola çıxanda meydanlarda “Amandır, Kıbrıs Gritin taleyini yaşamasın!” deyə hayqıran gənc Denktaş 60 yaşına qədər mücadilə edərək Kipri Grit olmaqdan xilas edib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasını elan edən Rauf Denktaş 4 dəfə - 1985, 1990, 1995 və 2000-ci illərdə ŞKTC-nin prezidenti seçilib. Mustafa Kamal Atatürkün Türkiyə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli düşüncəsində, tarixi yaddaşında etdiyi çevrilişin miqyası böyüklükdə Rauf Denktaş Kiprin dövlət maraqlarına xidmət göstərib.

Bu gün Rauf Denktaşın xatirəsi Şimali Kiprin keçdiyi məşəqqətli yolu özündə ehtiva edən “İşğal altında” filminin ssenarisinin, 10 cilddən ibarət “Rauf Denktaşın xatirələri” memuarının, “Səadət sirləri”, “Sabahlarımız üçün”, “Kiprdə bitməyən dava”, “Kipr problemi”, “Karkot dərəsi”, “Kipr məsələsində son durum”, “O günlər”, “İmtahan dünyası”, “Qurandan ilhamlar”, “Gənclərlə baş-başa”, “Gənclərə öyüdlər” və s. 50-dən çox elmi, bədii-publisistik kitabın və müstəqil bir cümhuriyyətin müəllifi kimi ehtiramla yad edilir. Prezident Ersin Tatarın da söylədiyi kimi, “Kıbrıs türkü 41 yaşını qeyd etdiyi suveren dövlətində bu gün şərəfli və azad bir xalq kimi yaşamağın fəziləti ilə bu müstəqilliyi qazanmaq üçün dəfələrlə öz həyatını təhlükəyə atan Rauf Denktaşın bizə miras qoyduğu mənəvi missiyanı şərəflə daşımaq əzmindədir”.

İKSAD-ın rəhbəri Mustafa Lətif Əmək, İKSAD-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Əlvan Cəfərov çıxış edərək bildiriblər ki, konfransda təqdim olunan tezislərin əsas hissəsinin Rauf Denktaşın ictimai-siyasi baxışları və əsərlərinin tədqiqinə həsr olunması elmi mühitdə Şimali Kipr mövzusunun kəsb etdiyi aktuallıqdan, onun qurucu liderinin fenomenal şəxsiyyətinə olan rəğbətdən qaynaqlanır.

“Kıbrıs: Barışın kölgəsində psixoloji savaş” kitabının müəllifi hüquqşünas Emete Gözügüzelli çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının Türk dünyasından başqa ailəsi olmadığını dünyaya bəyan etdiyini xatırladıb. O, qeyd edib ki, 2024-cü il aprelin 5-də yaradılmış Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ŞKTC üçün göstərdiyi mənəvi dəstək müqayisəolunmazdır. “Şimali Kiprin qurucu lideri Rauf Denktaşın şərəfinə belə yüksəksəviyyəli konfransın təşkili məhz bu dəstəyin nümunəsidir”, - deyə E.Gözügüzelli fikrini yekunlaşdırıb.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri