Rauf Hüseynli: “Belə hadisələr bizim üçün yaxşı motivasiya mənbəyi olur” İdmanXəbər
Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.
“Hakimin simpatiyası açıq-aşkar rəqibə tərəf idi. Verilməyən penaltilərimiz oldu. Bütün ikili mübarizələrdə hakimlər meydan sahiblərinin xeyrinə qərar verirdilər”.
İdmanxeber.az-ın məlumatına görə, “Kəpəz”in futbolçusu Rauf Hüseynli “Turan Tovuz” ilə oyunda yaşananlara münasibət bildirərkən belə deyib. Müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında komandasının yaxşı oyunu ilə yanaşı, matçın hakim idarəçiliyi ilə gündəmə gəldiyini söyləyib:
“Komanda şəklində yaxşı oyun sərgilədik, final fitinə kimi səylə mübarizə apardıq. Konkret mənimlə bağlı epizodda rəqib arxadan zərbə endirdi. Rəqib oyunçu topla aidiyyatı olmadan sırf mənə qarşı kobud oynadı. VAR-a baxmaq üçün hakimə müraciət etdik, vecinə almadı. Belə hakimlərin liqada oyun idarə etməsi nə dərəcədə düzdür, bilmirəm. Amma bunun bizə aidiyyatı yoxdur, müvafiq qurumlar hakimliyi araşdırmalıdırlar. Biz öz işimizi görməyə davam edəcəyik. Üzərimizdə daha çox işləyib irəli getməliyik. İnşallah, gələn oyunlarda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Rauf sabah Tovuzda qarşılaşacağımız “Səbail” ilə oyun barədə də danışıb: “Hazırlığımız yaxşı keçib. Komandada ab-hava yaxşıdır, hər şey qaydasındadır. Belə hadisələr bizim üçün yaxşı motivasiya mənbəyi olur. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanıb həm azarkeşləri sevindirək, həm də turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıraq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 Noyabr 2024 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















