Icma.az
close
up
RU
Region üçün əsas hədəf… Azərbaycan və Ermənistan rəsmilərindən diqqətçəkən açıqlamalar

Region üçün əsas hədəf… Azərbaycan və Ermənistan rəsmilərindən diqqətçəkən açıqlamalar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə ilk dəfə “Euronews” telekanalına müsahibə veriblər.

Globalinfo.az “Operativ Məlumat Mərkəzi”nə istinadla xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmiləri Dohada “Euronews”a verdikləri ilk birgə eksklüziv müsahibədə sülh prosesinin necə başlandığını və iki ölkəni gözləyən birgə gələcək perspektivlərini açıqlayıblar.

Tərəflər onilliklər davam edən münaqişədən sonra Cənubi Qafqazın tamamilə yeni siyasi-iqtisadi mərhələyə qədəm qoyduğunu bildiriblər.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibədə deyiblər ki, danışıqlar 2020-ci ildə – son hərbi toqquşmalardan dərhal sonra, Avropa İttifaqının dəstəyi ilə başlayıb və bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən tarixi sülh razılaşması ilə nəticələnib.

Hikmət Hacıyev bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra tərəflər “mövcud fikir ayrılıqlarını kənara qoyaraq” sülhə doğru irəliləmək barədə qərar veriblər.

İlk dəfə bir studiyada yanaşı oturan Armen Qriqoryan isə vurğulayıb ki, hər iki ölkənin rəhbərlikləri “regiona davamlı sülh və sabitlik gətirmək üçün institusional mexanizmlər hazırlamağa” çalışıblar.

Ermənistan rəsmisi bildirib ki, uzun illər davam edən münaqişə səbəbindən tərəflər arasında etimadın formalaşması çətin idi, lakin proses addım-addım irəliləyir:

“Bu, divara vurulan hər yeni etimad kərpici kimidir. Uğur böyükdür və biz bunu qeyd edirik”.

Azərbaycan rəsmisi də sülh prosesini “qlobal münaqişələr fonunda uğur hekayəsi” adlandırıb və qeyd edib ki, artıq tərəflər “real sülh şəraitində regionun iqtisadi genişlənməsi” üzərində işləyirlər.

Armen Qriqoryan əlavə edib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı artıracaq və həm sülhü, həm də rifahı möhkəmləndirəcək:

“Biz məhz bu istiqamətdə irəliləyirik və bunun ən real sübutu Hacıyevlə Dohada eyni studiyada oturmağımızdır”.

Hər iki tərəf sülhün “geri dönməz” xarakter daşıdığını, bunun gələcək nəsillər üçün strateji hədəf olduğunu vurğulayıb. Razılaşmanın əsas elementlərindən biri “Vaşinqtonda əldə edilən böyük, tarixi razılaşma” kimi təqdim olunan “TRIPP – Trump Route for International Peace and Prosperity” layihəsidir.

Hikmət Hacıyev bildirib ki, bu layihə Avrasiyanın nəqliyyat xəritəsini tamamilə dəyişəcək. Qriqoryanın sözlərinə görə, Ermənistan və ABŞ hazırda layihənin texniki detallarını intensiv müzakirə edir.

Müsahibənin sonunda hər iki rəsmisi vurğulayıb ki, müharibə artıq keçmişdə qalıb və region üçün əsas hədəf – Ermənistan ilə Azərbaycanın birgə, sülh dolu gələcəyidir. Tərəflər bildiriblər ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi və iqtisadi əməkdaşlıq Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri