Icma.az
close
up
RU
Regional güc mərkəzi olan Azərbaycan beynəlxalq arenada böyük etimad qazanıb ŞƏRH AZƏRTAC

Regional güc mərkəzi olan Azərbaycan beynəlxalq arenada böyük etimad qazanıb ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü və qüdrətli dövlətə çevrilib. Milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Bu amillər Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoruna müsahibəsində də aydın şəkildə özünün əksini tapır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, dövlətimizin başçısı müsahibəsində dünyada mürəkkəb qlobal proseslərin davam etdiyi şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini ifadə edib. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb. Hazırda qarşıda dayanan ən əsas hədəflərdən biri sülh sazişinin imzalanması və Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirməkdən ibarətdir. Bu istiqamətdə Azərbaycan region ölkələri ilə fəal əməkdşalıq əlaqələrinə malikdir. 2021-ci ilin iyununda Türkiyə ilə müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin, 2022-ci ilin fevralında isə Rusiya ilə müttəfiqlik müqaviləsinin imzalanması da bunun göstəricisidir.

Prezident İlham Əliyev müsahibədə Azərbaycan-Rusiya münasibətlərini yüksək dəyərləndirib. 2022-ci ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra əlaqələr daha da güclənib. Dövlət başçısının dediyi kimi, bu Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də, Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir.

Ümumiyyətlə, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir və bu siyasət böyük uğurlar qazandırır. Ölkəmiz dünyada müstəqil siyasət yürütməsi ilə tanınır. Bu da Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir və dünyada Azərbaycanın liderinin mövqeyi ilə razılaşırlar. Təsadüfü deyil ki, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Prezidentin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur.

Deputatın sözlərinə görə, dövlətimizin başçısı müsahibədə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verib. Artıq sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Razılaşdırılmayan məqamlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməkdir. Ermənistan 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurub. Torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanması aparılıb. Prezidentin müsahibədə dediyi kimi, vurulmuş zərərin təhlili başa çatdırılıb. Dəymiş zərərin həcmi təxminən 150 milyard dollardan çoxdur. Digər razılaşdıırlmayan maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Məlumdur ki, hazırda Ermənistanda yerləşdirilmiş Avropa İttifaqının missiyasının kəşfiyyat fəaliyyəti ilə məşğuldur.

“Bundan əlavə, Azərbaycan Prezidenti müsahibəsində bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən, bu ölkələrin Ermənistanı silahlandırmasının yarada biləcəyi problemlərdən bəhs edib. Həmin ölkələr Ermənistanın sülhə yox, revanşizmə sövq etməyə çalışır. Sual olunur, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayarkən onlar nə üçün susurdular? Nə üçün haqqın, ədalətin yanında deyildilər? Bu faktlar dünyada ikili standartların göstəricisidir. Azərbaycan öz mövqeyində beynəlxalq hüquq normalarına arxalanır. Azərbaycan Cənubi Qafqaz regionunda tezliklə sülh və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Əgər Ermənistan da sülh istəyirsə, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Əgər rəsmi İrəvan xarici havadarlarının təhriki ilə regionda vəziyyəti gərginləşdirməyə cəhd edərsə, layiqli cavabını alacaq”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri