Icma.az
close
up
RU
Regionlarda bankomat çatışmazlığı: insanlar kilometrlərlə yol qət edir

Regionlarda bankomat çatışmazlığı: insanlar kilometrlərlə yol qət edir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda nağdsız ödənişlərin və plastik kartlardan istifadənin artması bankomatlara olan tələbatı da artırır. Paytaxt və böyük şəhərlərdə bu problem hiss olunmasa da, bölgələrdə, xüsusilə ucqar kəndlərdə bankomat çatışmazlığı ciddi narahatlıq yaradır.

Pensiya, sosial müavinət və maaşlarını almaq istəyən vətəndaşlar bəzən hava şəraitindən asılı olmayaraq, ən yaxın bankomatadək kilometrlərlə məsafə qət etməyə məcbur olurlar. Bəzi rayonlarda yalnız bir bankomatın olması və onun qarşısında uzun növbələrin yaranması vəziyyəti daha da çətinləşdirir.

Ekspertlər hesab edirlər ki, banklar və müvafiq qurumlar bu məsələyə xüsusi diqqət ayırmalı və bölgələrdə daha çox bankomat quraşdırmalıdırlar. Bankların əsas arqumentlərindən biri isə ucqar ərazilərdə bankomatların saxlanmasının maliyyə baxımından səmərəli olmamasıdır. Çünki əhalinin sıxlığı az olan yerlərdə tranzaksiya sayı da az olduğuna görə, bankomatların istismar və texniki xidməti xərcləri yüksək olur.

Lakin vətəndaşların rahatlığı və maliyyə xidmətlərinə çıxışının asanlaşdırılması üçün alternativ həll yolları tapılmalıdır.

Modern.az məsələ ilə bağlı Mərkəzi Bankla əlaqə saxlayıb.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, 2024-cü il ərzində ölkə üzrə quraşdırılan  bankomatların sayı 2023-cü il ilə müqayisədə 6.2% artaraq 3,304 ədədə çatmışdır. Bu artımın, xüsusilə Bakı şəhərində 9.3%, regionlarda isə 2.7% olduğu müşahidə edilir:

"Banklar tərəfindən bankomatların quraşdırılması və regionlar üzrə bölgüsünə dair qərarlar bankların biznes strategiyaları əsasında formalaşdırılır. Bankomatların quraşdırılması zamanı həmin ərazi üzrə müştəri sayı və tələbatı, zəruri texniki infrastruktur imkanları, davamlı rabitə təminatı kimi məsələlər diqqətə alınır".

Açıqlamada bildirilib ki, 2024-cü il ərzində banklar tərəfindən təsərrüfat subyektlərində quraşdırılan POS-terminalların sayı 2023-cü il ilə müqayisədə 38.4% artaraq 119,5 min ədədə çatmışdır. O cümlədən, POS-terminalların sayı Bakı şəhərində 28%, regionlarda isə 58.5% artmışdır. Həmçinin, banklar tərəfindən müştərilərə göstərilən xidmətlərin əlçatanlığının təmin edilməsi məqsədilə ölkə üzrə 2077 ədəd özünəxidmət terminalları quraşdırılıb. Bölgələrdə əhali sıxlığının nisbətən az olması və zəruri texniki infrastruktur imkanlarının məhdudluğu banklar üçün bankomat quraşdırma prosesini həm iqtisadi, həm də texniki  baxımdan çətinləşdirə bilər.

Qurumdan açıqlanıb ki, ölkəmizdə ənənəvi bankçılıq xidmətlərinin rəqəmsal müstəviyə transformasiyası yüksək artım tempi ilə davam edir və bu tendensiya fiziki terminallara olan tələbi minimallaşdırmaqla, internet və mobil bankçılıq həlləri vasitəsilə bank xidmətlərinin məsafədən əldə edilməsinə şərait yaradır. 2024-cü ildə internet bankçılıq xidmətləri vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 2023-cü illə müqayisədə 20.7%, mobil bankçılıq əməliyyatlarının həcmi isə 38.2% artıb. 

Nağdsız ödənişlərin genişləndirilməsi üzrə həyata keçirilən tədbirlər, fiziki terminallara olan tələbi əhəmiyyətli dərəcədə azaldıb. Son 1 ilin statistik göstəricilərinə əsasən, ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin sayı 68.8%, həcmi isə 60.9% artıb. "Kapital Bank" və "ABB" isə hazırda ölkədə ən geniş müştəri şəbəkəsinə malik banklardır və bu səbəbdən onların terminallarından daha çox istifadəçi yararlanır. 

"Qeyd edək ki, rəqəmsal ödəniş həllərinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir və bu fəaliyyət nəticəsində məsafədən ödəniş həllərinə əlçatanlıq artırılaraq, fiziki terminallara olan tələb minimallaşdırılır", - Mərkəzi Bankdan verilən açıqlamada qeyd olunub.

Zərif Sofiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Fevral 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri