Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Rejiminin ideoloji siyasəti çöküş yaşayır və qonşu dövlətlərə ideologiya ixracı da uğursuzluqla nəticələnir

Rejiminin ideoloji siyasəti çöküş yaşayır və qonşu dövlətlərə ideologiya ixracı da uğursuzluqla nəticələnir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

İranda əxlaq polisinin ləğv ediləcəyi ilə bağlı məlumatlar yayılır. Güya hicabla bağlı yeni qanun layihəsi olacaq və bu layihəyə uyğun olaraq, əxlaq polisi ləğv ediləcək. Reallıq tamamilə fərqlidir. Çünki hicab qanunun daha sərt olacağı iddia edilir. Həm də qeyd edilir ki, qanun azyaşlı uşaqlara da şamil ediləcək.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, burada problemlərdən biri hicab haqqında yeni qanunun maddələrinin insanlara tam təfərrüatı ilə açıqlanmamasıdır: “Ümumi hüquqşünasların apardıqları araşdırmalar onu göstərir ki, bu qanun olduqca sərt qanundur, sərt cəzalar tətbiq olunur. Sərt cəzalar hətta azyaşlı uşaqları, yəni 15 yaşından aşağı olan uşaqlara da şamil olunur”.

Sadiq İsabəyli

“İddialara görə, biri başından şalını götürürsə və yaxud geyimi dirsəyə qədər qalxıbsa, ona elə bir cəza tətbiq olunur ki, sanki o bir cinayət işləyib və yaxud qaçaqmalçılıq edib və yaxud ona bənzər bir cinayət işləyib. Yəni bütün sadalananlar qanunda qeyd edilib. Bu qanunda həm kişilərin, həm də qadınların necə geyinməsi ilə bağlı bir sıra bəndlər yazıblar. Məsələn; qanunda qeyd edilir ki, qadınların geyimi dar olmamalı və onların bədəninin hər hansı bir yeri görünürsə, özəlliklə ayağı və dabanı görünürsə, çiyinlərində paltar yoxdursa və görünürsə və s. bütün bunlar hamısı o qanunla tənzimlənəcək. Birinci dəfə belə bir hal baş verirsə ki, məsələn ictimai yerlərdə və yaxud öz maşınında şalını və ya baş örtüyünü götürübsə, o zaman ona 240 dollar cəza tətbiq olunur. İkinci, üçüncü və dördüncü dəfə 500 dollar məbləğində cəza tətbiq olunur. Beşinci dəfə və ondan sonrakı dəfələr 1000-1500 dollar cəza tətbiq olunur. Eyni halda da iki ildən beş ilə qədər həbs qərarı da alına bilər və bu şəxsin iki il müddətində ölkədən çıxışına qadağa qoyula bilər. Əgər bir insan sosial şəbəkədə başı açıq görüntü paylaşırsa, ona da altı aydan iki il müddətinə qədər sosial mediada fəaliyyəti qadağan olunur. Bu cəza növlərinin insanların harada qanunu pozduqlarını nəzərə alaraq, onun məbləği və müddəti artırılır. Beləliklə, ən ağır cəzalarla yəni, 15-25 il müddətinə həbs və 2800 dollar da maddi olaraq cərimə nəzərdə tutulur. Bununla da göstərirlər ki, hicab, baş örtüyü, geyim üçün insanlara hansı şəkildə basqı həyata keçirilir. Və qeyd edilir ki, bununla bağlı həbs müddəti 15-25 il ola bilər və bu, azyaşlı uşaqlara da tətbiq olunur”-deyə Sadiq İsabəyli qeyd edib.

“Qanunun bəzi maddələrində qeyd edilir ki, 9-18 arası yeniyetmə baş örtüyünü götürürsə, harada olduğundan asılı olaraq ona da cəza tətbiq olunur. Yaşına və İranın İslami Cəza qanununun bəndlərinə görə ona cəza tətbiq olunur, buna uyğun cəzalandırılır. Eyni halda tanınmış, ictimai şəxslər - məsələn, futbolçu və ya aktyor, aktrisa bu kimi şəxslər hicabla bağlı verilən qanunlara itaət etmirsə, baş əymirsə, onların cəzaları ilk dəfədən artırılır və 2800 dollar məbləğində cərimə edilir. Bununla yanaşı, həmin şəxsin mal-varlığının beş faizi də dövlət tərəfindən alır və o işdən uzaqlaşdırılır. Məsələn; futbol oynayırsa, artıq oynaya bilməz, çünki qadağa qoyulur.  Aktyordursa, artıq rollarda iştirak edə bilməz, ictimai fəaliyyətlə məşğul ola bilməz və ölkədən də çıxışına iki il qadağa qoyulur. Əgər ikinci dəfə təkrarlanırsa, cərimənin dərəcəsi və onun mal varlığının alınma dərəcəsi artırılır və ölkədən çıxışının qadağan olunması artırılır və s. Yəni bu kimi cəza qanunları o qanunda öz əksini tapıb”-deyən siyasi şərhçi bildirib ki, bunun tətbiq olunmas mümkün deyil.

“Ölkə daxildə ciddi rejim sosial, ictimai, iqtisadi, siyasi böhranla üz-üzə qalıb. Radikal qüvvələrin planları bu idi ki, bu qanunu Məsud Pezeşkianın adı ilə versinlər və onu bu işə şərik tutsunlar. Çünki Pezeşkian "islahatçı" adı altında seçilib. Və radikal qüvvələr istəyirdilər ki, əgər etirazlar olanda “Bizlik bir şey yoxdur. Bu qanun layihəsini Məsud Pezeşkian hökuməti verib” desinlər. Pezeşkian höküməti isə, bu qanun layihəsini qəbul etmədi. Sonradan Ayətullah Seyid Əli Xamenei tövsiyyəsilə qanun layihəsi Təhlkükəszilik Şurasına göndərilərək, dayandırılıb”-deyən Sadiq İsabəyli hesab edir ki, yenə də bu 70 maddədən ibarət qanunda dəyişiklik nəzərədə tutulur, amma bu da Konstitutsiyaya ziddir.

“Qeyd edilir ki, gərək qanun ən azı 6 ay icra oluna və 6 ay icradan sonra onun yenidən baxılmasına şərait yaradıla. Rejim artıq çıxılmaz bir vəziyyətdədir. Rejimin hicabla bağlı, ümumiyyətlə ideoloi basqı siyasəti demək olar ki, dalana dirənib. Artıq toplum və yeni nəsil bu kimi təhqir edici, qeyri-insani qanunların qəbul olunmasını istəmir. Bununla bağlı cəzaların tətbiq olunmasını istəmirlər. Bununla bağlı da ciddi müqavimətlər, dirəniş var. Xüsusilə gənc qadınlar bu qanunlara baş əymək istəmirlər. Bu da onu göstərir ki, fars-molla rejiminin ideoloji siyasəti bir çöküş yaşayır və onun qonşu dövlətlərə "ideologiya" ixracı da böyük bir uğursuzluqla nəticələnir. Artıq bu rejim özü həyata keçirmək istədiyi ideologiyanın tələsinə dşüüb və bundan da çıxa bilmir. Vaxt qazanmağa çalışırlar. Görünən odur ki, buna müvəffəq ola bilməyəcəklər”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Mart 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri