Icma.az
close
up
RU
Rektor tələbələri təltif etdi FOTO

Rektor tələbələri təltif etdi FOTO

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə Dövlət Universitetində 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirdə əvvəlcə ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlara, eləcə də GDU-nun İdman Klubunun respublika və beynəlxalq idman yarışlarında qazandığı kubok, medal, Diplom və Fəxri fərmanlardan ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan idmanın geniş vüsətlə inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınaraq maddi-texniki bazanın yaradılması üçün böyük işlər görülmüşdü. Prezident İlham Əliyevin uğurlu idman siyasəti nəticəsində artıq Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.

Daha sonra rektor Yusif Yusibov ali təhsil ocağının idman sahəsində qazandığı uğurlarından söz açaraq universitetdə yüksək dərəcəli idmançıların hazırlanmasında GDU İdman Klubunun rolunun böyük olmasından danışıb.

Çıxış edən GDU İdman klubunun sədri, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov diqqətə çatdırıb ki, Universitetdə başqa sahələrdə olduğu kimi, idman sahəsi də rəhbərlik tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Bunun nəticəsidir ki, Gəncə Dövlət Universiteti respublika universitetləri arasında beş ən yaxşı universitetlər sırasına seçilib. Xəqani Umudov onu da bildirib ki, Gəncə Dövlət Universitetinin İdman Klubunun tərkibində 10 idman növü üzrə 15-dən artıq komanda mövcuddur. Həmin komandalar universiteti beynəlxalq və respublika yarışlarında layiqincə təmsil edir. Hazırda GDU-nun tələbələri arasında 10 nəfər Avropa və dünya mükafatçısı, 10-dan artıq beynəlxalq turnirin qalibi və 20-dən çox respublika çempionu vardır.

Tarix-coğrafiya fakültəsinin tələbəsi, Avropa Kuboku iştirakçısı, beynəlxalq turnirlərin qalibi Yeganə Əsgərova universitetdə yaradılan şəraitə və tələbələrə göstərilən dəstəyə görə rektor Yusif Yusibova minnətdarlığını bildirib.

Tədbirin sonunda bir qrup universitet əməkdaşı və tələbələr idman sahəsində əldə etdikləri nailiyyətlərə görə “Fəxri fərman” və “Təşəkkünamə”lərlə təltif olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri