Icma.az
close
up
RU
Rənglərin dilində danışan adam

Rənglərin dilində danışan adam

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İyulun 21-də Laçındakı "Yurd" qalereyasında Azərbaycan Rəssamlar İttifaqının gənc üzvü, rəssam Fuad Musayevin fərdi sərgisi keçiriləcək.

Əslən Laçından olan 24 yaşlı Fuadı ölkənin mədəni ictimaiyyəti də, Laçıın camaatı da yaxşı tanıyır. Fuad dünyaya gələndən hamı kimi deyil - eşitmə və nitq məhdudiyyəti var. Və Fuad bugün də hamı kimi deyil - hamı kimi adi deyil, fərqlidir, istedadlıdır. Onun səsi rənglər, özünü ifadə tərzi - rəssamlıq, sözü, cümləsi, fikri - rəsmlərdir.

- Fuad, Qarabağda ilk fərdi sərginiz olacaq. Yəqin həyəcanlısınız. Hazırlıq necə gedir?

- Laçın şəhərində ilk qalereya açılanda ürəyimdən keçdi  ki, Qarabağa həsr etdiyim rəsmləri - "Qarabağ xatunu", "Həkərim", "Naxışlarım", "Şuşam" və digər əsərləri burada sərgiləyim. Şuşanı təsvir edən ilk əsərimi 7 yaşımda çəkmişdim. Sonra, uzun illər sonra həmin rəsmi Şuşa döyüşlərində yaralanmış Qarabağ qazisinə hədiyyə etmişdim.

- Əsərlərinizi yalnız hədiyyə edirsiniz?

- Yox, satış sərgilərində də oluram. Və rəsmlərdən əldə olunan gəlirlə məhdudiyyəti olan uşaqların ehtiyaclarını ödəməyə çalışıram. Eyni zamanda onlara sənətin sirlərini də öyrədirəm. Bu peşəyə yiyələnməkdə mənə ailəm dəstək oldu. Əvvəl Əzim Əzimzadə adına Rəssamlıq Kollecində, sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil aldım.

- Müəllimlərinizin dediyinə görə, hər iki təhsil ocağını yüksək qiymətlərlə başa vurmusunuz.

- Elədir. Düşündüm fiziki məhdudiyyətli elə uşaqlar var ki, təhsil almaq onların imkanları xaricindədir. Yenə də ailəmin köməyilə belə uşaqlar üçün öz məktəbimi, studiyamı qurduq. Bu gün həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dost İnklüziv İnkişaf Yaradıcılıq Mərkəzinin İsmayıllı "Dost Evi" filialının təlimçisiyəm. Uşaqlar mənim yanıma sevə-sevə gəlirlər. Rənglərin dünyası tamam başqa bir aləmdir.

- Bəs sizin bu dünyanızda həyat nə rəngdədir?

- Mənim aləmimdə həyat bir rəngdən ibarət deyil, orada sevincin qırmızısı da var, ümidin yaşılı da, kədərin mavisi də var, motivasiyanın narıncısı da. Həyat rəngarəng bir palitradır, biz hər gün yeni rənglər əlavə edirik - gah parlaq, gah solğun, hamısı da bizim həyat hekayəmizin bir hissəsinə çevrilir.

- Bu ay həyat hekayənizə bir önəmli tarix də yazılacaq - 21 iyul.

- "Yurd çağırır məni" - sərgi belə adlanacaq. Düşünürəm, artıq işlərimi yurdumun adamlarına göstərməyin zamanı yetişib. Çox istəyirəm ki, sərgiyə hər bir laçınlı gəlsin. Və çox isstəyirəm ki, fiziki məhdudiyyəti olan gənclər də gəlsinlər sərgiyə. Gəlib görsünlər ki, heç bir əngəl, heç bir məhdudluq mənəvi zənginliyə və həyat eşqinə mane ola bilməz. İnsan özünü sənətdə də tapa bilər, elmdə də, yaradıcılıqda da. Əsas odur ki, istəsin. İstəsə, mütləq bacaracaq. Bayaq soruşdunuz ki, həyəcanlıyammı? Bəli, həyəcanlıyam. Amma bu, çox sevincli və qürurverici bir həyəcandır.

"525"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://525.az
archiveBu xəbər 08 İyul 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri