Icma.az
close
up
RU
Rəqəmsal bazarda reklam xidmətləri kimlərə və necə xeyir gətirir?

Rəqəmsal bazarda reklam xidmətləri kimlərə və necə xeyir gətirir?

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan rəqəmsal bazarı heç də xarici dövlətlərdən geri qalmayaraq günü-gündən böyüyür. İllər ərzində bu bazar əminliklə inkişaf edərək, günümüzdə istifadəçi və reklamçılara həqiqətən yüksək keyfiyyətli xidmətlər təqdim edir. Lakin hər bir işdə olduğu kimi burada da gəlir naminə ticarətin əsas prinsiplərindən yayınanlar olur. Əminəm ki, məşhur markaların istifadə etdiyi reklam materiallarının bəzi hallarda heç də ürək açan olmadığının hər biriniz şahidi olmusunuz.

Belə ki, digər reklam sahələrində bu proseslər sistematik şəkildə tənzimlənsə də, rəqəmsal bazarda izlədiyimiz  tendensiya heç də ürək açan deyil. Hər gün Azərbaycan dilinə uyğun olmayacaq şəkildə, heç bir leksik məna kəsb etməyən, bəzi hallarda isə tamamən doğma dilimizdə olmayan minlərlə məzmun istifadə olunur. Məhsulunu yerli bazara çıxaran reklamverən öz alıcılarına heçmi hörmət etmir? Video reklamlarda istifadə olunan və süni zəka köməyi ilə yaradılan səsləndirmələrdən tutmuş, sosial şəbəkələrdə paylaşılan hərfi tərcümələr günümüzün reallığını əks etdirir. Artıq adiləşən bu hallara bəzən özümüz də fikir vermirik, lakin unuduruq ki, belə olduğu halda bir neçə ildən sonra yeni nəsil Azərbaycan dilində yazılışı və deyilişi belə unudacaq.

Dolğun məzmunlu reklam yaratmaq üçün müəyyən vəsait tələb olunur, amma reklamçılar bu vəsaitə qanaət etməyə çalışırlar. Lakin, xarici şirkətlərin əl atdığı “oyun” tək bununla bitmir. Bir çox hallarda əlavə xərclərdən yayınmaq məqsədi ilə reklam yerləşimini azərbaycanlı mütəxəssislərə həvalə etməkdənsə, xarici ölkələrdən birbaşa idarə olunmasına üstünlük verirlər. Bəs ölkəmizdən minlərlə kilometr uzaqda olan bu şəxslər bizim alıcıların nə istədiyini, ənənələrimizi, dilimizi və bazar strukturumuzu haradan bilir? Qıraqdan sadə bir problem kimi görünən bu məsələ əslində böyük bir məna kəsb edir. Gəlin, bu məsələyə başqa bir aspektdən baxaq. Hazırda universitetə hazırlaşan və Marketinq fakültəsini seçən tələbə, dörd ildən sonra özünə necə iş tapacaq? Maraqlı məzmun yaratmaq istəyən gənc, bu məzmunu kim üçün yaradacaq? Və ya bir gün xarici şirkət ilə əməkdaşlığı xəyal edən, bazara yeni qədəm qoymuş bir agentlik işləri necə icra edəcək?

Deyə bilərsiniz ki, tələb təklif yaradır, azad bazardır, lakin bu heç də görüldüyü kimi bəsit deyil. Bəzi hallarda Gürcüstan, Qazaxıstan, Sinqapur və digər ölkələr vasitəsi ilə edilən reklamın ucuz və bəzi hallarda diqqət çəkici olmasından dolayı, yerli bazarın xarici agentliklərlə yarışması mümkünsüz olur. Bir çox hallarda isə böyük şirkətləri “ƏDV-siz ödəniş” ilə cəlb edən xarici agentliklər, ölkəmizin iqtisadiyyatına daha bir zərbə vurmuş olurlar. Belə olduğu halda, yerli alıcı kütləsinə xitab etməsinə və gəliri birbaşa Azərbaycan bazarından əldə etməklərinə baxmayaraq, şirkətlər, iqtisadiyyatımıza tövhə və dəstək mənbəyi olan vergi ödənişlərindən yayınırlar. Beləliklə, həm yerli şirkətlərə, həm bazara, həm də digər vergi ödəyicilərinə haqsızlıq etmiş olurlar. Rəqəmsal xidmətlərə ƏDV-nin tətbiqi böyük şirkətlərin öz müştərilərindən əldə etdikləri gəlirlərdən vergi ödəmələrini təmin etmək məqsədi daşıyır. Bu qayda həm yerli, həm də beynəlxalq şirkətlərə onlayn xidmətlər satarkən onlara eyni münasibət göstərməklə ədalətliliyi təmin etmək üçün müəyyən edilmişdir. Məqsəd hər bir reklamçıya eyni hüquqa malik rəqəmsal bazar yaratmaq və ədalətli rəqabətə təşviq etməkdir. 

Azərbaycanda rəqəmsal bazarın vergi bazasının yaradılması haqqında müəyyən müddətdir ki, müzakirələr aparılır. Bildirək ki, bu bazar indiyə kimi tənzimlənməsə də, bu istiqamətdə addımlar atılır. Qarşıdakı 1-2 ildə vəziyyətin tamamən dəyişməsi gözlənilir. Bu həm antiinhisar qanunvericiliyinə, həm vergi məcəlləsinə, həm də rəqəmsal fəza qanunvericiliyinə olunacaq dəyişikləri özündə birləşdirir. 

Rusiyadakı rəqəmsal reklamçılar ötən ayı yeni bir xəbərlə başlayıb. Belə ki, dəyişən qanunvericiliyə əsasən aprel ayının 1-dən internet reklamından əldə olunan gəlirlər üçün xüsusi rüsum nəzərdə tutulub. Dünya miqyasında bu yeni bir praktika deyil. Qardaş ölkə Tükiyədə də rəqəmsal xidmətlər üçün xüsusi 7.5% vergi nəzərdə tutulub. Rəqəmsal xidmətlərə vergi tətbiq edilməsi ABŞ və bir çox digər Avropa ölkələrində də illərdir həyata keçirilir. Hətta Asiya ölkələri üçün bu təcrübə keçərlidir. Buna misal olaraq, İndoneziya, Malayziya, Tayland, Sinqapur və Yaponiya kimi ölkələrin artan siyahısına keçən ilin oktyabrında daxil olan Filippini də aid etmək olar. Belə ki, burada rəqəmsal xidmətlərə 12% ƏDV tətbiq edilir.

Onu da nəzərə almalıyıq ki, vergi qanunvericiliyi daim təkmilləşir və rəqəmsal xidmətlər üçün universal qlobal ƏDV dərəcəsi yoxdur. Qiymətlər ölkələr üzrə dəyişir və göstərilən xidmətin növündən asılı olaraq fərqlənə bilər. Rəqəmsal xidmətlərə ƏDV-nin tətbiqi böyük şirkətlərin müştərilərinin yaşadığı ölkələrdə vergi ödəmələrini təmin etmək məqsədi daşıyır. Bu qayda həm yerli, həm də beynəlxalq şirkətlərə onlayn xidmətlər satarkən onlara eyni münasibət göstərməklə ədalətliliyi təmin etmək üçün müəyyən edilmişdir. Məqsəd hər bir reklamçının eyni hüquqa malik olacağı rəqəmsal bazar yaratmaq və ədalətli rəqabətə təşviq etməkdir. Günü-gündən dəyişən reallığımızda rəqəmsal marketinq dünyası və onun vergi mandatları davamlı olaraq inkişaf etdikcə, ƏDV qaydalarını qabaqlamaq və biznesinizi gözlənilməz vergi ödəmələrindən qoruya bilmək çox vacib məqamdır. Bu səbəbdən istənilən rəqəmsal bazarın qaydalarına əməl etmək və qanunvericiliyə zidd məqamları aradan qaldırmaq biznes strategiyasının bir hissəsinə çevrilməlidir.

Müştərilərə üçüncü tərəf və ya platformalar vasitəsilə rəqəmsal xidmətlər təqdim edirsinizsə, mütləq şəkildə yerləşim etdiyiniz ölkənin qanunvericiliyə uyğun olaraq vergi ödənişlərinin sistematik şəkildə yerinə yetirildiyinə əmin olmalısınız. Belə ki, bir çox hallarda xidməti göstərən tərəf, müştəridən tutulan ƏDV ödənişinin uçotuna cavabdeh qismində çıxış edir. Lakin, bu o demək deyil ki, qanundan yayınma hallarında müştəri heç bir hüquqi və maddi məsuliyyət daşımır. Dünya təcrübəsi bu hallarda hər iki tərəfi təqsirkar bilərək, müvafiq olaraq cərimələr tətbiq olunmasını diktə edir. 

Azərbaycanda rəqəmsal bazarın vergi bazasının yaradılması ilə bağlı müəyyən müddətdir ki, müzakirələr aparılır. Bildirək ki, bu bazar indiyə kimi tənzimlənməsə də, bu istiqamətdə addımların atılması gözlənilir. Odur ki, üzümüzə gələn illərdə qanunvericiliyə ediləcək dəyişikliklər, rəqəmsal bazarın simasını tamamilə dəyişə bilər. Ən əsası isə hal-hazırda müxtəlif yollarla vergidən yayınan şirkətlər bu dəyişikliklərin təsirini öz üzərlərində hiss edəcəklər.

Belə ki, bazarda yaranan tendensiyaya nəzər salsaq, bəzi tanınmış brendlər, bilavasitə Azərbaycan rəqəmsal fəzasında reklam yerləşimi həyata keçirsələr də, dolayısı yollarla bu yerləşimin ödənişini Qazaxıstan və Gürcüstan üzərindən edirlər. Belə olduğu halda, alıcı kütləsi yerli bazarımızda olmasına və gəliri birbaşa Azərbaycan bazarından əldə etməklərinə baxmayaraq, şirkətlər iqtisadiyyatımıza tövhə və dəstək mənbəyi olan vergi ödənişlərindən yayınırlar. Beləliklə, həm yerli şirkətlərə, həm bazara, həm də digər vergi ödəyicilərinə haqsızlıq etmiş olurlar. Ümid edirik ki, gələcəkdə belə hadisələrin qarşısının alınması üçün, qəti tədbirlər görüləcək və ölkəyə dəymiş zərər məhsul şəxslər tərəfindən kompensasiya ediləcək. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri