Icma.az
close
up
RU
Rəqəmsal dünyada uşaqlar necə qorunacaq? Yeni qanun layihəsi barədə təfərrüatlar

Rəqəmsal dünyada uşaqlar necə qorunacaq? Yeni qanun layihəsi barədə təfərrüatlar

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq edilməsi və 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsinin nəzərdə tutulması müasir dövrün çağırışlarına uyğun, uzaqgörən addımdır.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat İlham Məmmədov deyib.

Deputat bildirib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyətə yeni imkanlar qazandırmaqla yanaşı, xüsusilə uşaqlar üçün ciddi risklər də formalaşdırır. Onun sözlərinə görə, sosial şəbəkələr təhsil, ünsiyyət və informasiya mübadiləsi baxımından mühüm platformalara çevrilsə də, onların nəzarətsiz istifadəsi azyaşlıların psixoloji sağlamlığına, davranış modelinə və dünyagörüşünün formalaşmasına mənfi təsir göstərə bilir.

Məhz buna görə 16 yaşadək uşaqların sosial şəbəkələrdə qeydiyyatına məhdudiyyət tətbiq edilməsi, 16-18 yaş arası yeniyetmələrin isə valideyn razılığı ilə bu platformalardan istifadə etməsinin nəzərdə tutulması müasir dövrün çağırışlarına uyğun, uzaqgörən addım kimi qiymətləndirilməlidir.

İ.Məmmədov vurğulayıb ki, bu məsələyə "sosial şəbəkələrə qadağa" prizmasından yanaşmaq doğru deyil. Onun sözlərinə görə, söhbət uşaqların informasiya mühitindən təcrid edilməsindən yox, onların rəqəmsal məkanda təhlükəsizliyinin təmin olunmasından gedir.

Deputat qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin mahiyyəti sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılması mexanizminin tətbiqi və azyaşlıların zərərli məzmunlardan qorunmasıdır. O bildirib ki, bu yanaşma uşaqların hüquqlarını məhdudlaşdırmır, əksinə onların hüquqlarının daha etibarlı şəkildə müdafiəsinə xidmət edir.

Deputat diqqətə çatdırıb ki, cəmiyyətimiz üçün bu prinsip yeni deyil. O qeyd edib ki, bu gün heç kim azyaşlılara siqaretin, alkoqollu içkilərin və ya soyuq silahların satışına qoyulan məhdudiyyətləri hüquq pozuntusu kimi qiymətləndirmir. Eyni yanaşmanın pornoqrafik məzmuna çıxışla bağlı da tətbiq olunduğunu deyən İ.Məmmədov bildirib ki, dövlətin əsas vəzifələrindən biri uşaqları onların yaşına uyğun olmayan təsirlərdən qorumaqdır. Onun sözlərinə görə, rəqəmsal mühit həyatımızın ayrılmaz hissəsinə çevrildiyi üçün bu qoruyucu mexanizmlərin sosial media platformalarına da şamil olunması tamamilə məntiqli və zəruridir.

İ.Məmmədov vurğulayıb ki, Azərbaycan bu istiqamətdə sıfırdan yeni hüquqi müstəvi yaratmır. Deputat xatırladıb ki, hələ 2018-ci ildə qəbul olunmuş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun uşaqların yaş xüsusiyyətlərinə uyğun informasiya əldə etmək hüququnu təmin etməklə yanaşı, onları zərərli məzmundan müdafiə edən hüquqi çərçivəni müəyyən etmişdi. Onun sözlərinə görə, hazırkı dəyişikliklər həmin siyasətin rəqəmsal platformalar üzrə davamı hesab edilməlidir.

Deputat bildirib ki, Azərbaycanın bu istiqamətdə beynəlxalq təcrübəyə uyğun hərəkət etməsi diqqətçəkən məqamlardan biridir. O qeyd edib ki, dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı qanunvericilik sərtləşdirilir. İ.Məmmədov vurğulayıb ki, Avstraliya müvafiq qanunu qəbul edib, Fransa isə Avropada bu istiqamətdə ilk addımı atan ölkəyə çevrilib.

Onun sözlərinə görə, ABŞ-nin bir sıra ştatlarında, Böyük Britaniyada, İrlandiyada, Almaniyada, Norveçdə, Türkiyədə, Kanadada və digər dövlətlərdə analoji mexanizmlər artıq tətbiq olunur və ya hazırlanır. Deputat əlavə edib ki, region ölkələri olan Qazaxıstan və Özbəkistanda da oxşar qanunvericilik təşəbbüsləri gündəmdədir. Bu faktın qlobal çağırışa verilən cavab olduğunu deyən İ.Məmmədov bildirib ki, Azərbaycan da bu prosesdən kənarda qalmır.

Deputat qeyd edib ki, qanunun 12 ay sonra qüvvəyə minməsi də düşünülmüş yanaşmanın göstəricisidir. O bildirib ki, bu müddət ərzində yaş yoxlanılması tətbiq olunacaq platformaların müəyyənləşdirilməsi, texniki həllərin hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili və valideynlərin məlumatlandırılması həyata keçiriləcək. İ.Məmmədovun sözlərinə görə, yeni mexanizm tələsik deyil, mərhələli və hazırlıqlı şəkildə tətbiq ediləcək.

"Nəticə etibarilə, uşaqların rəqəmsal təhlükəsizliyi artıq təkcə ailənin deyil, dövlətin və bütövlükdə cəmiyyətin məsuliyyət daşıdığı strateji məsələyə çevrilib. Azərbaycanın atdığı addım da məhz gələcək nəslin sağlam inkişafını, təhlükəsiz informasiya mühitində formalaşmasını və rəqəmsal dünyaya daha hazırlıqlı daxil olmasını təmin etməyə xidmət edir. Bu baxımdan yeni hüquqi tənzimləmə müasir dövrün reallıqlarına uyğun sosial siyasətin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir", - deyə deputat əlavə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 İyul 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri