Icma.az
close
up
RU
Rəqəmsal kimliyi kim və necə yoxlayacaq? EKSPERT

Rəqəmsal kimliyi kim və necə yoxlayacaq? EKSPERT

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həm qurumlara, həm də vətəndaşlara rəqəmsal şəxsiyyət vəsiqəsinin kim tərəfindən və nə zaman yoxlanılmasını müəyyən etmək üçün imkanlar yaradan layihə hazırlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat yayıb.

O, hazırda “myGov”da olan məlumatların rəsmi sənəd hesab olunduğunu və bu məlumatları harasa təqdim edəndə onu kimin yoxlamasını müəyyənləşdirməyin çətin olduğunu xatırladıb:

“İRİA-nın hazırladığı yeni mexanizm əsasında hansısa qurumda vətəndaşın rəqəmsal məlumatlarını verifikasiya etmək üçün öncədən qurum rəhbəri tərəfindən müəyyən əməkdaşlara səlahiyyətlər verilməlidir.

Yəni bundan sonra hansısa qurumda yalnız səlahiyyəti olan şəxs vətəndaşın telefonunda “myGov” vasitəsilə açıqladığı məlumatlarına baxa biləcək və onu verifikasiya edəcək.

İRİA bu məqsədlə qurum rəhbərləri üçün “myGov Checker” tətbiqində və “myGov” portalında səlahiyyətlərin verilməsi üçün imkanlar yaradıb. Qurum rəhbərləri bura daxil olaraq əməkdaşlarına sənəd yoxlamaq səlahiyyəti verə bilərlər. Bu cür səlahiyyəti olmayan şəxslər isə artıq vətəndaşın telefonunda olan məlumatı – QR kodu verifikasiya edə bilməyəcəklər”.

O, yoxlama zamanı toplanan data əsasında sənədin kim tərəfindən və nə zaman yoxlanılmasına nəzarət üçün qurumlara və vətəndaşlara imkanlar yarandığına diqqət çəkib:

“Qurumlar üçün keçid dövrü müəyyən edilib və bu mərhələdə səlahiyyətlərin verilməsini başa çatdırmalıdırlar. Bütün proses rəqəmsal olaraq həyata keçirilir.

Xatırladıram ki, sənəd yoxlanılmasına icazəsi olmayan şəxslərin sənədi yoxlaması, məlumatları paylaşması hüquqi məsuliyyət yaradır.

Yeri gəlmişkən, hazırda İRİA və ETN datası əsasında bəzi universitetlərin tələbələrinin istifadə etdikləri rəqəmsal tələbə kartlarının verifikasiyası da bu qaydada həyata keçiriləcək.

Düşünürəm ki, müxtəlif dövlət qurumlarına məxsus olan data əsasında yeni rəqəmsal dəyərlərin yaradılması istiqamətində İRİA tərəfindən atılan addımlar təqdirəlayiqdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri