Rəqsanə atasına əhsan süfrəsi açdı Qardaşı ilk dəfə danışdı (Video)
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni Rəqsanə İsmayılova mərhum atası İsmayıl İsmayılovun vəfatından sonra onun üçün əhsan süfrəsi açıb.
Milli.Az xəbər verir ki, mərasimdə sənətçinin qardaşı Elçin də iştirak edib. "Xəbərshow"un rəhbəri Aysel Ağayeva və aparıcı Yalçın Uğurun suallarını cavablandıran Elçin mərhum atası ilə münasibətlərindən söz açıb.
O bildirib ki, atası ilə tez-tez görüşmək imkanı olmasa da, telefonla daim əlaqə saxlayıb:
"Atamla çox təmasda olmamışam, çox görməmişəm. Amma telefon bağlantımız çox olub".
Rəqsanə isə qardaşının atası ilə daha çox ünsiyyətdə olduğunu deyərək, onun mərhum haqqında daha ətraflı danışa biləcəyini bildirib.
Müğənni Elçinlə necə tanış olduqlarından da danışıb. Onun sözlərinə görə, Elçini anası tapıb və bacı-qardaşın bir-birini tanıması üçün onları görüşdürüb.
Rəqsanənin açıqlamasından məlum olub ki, atası üç dəfə ailə qurub. Hər evlilikdən iki övladı dünyaya gəlib. Beləliklə, anaları ayrı olmaqla, ümumilikdə altı övlad - üç bacı və üç qardaş olublar.
Elçin həmçinin atasının dəfn mərasimində iştirak etmədiklərini açıqlayıb. Buna baxmayaraq, ailə üzvləri mərhum İsmayıl İsmayılovu unutmadıqlarını və onun xatirəsini yaşatdıqlarını bildiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 07 Oktyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















