Icma.az
close
up
RU
Menu

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

“Atletiko” təklifləri rədd edir

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

Belarusla əlaqələrimiz genişləndirəcəyik

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

Rəqsin ömrün mənasına çevrildiyi an...

Rəqsin ömrün mənasına çevrildiyi an...

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

O, ilk dəfə səhnəyə çıxanda, üzündə bir uşaq təbəssümü, qəlbində isə sonsuz bir həyəcan var idi. Gözlərindəki işıq, sanki içində gizlənən bir tale yazısının ilk şərtlərinin yazılacağı anın yetişdiyini hiss edirdi... Onda hələ o qızcığaz bilmirdi ki, bu işıq 70 illik ömrünün mənasına çevriləcək, o ilk uşaqlıq arzusunun atəşi bir an belə sönməyək. Çünki o, yalnız səhnəyə çıxmamışdı - o, sadəcə özünü  səhnədən kənarda təsəvvür eləmədi bu illər ərzində.

İndi Təranə Muradovanın adı çəkiləndə göz önünə rəqs gəlir. Amma bu rəqs nə sadəcə ahəngli bir hərəkət, nə də göz oxşayan libaslarla gözəlləşən, təsirli olan bir jest idi. Bu rəqs – bir həyat tərzi, bir kimlik, bir əqidə savaşı idi, bapbalaca bir qızın ürəyində tumurcuqlanan rəqs adlı bir dünyanın ilk cücərtiləri idi. O, bədən dilini milli yaddaşın sözünə çevirmək üçün gəlmişdi dünyaya! Ən çətin anlarında belə: “Mən bunu bacaracam” - inadı ilə çalışırdı.

Uşaqlıq illərindən bəri musiqi və hərəkətin bir ahəngdə yaratdığı sirli güc onu necə əfsunlamışdısa, ötən illərin belə bu sevgini üstələməyə gücü çatmamışdı. Ailəsi, ətrafı onun bu marağını hiss edir, bəzən o dövr üçün o qədər də məqbul sayılmayan artistlik - peşəkar rəqqas olmaq arzusu təqdir olunmurdu... Amma Təranə də inadından əl çəkmirdi. Və onda heç kəs bilmirdi ki, bu maraq zamanla bir missiyaya çevriləcək və Təranə Muradovanı bütün Azərbaycana, yaxın uzaq ölkələrə tanıdacaq.

Orta məktəbi bitirdikdən sonra ali sənət təhsili alan Təranə xanım, akademik bazasını gücləndirməklə bərabər, xalq rəqslərinin fəlsəfəsinə - genetik yaddaşını mənimsəməyə  çalışdı. O, sadəcə öyrənmədi - rəqslərin mənəvi dünyasını, fəlsəfi yozumunu dərk etməyə çalışdı.

Onunla müxtəlif xarici səfərlərdə olmuşam, nə gizlədim, hər dəfə də daha çox onun çıxışını gözləmişəm, özü də həyəcanla, maraqla. Çünki mən səhnədə titrəyən o Ruhu - milli rəqsimizin dilində danışan sənətkarın yeni bir hekayə söyləyəcəyinə əmin idim.

Çünki bilirdim ki, Təranə Muradovanın ifasında hər rəqs bir tamaşaya çevrilir, eyni rəqsi hər konsert axşamı başqa bir ovqatda, başqa bir şövqlə ifa edəcək. Onun səhnədəki hər addımı – bir mətləb, bir duyğu, bir sədaqət idi. "Uzundərə", "Tərəkəmə", "Naz eləmə", "Qazaxı", "İnnabı", "Xançobanı" – hər biri onun ifasında milli dəyərin səhnədəki canlı inikasına çevrilirdi.

Təranə xanımın bütün rəqsləri gözəldir, təkrarsızdır, amma bir dəfə Vətəndən çox-çox uzaqda keçirilən "Azərbaycan Mədəniyyət günləri" çərçivəsində onun ifa etdiyi "Uzun dərə" rəqsini xatırlayanda göz yaşlarımı saxlaya bilmirəm. İlahi, musiqi, rəqs, Təranə xanımın titrək qollarının çırpıntısı, düyünlənmiş dodaqlarının titrəyişi, həsrətdən, intizardan qıvrılan bədəninin gərginliyi öndərin sükutun içərisində yalnız şərurlu musiqi ilə sarmaş dolaş olan bir xanımın danışdığı sevgi, həsrət, ayrılıq hekayəsi bütün salondakıları necə sehirləmişdisə, nağıllarda deyildiyi kimi, "barmaqlarını kəssəydin, xəbərləri olmazdı"! Bu idi bizim musiqimizin qüdrəti və rəqs etməyi ömrünün mənası sayan bir azərbaycanlı gözəlin "söylədiyi" nağılın sehri!

Təranə xanım sadəcə rəqs etmirdi,  o, duyğusal bir vurğunluqla o hekayəni, rəqsin məzmununu, mənasını yaşayırdı. Elə bil bir qadının intizar dolu illəri, könlündə gizlənmiş ayrılıq, sevdadan doğan həsrət – hamısı o çırpınan qollarda, o titrək ayaq hərəkətlərində şəkil- şəkil canlanırdı. Tamaşaçı baxmırdı – hiss edirdi. Və bəlkə də ona görə o boyda salon bir anlıq nəfəsini tutur, son akkordları vurulandan bir müddət sonra ayağa qalxaraq "Bravooo!" nidaları ilə rəqsi deyil, onun sənətkar qəlbini alqışlayırdılar. Bu, onun səhnə arxasındakı görünməyən zəhmətinə verilən tamaşaçı qiyməti idi.

Təranə xanım üçün səhnəyə çıxmaq - sadəcə gözəllik nümayişi deyildi. Bu, illərin məşqi, bədənin öyrədilməsi, iradənin cilalanması, ağrının gücə çevrilməsi idi. O, ayaq barmaqlarında hiss etdiyi ağrını, bəzən nəfəs kəsən məşqləri, səhərdən gecəyə qədər təkrarlanan partnyor tapdanışlarını heç vaxt ağır zəhmət kimi görmədi. Bu, onun seçdiyi sənətin ömür boyu yaradacağı zəhmət, ömrün ayrılmaz qayğısına çevrilən sevdiyi işin artıq onun həyat tərzinə çevrilməsi idi.

Heç bir uğur, heç bir orden, diplom onun məsuliyyət hissini azaltmadı. Əksinə, daha da artırdı. Təranə Muradova uğurdan arxayınlaşan sənətkar deyildi. Onun üçün hər yeni çıxış bir imtahandı.

“Səhnə bir andır - amma o anda minlərlə baxış sənə yönəlir. Orada sən tək deyilsən – orada millət var, mədəniyyət var, tarix var” - deyir özü. Bu, onun sənət fəlsəfəsi, həyat düşüncəsidir.

Azərbaycan xalqının milli ruhunu dünyaya tanıtmaq, sənət  meydanlarına daşımaq təbliğ etmək, yaşatmaq Təranə xanımın ən böyük missiyası olub həmişə. O, təkcə Azərbaycan səhnəsinin deyil, Azərbaycan mədəniyyətinin, bizim milli ruhumuzun təmsilçisidir. Onun rəqsi təkcə Bakının, Gəncənin, Şuşanın yox, Berlinin, Parisin, İstanbulun, Tokionun, Moskvanın ən prestijli səhnələrində də sevgi ilə qarşılanıb.

Hər bir çıxışında o, xalqının milli-mənəvi varlığının daşıyıcısı, təbliğatçısıdır. Hər rəqsin asıldığı ruha, daşıdığı hekayənin təsirini gücləndirən fikrə uyğun milli geyimlərdə çıxışlar zamanı etdiyi hər dönüş, qollarının hərəkəti, əllərinin zərif titrəyişi, hər hərəkətin, hər incə toxunuşun  ifadəliliyi, göyə doğru uzanan qolların çırpıntısı - rəqsi təsirli və yaddaqalan edən hər hərəkət, ani fırlanma belə – bir xalqın varlığına çağırış nidasıdır Sənətkar üçün! O qərib ölkələrdə, yad şəhərlərdə  səhnəyə çıxanda, elə bilirsən ki, bütün Azərbaycan dünyaya: "Mən varam, mən buradayam!" - deyir.

Əziz dostum Təranə xanımın daha bir missiyası da var: Sənətkarın məktəbi - Gənclərin yanında bir ustad kimi öyrədici rolunu, müəllim missiyasını yerinə yetirmək!

Bu gün də Təranə Muradova gənclərin yanındadır. O, onlara yalnız rəqs deyil - səhnəyə çıxmağın mənəvi məsuliyyətini də öyrədir. Onun dərsində təkcə ritm yox, ruh var. Təranə xanım tələbələrinə özündə bir ömür boyu yaşatdığı bir həqiqəti aşılayır: “Rəqs - sadəcə hərəkət deyil. Rəqs - yaşantıdır. Əgər hiss etmirsinizsə, oynamayın”.

Onun yetirmələri bu gün dünyanın müxtəlif səhnələrində Azərbaycan rəqslərini ləyaqətlə təmsil edirlər. Və onların hamısı bilir - bu yolda ilk addımı Təranə müəllimlə birgə atıblar. Onların hər birinin uğurunda Ustadın əməyi var!

Bu zəhmətin, iradənin, əməyin, böyük uğurlara, sənətin zirvəsinə gedən yolun bələdçisi isə Təranə Muradovadır.

70 yaşını ailəsinin, sənət dostlarının, yetirmələrinin əhatəsində qeyd edən  Təranə xanımın ömrü - sadəcə bir insanın deyil, bir xalqın sənət salnaməsidir. O, səhnəyə sığmayan, illərə sığışmayan, alqışlarla süslənən, dövlətimiz və hökumətimiz tərəfindən yüksək səviyyədə qiymətlədirilmiş şərəfli bir iz qoyub sənətdə. O, Azərbaycan qadınının mədəniyyətə, sənətə və xalqa olan fədakarlığının simvoludur.

Təranə Muradova - bir ömrü rəqsə çevirmiş qadın.

70 yaşınız mübarək olsun, səhnənin zəriflik və gözəllik Şahzadəsi, sevdiyi və bütün ömrü boyu sadiq qaldığı Rəqs sənətinin möhtəşəm  qalası! Günün mübarək!..

Sevgilər və səmimi təbriklərlə,

Telli Pənahqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Avqust 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see258

Bakı Tbilisi sərnişin qatarı işə düşəcək Tarix AÇIQLANDI

18 May 2026 17:47see225

Bakı Tbilisi qatarı qayıdır 6 il sonra

18 May 2026 17:30see216

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

19 May 2026 06:01see212

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see206

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

19 May 2026 13:22see203

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see201

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see196

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

19 May 2026 05:06see193

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

19 May 2026 01:30see177

“Vardanyana insan haqları mükafatı vermək ədalətə zərbədir” Azərbaycan hüquq müdafiəçilərindən sərt bəyanat KONKRET

18 May 2026 21:31see174

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

18 May 2026 23:45see173

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

18 May 2026 23:53see173

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

19 May 2026 05:06see172

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see171

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

18 May 2026 23:30see171

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see171

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see170

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see164

Julio Romao yenidən “Qarabağ”a qayıda bilər

18 May 2026 20:23see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri