Icma.az
close
up
RU
Rəşad Sadıqov: “Heyətimizdə səkkiz doqquz zədəli futbolçu var”

Rəşad Sadıqov: “Heyətimizdə səkkiz doqquz zədəli futbolçu var”

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının yeddinci turunda “Şamaxı” ilə heç-heçə etdikləri görüşdən (1:1) sonra ciddi heyət problemlərindən danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis mətbuat konfransında qarşılaşmanın gözlədikləri kimi ağır keçdiyini bildirib:

“Oyun çox ağır keçdi. Üç həftə idi ki, bu matça hazırlaşırdıq. Futbolçulara daim deyirdik ki, qarşılaşma gərgin və yorucu olacaq. Elə də oldu. Birinci hissə bizim üçün yaxşı keçdi, amma əlverişli epizodlardan istifadə edə bilmədik. İkinci hissədə rəqib uzaq məsafədən zərbə ilə qol vurdu. Buna qol epizodu demək də çətindir. Bundan sonra hesabı bərabərləşdirdik, yaxşı hücumlarımız oldu. Təəssüf ki, ikinci qolu vura bilmədik. Belə ciddi çətinliklər yaşadığımız dövrdə hətta bir xal qazanmaq da asan deyildi. Xoşbəxtlikdən, heç olmasa, bir xal əldə etdik”.

Sadıqov çempionatdakı fasiləni dəyərləndirərkən zədə və xəstəliklərin komandanın hazırlığına təsir etdiyini vurğulayıb:

“Fasilənin əsas faydası zədəli futbolçularımızla bağlı idi. Təəssüf ki, bəzi oyunçularımız zədələndi. İssa Cibrilla milli komandada zədə aldı. Quima da zədələndi. Giorgi Papunaşvilinin iki həftə qızdırması oldu. Problemlər bir-birinin üzərinə gəlir. Onlar haqqında nə qədər çox danışırıqsa, sanki sayı da bir o qədər artır.

Papunaşvili cəmi bir məşq keçirmişdi. Eren Aydın da elə. İmkanım olsaydı, onları meydana buraxmazdım. Leqbo üçün də bu, zədədən sonra ilk oyun idi. Meydana buraxmağa futbolçumuz yox idi. Bu tendensiya davam edir. Qapımıza bir zərbə vuruldu və qol oldu. Belə hallarda qələbə qazanmaq çətindir”.

Baş məşqçi zədələrin səbəblərinə toxunaraq sıx oyun qrafikinin də problemlərə təsir edə biləcəyini qeyd edib:

“Leqbonun çiynində problem yarandı. Papunaşvili iki həftə qızdırma ilə yataqda qaldı. İssanı Tovuzda 60-cı dəqiqədə əvəzləmişdim, çünki yorulmuşdu. Milli komandaya getdi və orada zədələndi. Ktataunun sümüyü sınıb. Çox qəribə hadisələr baş verir.

Quimanın bugünkü zədəsi də adi epizodda baş verdi. Ardıcıl dörd ağır oyun keçirmişik. Belə matçlardan sonra bu cür problemlərlə üzləşirsən. Ola bilsin, sıx oyun qrafikinə görə bunlar üst-üstə düşür.

Əlimizdən heç nə gəlmir. Qalan sağlam futbolçularla nəsə etməyə çalışacağıq. Məcburən oyun sistemini dəyişirik, başqa variantlar düşünürük. Leqbonu sol cinah müdafiəçisi, Bayere Lueni isə hücumçu kimi nəzərdən keçirirdik. Amma futbolçu çatışmazlığına görə Leqbonu irəli çəkməli olduq”.

Sadıqov evdə itirilən xallardan və növbəti turda Gəncədə keçirəcəkləri oyundan da danışıb:

“Biz də ev oyunlarından maksimum nəticə ilə ayrılmaq istəyirik. Amma rəqib seçmək olmur. “Şamaxı” da bu matçda keyfiyyətini göstərdi. Gəncədə isə dolu tribunalar qarşısında bizi nəyin gözlədiyini bilirik.

Hazırda olmaq istədiyimiz vəziyyətdə deyilik. Mövsümün əvvəlində başqa şeylərə hazırlaşırdıq, indi isə tamam fərqli mənzərə ilə üzləşmişik. Heyətimizdə səkkiz–doqquz zədəli futbolçu var”.

Mütəxəssis qapıçı Anar Nəzirovun komandadakı rolunu da açıqlayıb:

“O, karyerasını başa vurmaq istəyirdi. Bu mövsüm üçüncü qapıçı statusundadır, eyni zamanda qapıçılara kömək edir”.

İssa Cibrillanın durumuna münasibət bildirən Sadıqov onun bir müddət komandadan ayrı qalacağını söyləyib:

“Bu qədər zədə problemi adamı yorur. O da milli komandadan zədələndiyini yazanda artıq nə düşünəcəyini bilmirsən. Çox yaxşı futbolçudur, heyətimizdə görmək istədiyimiz oyunçulardandır. Görünür, iki–üç həftə bizimlə olmayacaq”.

Baş məşqçi keçmiş qapıçı Tyaqo Silvanın “Şəfa”ya keçidini də şərh edib:

“Silva həm azarkeşlərin, həm də məşqçilər korpusunun sevdiyi futbolçulardan idi. Ötən mövsümün bitməsinə bir–iki ay qalmış ona yeni müqavilə də təklif etmişdik. Onun gedişinə qədər nə baş verdiyini dəqiq izah edə bilmirəm. Bir qədər də düşünmək istəyirdi. Biz isə avrokuboklara hazırlaşdığımızı və cəmi iki–üç həftə vaxtımız olduğunu bildirdik.

Onu da başa düşürəm. Ola bilsin, daha yaxşı təklifləri var idi. Amma biz onun komandadan ayrılmasını istəmirdik. Yaxşı komandaya – “Şəfa”ya keçib. Ona uğurlar arzulayıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 10 Oktyabr 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri