Icma.az
close
up
RU
Rəşid Behbudovu niyə aradan götürmək istəyirdilər?

Rəşid Behbudovu niyə aradan götürmək istəyirdilər?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün Xalq artisti Rəşid Behbudovun anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi.

1943-cü ilin sonunda Bakıda çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. Film tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır.

***

Günlərin birində Qarabağa konsert verməyə gedir. Onun papaq və təsbehini oğurlayırlar. Rəşid Behbudov təsbehi oğurlayana bağışladığını bəyan edir, ancaq papağı geri istəyir. Xanəndənin papağı qısa müddətdə tapılaraq özünə qaytarılır. Bu fakt Aqil Abbasın “Dolu” romanında da özü əksini tapıb.

1952-ci ildə Rəşid Behbudov da daxil olmaqla bir sıra Sovet incəsənət xadimləri Hindistana dəvət alır. Behbudov Hindistanda özünə yeni dostlar tapır, onların arasında tanınmış kinoaktyorlar Nərgiz Data və Rac Kapur olur.

***

Özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.

Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.

***

Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər. Sonralar Şaumyanın Bakıda basdırıldığı iddia olunan yerdə işlər aparılan zaman bu işlə məşğul olan insanlar deyirlər ki, “biz Rəşidə inanmadıq. O, haqlı idi”. Meyitlərin tibbi ekspertizası zamanı Şamuyanın cəsədini orada tapılmır.

Müəmmalı ölümdən sonra Moskvada müğənninin ailəsinə bildirirlər ki, sizin dinə görə meyiti yarmaq olmaz. Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda ekspertiza olunur. Meyitin yarılması Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, polis işçiləri tərəfindən həyata keçirir. Lazımi sənədləri isə yoxa çıxarırlar. Hazırda arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur.


***

Rəşid Behbudov iyunun 8-dən 9-na keçən gecə saat 04:10-da vəfat edir. Bu xəbəri onun ailəsinə isə günorta saat 12-də deyirlər. Xanəndənin həyat yoldaşı onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Ona deyirlər: “Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi”.

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə” Qulu Ağsəsin yeni kitabının təqdimat mərasimi keçiriləcək Zərdabinin qızının övladlığa götürdüyü bəstəkar kimdir?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 İyun 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri