Icma.az
close
up
RU
Revanşistlər sülh prosesini pozur: Sənədin detalları

Revanşistlər sülh prosesini pozur: Sənədin detalları

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hraparak” qəzeti Azərbaycan-Ermənistan sülh prosesini pozmağa çağıran məqalə dərc edib.

Nəşrin yazdıqlarına diqqət yetirdikdə, bunun adi bir məqalə olmadığı, siyasi sifariş olduğu aydın görünür. Bu sifariş isə revanşist müxalifətdən gəlib. “Hraparak” Ermənistanda radikal müxalifətə yaxın olduğundan revanşistlərin məhz bu tribunanı seçməsi təsadüf deyil. Adıçəkilən nəşr vasitəsilə sülh müqaviləsinin guya Ermənistan üçün ciddi problemlər yaradacağı qeyd edilir. Hətta Azərbaycana qarşı növbəti dəfə ərazi iddiası irəli sürülür. 

Mətndə Ermənistanın Baş naziri Nikol Paşinyanın adı açıq şəkildə çəkilməsə də, girişdə onun Azərbaycanın siyasi tələblərini yerinə yetirdiyinə işarə edilir. Ermənilərə bu “müraciət”in arxasında sülh müqaviləsinə qarşı ictimai müqaviməti təşkil etmək planı dayandığını görmək olar. 

“Ermənistanda bir nəfər dünyada yaşayan bütün erməniləri məğlub etdi və tezliklə qondarma sülh müqaviləsi imzalayacaq ki, bu da Ermənistan cəmiyyətinin müxtəlif təbəqələrində daim müzakirə olunur. Lakin heç bir təsirli addım təklif olunmur. Ermənistanın ətrafındakı vəziyyətlə, onun normallaşması istiqamətində atılan addımlarla heç bir əlaqəsi olmayan gözəl arzular, sözlər var. Müzakirə edənlər də bilir. Sadəcə olaraq müzakirə edirlər ki, guya ermənilər əvvəl könüllü olaraq Qarabağı, sonra isə Ermənistanı təslim ediblər. Ancaq danışmaq sizə kömək etməyəcək. Nə danışmaq, nə də tənqid ona təsir edir.

O, “məğlubedilməz”dir və səhvlərində israrlıdır. Amma İlha Əliyev razılaşan kimi o, müqaviləni mütləq imzalayacaq. Erməni xalqı isə addım atmaq, qərar vermək, bu fəlakətin qarşısını almaq iqtidarında deyil, oturub Ermənistanın tədricən təslim olmasına tamaşa edir... Ermənilərin çoxu vətənlərini itirə biləcəklərini ya başa düşmürlər, ya da inanmırlar və bu haqda danışanlara qulaq asmırlar, bu haqda danışanlara qulaq asmırlar, dövlət məmurları yalan danışanda  pis heç nə olmayacağına, erməni xalqına “parlaq gələcək” gətirəcəklərinə inanırlar.

Məqalədə “Sənədi imzaladıqdan sonra nə olacaq?” sualı isə revanşistlərin sülhdə nəinki maraqlı olmadığından, hətta yenidən müharibə etmək və regionda status-kvonu dəyişmək arzularından xəbər verir. 

- “Müqavilə bağlanarkən təxminən 245 kv.m. km, Ermənistanın “işğal olunmuş” ərazisi Azərbaycanın tərkibində qalacaq. Çünki o, bunu istəyir”.

Bununla Ermənistanın guya 245 kv.km. ərazisinin Azərbaycan tərəfindən işğal olunduğuna dair əsassız iddialar səsləndirilir. Yəni sülh müqaviləsi imzalanarsa, Paşinyan Azərbaycanın istəyinə uyğun olaraq həmin əraziləri güzəştə gedəcək. Əslində, bu fikri dolayısı ilə Ermənistan hakimiyyəti də səsləndirir.

Guya Azərbaycan 2021-ci ilin may ayından etibarən Ermənistanın şərti sərhəddə yerləşən bir sıra ərazilərini nəzarətə götürüb. Söhbət Kəlbəcər rayonunun Buğdadağ yüksəkliyi, Bala Göyçə gölü və Laçın rayonunun Ermənistanla şərti sərhədində, İstisu yaşayış məntəqəsindəki bir sıra yüksəkliklərdən gedir. Halbuki, həmin torpaqlar Azərbaycanın tarixi əraziləridir və 2021-ci ilin may ayında və 2022-ci ilin sentyabr ayında keçirilən hərbi əməliyyatlar zamanı işğaldan azad edilib. 

İkincisi, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası başa çatmadığına görə rəsmi İrəvan həmin ərazilərə iddia edə bilməz. Ermənistan Ali Soveti 1989-cu il dekabrın 1-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ilhaqına dair qərar qəbul etməklə Azərbaycanla sərhədlərdən imtina edib. Ermənistanın beynəlxalq səviyyədə de-yure tanımış legitim sərhədləri yoxdur. Ermənistan hansı ərazilərə malik olduğunu yalnız delimitsasiya və demarkasiya prosesi başa çatdıqdan sonra deyə bilər.      

Məqalədə Azərbaycanın işğal altında olan  dörd anklav kəndinə də ərazi iddiası irəli sürülür.   

- “Ermənistanın bütün anklavları və ilk növbədə,Tiqranaşen (Kərki) Azərbaycana veriləcək. Çünki Azərbaycan bunu istəyir”. 

Ermənistanda həm müxalifət, həm də hakimiyyət i Qazax rayonunun işğal olunmuş Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Sədərək rayonunun Kərki kəndləri qaytarılmadan sülh müqaviləsinin mümkün olmayacağını yaxşı bilir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımadan sülh sazişi reallaşa bilməz. Kərki kəndi 1990-cı ilin yanvar ayında Ermənistan tərəfindən işğal olunub. Azərbaycan anklav kəndləri, o cümlədən Kərkini güc yolu ilə azad etmək hüququna malikdir. Anklavları Ermənistanın tərkibinə qatmaq cəhdləri münaqişənin yenidən alovlanmasına səbəb ola bilər. Revanşistlər də mühafizəkar Ermənistan cəmiyyətini müqavimətə çağırmaqla kəndlərin qaytarılmasına mane olmağa, yəni sülh prosesini pozmağa çalışır.  

- “Sünik (Zəngəzur) dəhlizi ən qısa zamanda açılacaq. Çünki Azərbaycan bunu istəyir”. 

- “Azərbaycan qüvvələri onların təhlükəsiz hərəkətini təmin etmək üçün Sünik (Zəngəzur)  dəhlizi ilə sərnişin və yükdaşımalarına nəzarət edəcək. Yalnız azərbaycanlılar və türklər nəzarət edəcəklər”.

Bu iki tezis Zəngəzur dəhlizinin açılmasına qarşı Ermənistan cəmiyyətində siyasi xof yaratmağa hesablanıb. Guya Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın maraqlarına cavab verir. Halbuki Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında  nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması blokada şəraitində olan Ermənistanın iqtisadi rifahına səbəb ola bilər.

Dəhlizin mühafizəsinin Türkiyə tərəfindən təmin olunacağı barədə iddialar isə absurddur. Çünki Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan yeganə hüquqi sənəd 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatdır.    

- “Ermənistanın Konstitusiyası dəyişdiriləcək. Çünki Azərbaycan bunu istəyir”. 

Qeyd edək ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi sülh müqaviləsinin mətninin razılaşdırılması üçün Azərbaycanın əsas tələbi olaraq qalır. Konstitusiyasının preambula hissəsində DQMV-in Ermənistana birləşdirilməsini əsası götürən Müstəqillik Bəyannaməsinə istinad edilir. Bu isə Azərbaycana qarşı ərazi iddialarının davam etməsi deməkdir. Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin konstitusiyadan çıxarılmasını tələb edəcək. Əks təqdirdə, iki ölkə arasında sülh qeyri-mümkündür. Yəni bunu yalnız Paşinyana qarşı ittiham aktına çevirmək düzgün deyil. Revanşistlər hakimiyyətdə olsa belə, Azərbaycan öz tələbində israr edəcək.  

- “Azərbaycan avropalı müşahidəçilərin geri çağırılmasını istəyir. 

Azərbaycan Avropa İttifaqının müşahidə missiyasının şərti sərhədə yerləşdirilməsini sülhə maneə hesab edir. Çünki monitorinq missiyasında iştirak edən dövlətlərin regiondakı maraqları vəziyyəti gərginləşdirir. Ermənistan üzərindən Cənubi Qafqaza daxil olan Fransa və digər ölkələr öz maraqlarını sərhədlərin təhlükəsizliyi adı altında təmin etməyə çalışır.

Guya Azərbaycan tərəfindən hansısa eskalasiya riskinin olması barədə uydurma iddialardan istifadə edən Fransa Ermənistanı silahlandırır və sülh danışıqlarını pozur. Ona görə də Azərbaycan avropalı müşahidəçilərin regiondan çıxarılmasını sülh üçün əsas şərtlərdən biri hesab edir. Missiyanın şərti sərhəddə  olması isə Ermənistanın təhlükəsizliyinin təmin olunmasına əlavə hər hansı imkan yaratmır.   

- “Azərbaycan onu vasitəçisiz imzalayacaq, icrasına isə Türkiyə nəzarət edəcək. Bu da sazişin müddəalarının həyata keçirilməsini və onun qüvvəyə minməsindən sonra mübahisəli məsələlərin həllini təmin edəcək”.

Bu tezisin isə sırf şovinist və antitürk düşüncə tərzinin məhsulu olduğu açıq görünür. Türkiyənin Azərbaycan-Ermənistan sülh sazişinin icrasına nəzarət edəcəyi barədə deyilənlər cəfəng səslənir. Məqalədə bir tərəfdən sülh müqaviləsinin vasitəçisiz imzalanacağı qeyd edildiyi halda, digər tərəfdən Türkiyənin nəzarət məsələsini ortaya atmaqla ermənilərdə siyasi vahimə yaratmağa çalışırlar. Əgər iki ölkə birbaşa razılaşma əldə edə bilirsə, üçüncü dövlətin buna təminatçı olmasına ehtiyac qalmır. Belə siyasi məntiqsizlik isə yalnız ermənilərin ağlına gələ bilər.     

Ermənilərə sonda edilən müraciət isə təxribatdan başqa heç nə deyil:

“Hörmətli ermənilər, bu sənəd əslində ikitərəfli razılaşma deyil, digər tərəfin məcburi şəkildə yerinə yetirilməsi şərti ilə bir tərəfin istəklərinin ifadəsi olacaq”.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri