Icma.az
close
up
RU
Rezonans doğuran işğal planı: Qoşun çıxarılacaq deyildi, iki ölkə hərəkətə keçdi

Rezonans doğuran işğal planı: Qoşun çıxarılacaq deyildi, iki ölkə hərəkətə keçdi

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Qrenlandiyaya sahib olmaq istədiyini deyib. Tramp arzusuna bu və ya digər şəkildə nail olacağını bildirib.

“Sandey Telegraf”ın iddiası isə vəziyyəti daha da gərginləşdirib. Nəşr Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və ABŞ tərəfindən ilhaqının qarşısını almaq üçün Böyük Britaniya hökumətinin adaya qoşun göndərməyi planladığını yazıb. Hətta Britaniyanın bununla bağlı Avropa ölkələri ilə müzakirə apardığı bildirilir. Nəşrin məlumatına görə, Böyük Britaniya hərbi komandanlığı Qrenlandiyada NATO missiyasının yaradılması planları üzərində işləyir.

“Blumberq” isə Almaniyanın NATO-ya Arktika Mühafizəçisi missiyasını təklif etdiyini yazıb.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazi statusuna malikdir:

“Onun xarici siyasəti və müdafiə məsələləri Kopenhagenin səlahiyyətindədir. Bu baxımdan, üçüncü bir dövlətin, o cümlədən ABŞ-ın Qrenlandiya üzərində hər hansı iddiası beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə ziddir.

Amma son illərin təcrübəsi açıq şəkildə göstərir ki, beynəlxalq hüquq dövlətlərarası münasibətləri müəyyən edən əsas mexanizm deyil. O, daha çox güclü dövlətlərin maraqlarına uyğun gəldiyi halda xatırlanan, əks vəziyyətdə isə rahatlıqla kənara qoyulan siyasi alətə çevrilib. Bu reallıq fonunda Qrenlandiyanın mümkün işğalı ideyası fantastik ssenari yox, nəzəri baxımdan istisna edilməyən variant kimi dəyərləndirilə bilər.

Müasir beynəlxalq sistemdə hüquqi normaların ardıcıl şəkildə pozulması artıq presedent deyil, norma xarakteri alıb. Müasir dünyada suverenlik anlayışı yalnız güc balansı ilə qorunur. Hüquq isə yalnız nəticələri sonradan izah etmək və ya legitimləşdirmək üçün xatırlanır. Belə bir mühitdə Qrenlandiyanın Danimarkanın tərkibində muxtar ərazi olması onun təhlükəsizliyinə real zəmanət vermir.

Qrenlandiyanın strateji əhəmiyyəti onu böyük güclər üçün cəlbedici hədəfə çevirir. Arktika regionunda iqlim dəyişiklikləri nəticəsində yeni dəniz yollarının açılması, zəngin təbii resursların üzə çıxması və Rusiya ilə Çinin bu ərazidə artan fəallığı ABŞ-ın maraqlarını daha da gücləndirir. ABŞ-ın Qrenlandiyada artıq hərbi mövcudluğa malik olması isə istənilən təhlükəsizlik əsaslı ssenarinin texniki baxımdan asanlıqla həyata keçirilə biləcəyini göstərir”.


Elçin Mirzəbəyli

Deputat bildirib ki, müasir geosiyasətdə işğallar klassik formada həyata keçirilmir:

“Artıq bir dövlətin ərazisinə birbaşa hücum etməkdən daha çox, təhlükəsizlik riski, humanitar məsuliyyət və ya geosiyasi zərurət adı altında mərhələli müdaxilə modelləri tətbiq olunur. Qrenlandiya üçün də oxşar mexanizmin işə salınması mümkündür. Rusiya və ya Çin təhlükəsinin qabardılması, müvəqqəti təhlükəsizlik tədbirləri adı altında hərbi mövcudluğun genişləndirilməsi və yerli idarəetmənin aciz göstərilməsi bu prosesin tərkib hissəsi ola bilər. Son mərhələdə isə öz müqəddəratını təyinetmə şüarı altında legitimlik görüntüsü yaradılması ehtimalı da az deyil.

Bu ssenari qarşısında Avropa İttifaqının real müqavimət göstərmək imkanları məhduddur. Avropanın təhlükəsizlik arxitekturası ABŞ-dan asılı vəziyyətdədir və NATO çərçivəsində Vaşinqtonla açıq qarşıdurma Avropa üçün ciddi risklər yarada bilər. Danimarkanın təkbaşına belə bir prosesə qarşı durmaq gücü yoxdur, Avropa İttifaqı isə siyasi parçalanma və iqtisadi maraqlar səbəbindən sərt mövqe nümayiş etdirməkdə çətinlik çəkir. Bu isə ABŞ-ın mümkün addımlarına qarşı real əngəlin formalaşmasını demək olar ki, mümkünsüz edir.

Prezident Donald Tramp faktoru bu mənzərəni daha da təhlükəli edir. Onun xarici siyasət yanaşması beynəlxalq institutlara və hüquqi mexanizmlərə deyil, güc balansına və birbaşa təzyiqə əsaslanır. Tramp üçün beynəlxalq münasibətlər hüquqi prinsiplər sistemi deyil, razılaşmalar və məcburetmə mexanizmləri üzərində qurulmuş ticarət modelidir. Bu yanaşma Qrenlandiya məsələsində də özünü göstərir və qərarların institusional konsensusdan daha çox şəxsi siyasi iradə ilə verilməsi riskini artırır.

Beləliklə, Qrenlandiyanın işğalı hüquqi baxımdan qeyri-qanuni olsa da, mövcud beynəlxalq reallıqlar fonunda tamamilə mümkünsüz ssenari hesab edilə bilməz. Dünya artıq hüququn deyil, gücün müəyyənedici olduğu mərhələyə qədəm qoyub. Əgər böyük dövlətlər üçün siyasi iradə, daxili ictimai dəstək və beynəlxalq səviyyədə zəif müqavimət formalaşarsa, beynəlxalq hüququn pozulması sadəcə formal bəyanatlarla müşayiət olunan fakt kimi tarixə düşə bilər. Qrenlandiya məsələsi bu baxımdan təkcə bir ərazi mübahisəsi deyil, qlobal nizamın hansı prinsiplərlə davam edəcəyini göstərən təhlükəli göstəricidir“.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov isə deyib ki, hazırda ABŞ Prezidenti Donald Tramp danışıqlarda öz mövqeyini gücləndirir:

“Son bir il ərzində biz onun üslubu və yanaşma tərzi ilə tanış olmuşuq. ABŞ prezidenti çalışır ki, Danimarka və Avropa İttifaqına (Aİ) təzyiq göstərsin. Fikrimcə, bu, hələ son deyil. Tramp Qrenlandiya ilə bağlı konkret addımların atılmasına ehtiyac duyarsa, ilk növbədə NATO-dan çıxmaqla bağlı şantaj səsləndirə bilər. O, bunu əvvəllər də edib.


Fərhad Məmmədov

Aİ ölkələri hələlik geri çəkilməyəcək. İttifaq danışıqlarda öz mövqeyini gücləndirir. Lakin burada mühüm məqam ondan ibarətdir ki, Avropa ölkələri ABŞ-dan daha çox asılıdır. Niderlandın keçmiş baş naziri, hazırda NATO-nun baş katibi vəzifəsini icra edən Mark Rutte danışıqlar prosesində əsas şəxslərdən biridir. O da bildirib ki, ABŞ Qrenlandiyanın Danimarkaya aid olmasını tanıyaraq nə etmək istədiyini bilir.

Danimarka prinsipcə ABŞ-ın istəklərini yerinə yetirməyə razıdır. Lakin tək şərt odur ki, Qrenlandiyanın Danimarkaya aid olduğu qəbul edilsin”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri