Icma.az
close
up
RU
“Richmond Properties” Bakıda keçirdiyi təqdimatı böyük regional rəğbətlə yekunlaşdırdı

“Richmond Properties” Bakıda keçirdiyi təqdimatı böyük regional rəğbətlə yekunlaşdırdı

Icma.az, Metbuat saytına istinadən bildirir.

Bakıdakı Four Seasons Hotelində keçirilən tədbir iki yüksələn bazarı bir araya gətirərək güclü bir mesaj verdi: “Dubay sərmayə üçün açıqdır və “Richmond Properties” bu sahədə öncülük edir”.

Metbuat.az xəbər verir ki,mayın 31-i və iyunun 1-də Dubaydan gələn butik daşınmaz əmlak şirkəti olan “Richmond Properties” cəmi 48 saat ərzində 500-dən çox ziyarətçi, 6000-dən artıq potensial investorun marağı və 23 milyondan çox rəqəmsal baxış toplayaraq böyük bir uğura imza atdı.

Bu, “Richmond Properties”in Azərbaycanda keçirdiyi ilk təqdimat idi və əldə edilən nəticələrə əsasən, sonuncu olmayacağı aydındır.

Bakı Dubayla tanış oldu və reaksiya möhtəşəm oldu

Tədbir iştirakçıları “Binghatti” və “Tiger” kimi Dubayın aparıcı inkişaf etdiricilərinə birbaşa çıxış əldə etdilər. “Richmond”un peşəkar konsultantları isə tədbir boyunca birbaşa görüşlər keçirərək gəlirli off-plan layihələri, “Golden Visa” imkanları və vergi güzəştləri ilə investisiya strukturları barədə məlumat verdilər.

“Dubay, sadəcə, daşınmaz əmlak bazarı deyil – bu, fürsət platformasıdır,” – deyə “Richmond Properties”in təsisçisi və baş direktoru Cem Azizoglu bildirib.

O əlavə edib: “Biz Bakıya, sadəcə, mülkləri tanıtmaq üçün gəlmədik. Etimad yaratmaq, real dəyər təqdim etmək və azərbaycanlı investorlarla doğru partnyorluğun nələrə qadir olduğunu göstərmək üçün buradayıq”.

Danışan rəqəmlər

İki gün ərzində keçirilən tədbirin təsiri dərhal hiss olundu və geniş əks-səda doğurdu:

• 500+ canlı iştirakçı

• 6,000+ investisiya marağı forumu

• 23 milyon+ rəqəmsal və sosial media baxışı

• Yüzlərlə fərdi konsultasiya

• Tədbir zamanı birbaşa bağlanan müqavilələr

Sadəcə, saylar deyil, investorların keyfiyyətli və dərin marağı da göstərdi ki, Azərbaycan bazarında xüsusilə Dubay daşınmaz əmlakına qarşı güclü istək mövcuddur – çünki gəlirlilik yüksək, mülkiyyət strukturu isə şəffafdır.

“Richmond” üçün strateji uğur

Bu tədbir təkcə marketinq baxımından deyil, “Richmond Properties” üçün regional genişlənmə strategiyasının mühüm mərhələsi kimi yadda qaldı. Dubayda yüksəksəviyyəli daşınmaz əmlak sahəsində fərdi yanaşması ilə tanınan şirkət artıq sərhədləri aşaraq ciddi investorlar üçün etibarlı beynəlxalq partnyora çevrilməkdədir.

“Richmond” komandası tədbirdən sonra şəxsi investisiya planları, təkrar görüş və vebinarlar, xüsusi təkliflər daxil olmaqla, davamlı əlaqə mərhələsinə keçəcəyini elan edib.

Söhbət təkcə əmlakdan deyil, münasibətlərdən gedir

“Richmond”un bu tədbirini fərqləndirən əsas amil satışa yönəlik deyil, maarifləndirməyə əsaslanan yanaşma idi. Komanda investorları Dubay bazarının işləmə prinsipləri, gəlir imkanları və hüquqi proseslərlə bağlı dolğun şəkildə məlumatlandırdı.

Qonaqlar, sadəcə, broşürlə deyil, aydın strategiya və praktiki məlumatlarla tədbirdən ayrıldılar – “Golden Visa” yollarından tutmuş, yüksək gəlir gətirən icmaların təhlilinə qədər hər mövzuya toxunuldu.

Gələcəyə baxış

Bakıda keçirilən uğurlu təqdimatdan sonra “Richmond Properties” artıq növbəti şəhərlərdə analoji tədbirlər planlaşdırır. Şirkət qlobal aktivləşmə strategiyasının növbəti mərhələsinə keçməyə hazırlaşır.

“Bu, sadəcə, bir dəfəlik səfər deyildi,” – deyən Azizoglu əlavə edib: “Bu, uzunmüddətli tərəfdaşlığın başlanğıcıdır. Biz yenidən gələcəyik – daha çox layihə, daha çox dəyər və Dubayın potensialına çıxış imkanları ilə”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 İyun 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri