Icma.az
close
up
RU
Risk azaldı, inam artdı, bazar genişləndi: ABŞ da Bakıya qazandıran qərar

Risk azaldı, inam artdı, bazar genişləndi: ABŞ da Bakıya qazandıran qərar

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə avqustun 7-də Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Ekspertlər hesab edir ki, bu razılaşma enerji sahəsindəki strateji əməkdaşlığı daha da möhkəmləndirməyi və hər iki ölkənin enerji təhlükəsizliyini təmin etməyi hədəfləyir. Memorandum həmçinin Azərbaycan iqtisadiyyatı üçün yeni investisiyalar və texnoloji inkişaf imkanları yaratmağı qarşıya məqsəd qoyur.

Bu əməkdaşlıq memorandumu SOCAR və Azərbaycan iqtisadiyyatı üçün hansı strateji, yaxud maliyyə perspektivləri vəd edir? “ExxonMobil” kimi transmilli şirkətlə əməkdaşlıq ölkəmizin enerji bazarlarında mövqeyini necə dəyişə və ya gücləndirə bilər?

Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Eyyub Kərimli deyib ki, bu sənədin imzalanması Azərbaycanın və Prezident İlham Əliyevin həyata keçirdiyi yeni enerji diplomatiyasının həm başlanğıcı, həm də mühüm uğurudur:

“ExxonMobil” kimi nəhəng və nüfuzlu bir şirkətin bu prosesdə iştirakı layihənin strateji-siyasi əhəmiyyətini bir daha göstərir. Sözügedən şirkətlə əməkdaşlıq təkcə texnoloji və maliyyə imkanlarının deyil, həm də Azərbaycanın beynəlxalq enerji bazarındakı geosiyasi çəkisinin göstəricisidir. SOCAR üçün bu əməkdaşlıq böyük maliyyə və strateji imkanlar açır. Şirkət yeni texnologiyalar, alternativ enerji sahəsində texniki biliklər və təcrübə qazanmaqla yanaşı, əsasən dənizdə yerləşən yataqların işlənməsi və karbonsuz texnologiyalara keçid baxımından da ciddi dəstək əldə edəcək”.


Eyyub Kərimli

Həmçinin oxuyun:

Əliyev razılaşdı, Bakı hərəkətə keçdi: İsrail düşməni ilə barışa bilər – Sərhəddə…

İqtisadçı qeyd edib ki, “ExxonMobil”in sərmayəsi SOCAR-a layihənin maliyyə yükünü bölüşmək imkanı verir:

“Xarici investisiyaların artması dövlət büdcəsi və Neft Fondunun gəlirlərinə də müsbət təsir göstərə bilər. Eyni zamanda risklərin paylaşılması investisiya cəlbediciliyini artırır. Belə tərəfdaşlıq SOCAR-ın kommersiya risklərini azaldır və bir brend kimi şirkətin beynəlxalq nüfuzunu gücləndirir.

Bu əməkdaşlıq nəticəsində digər transmilli şirkətlərin də Azərbaycana marağının artacağı gözlənilir. Bütün bunlar ölkəmizin qlobal enerji bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Yeni əməkdaşlıq xüsusilə yaşıl enerjiyə keçid dövründə Azərbaycanın Avropa və Asiya bazarlarında etibarlı tərəfdaş statusunu daha da gücləndirəcək.

Bu layihə dövlət gəlirlərinin artması, yeni texnologiyaların ölkəyə gətirilməsi, ixrac imkanlarının genişlənməsi və insan kapitalının inkişafı baxımından da mühüm iqtisadi effektlər yaradacaq.

SOCAR-ın regional şirkətdən qlobal enerji oyunçusuna çevrilməsi prosesi sürətlənəcək. Azərbaycanın enerji siyasətində ABŞ ilə əməkdaşlığın dərinləşməsi isə Avropa və Asiya bazarlarında daha çevik, balanslı və etibarlı mühitin formalaşmasına töhfə verəcək”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri