Icma.az
close
up
RU
Riskli hamiləlik: “Ağırlaşmanın səbəbi həkim səhlənkarlığı da ola bilər”

Riskli hamiləlik: “Ağırlaşmanın səbəbi həkim səhlənkarlığı da ola bilər”

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Tibbi cəhətdən "riskli hamiləlik" termini, ana və döl üçün sağlamlıq təhlükələrinin artdığı hallarda istifadə olunur. Bu kateqoriyaya xüsusilə 18 yaşından kiçik və 35 yaşdan yuxarı olan qadınlar, eləcə də arterial hipertenziya, şəkərli diabet, ürək-damar və digər somatik xəstəliklərdən əziyyət çəkən hamilələr daxildir. Bu cür qadınlarda hamiləlik ağır keçir və çox zaman erkən doğuş, düşük və ya digər fəsadlarla nəticələnir".

Bunu "yeni Sabah"a ginekoloq Arzu Məhərrəmova deyib.

O, bir müddət əvvəl Azərbaycanda 18 yaşlı qadının qeysəriyyə əməliyyatından sonra vəfat etməsi nümunəsində hamiləliyin bəzi qadınlar üçün yüksək risklə müşayiət oluna biləcəyini bildirib:

"Qohum evlilikləri də risk faktorları arasında mühüm yer tutur. Belə nikahların nəticəsi olaraq genetik xəstəliklərin və qüsurlu körpələrin doğulması ehtimalı əhəmiyyətli dərəcədə artır.

Statistikaya əsasən, qohumlar arasında bağlanan nikahlar zamanı irsi xəstəliklərin ötürülmə riski daha yüksək və bu da uşaqda anadangəlmə anomaliyaların yaranmasına səbəb ola bilər”.

Həkim qeyd edib ki, doğuş üsuluna gəldikdə, riskli hamiləliklərdə çox zaman təbii doğuş mümkün olmur və qeysəriyyə əməliyyatına ehtiyac yaranır:

“Xüsusilə, 18 yaşına çatmamış hamilələrdə bədən quruluşunun hələ tam formalaşmaması ucbatından doğuş yolları uyğun olmur. Bu isə həm ana, həm də körpə üçün həyati təhlükə yarada bilər. Belə hallarda qeysəriyyə əməliyyatı qaçılmaz olur. Lakin bu cür əməliyyatlar da müəyyən risklərlə müşayiət olunur. Əməliyyat zamanı və ya sonrasında baş verə biləcək fəsadlar – infeksiyalar, qanaxma, anesteziya ilə bağlı problemlər – ana ölümünə səbəb ola bilər.

Bununla yanaşı, bəzi hallarda baş verən ölüm və ağırlaşmaların əsas səbəbi tibbi xidmətin keyfiyyətsizliyi, yəni həkim səhlənkarlığı ola bilər. Hamiləliyin gedişatında vaxtında qoyulmamış diaqnoz, düzgün aparılmayan müşahidə və yanlış müalicə qərarları təhlükəli nəticələrə yol aça bilər.

Riskli hamiləliklərin qarşısını almaq və fəsadları minimuma endirmək üçün vaxtında tibbi nəzarətə yazılmaq, mütəmadi həkim müayinələrindən keçmək, sağlam həyat tərzi sürmək və hamiləliyi planlı şəkildə həyata keçirmək tövsiyə olunur. Eyni zamanda, həkimlərin peşəkarlığı və məsuliyyəti də bu prosesdə həlledici rol oynayır”.

Aytac Şahin


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 May 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri