Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rumıniya əsilli iqtisadçı Stefan Mandel 1990-cı illərdə lotereyada 14 dəfə qalib gəlməyi bacarıb. Halbuki əksər insanlar üçün bir dəfə udmaq belə qeyri-adi uğur sayılır. O, bunu sadə riyaziyyat vasitəsilə və heç bir fırıldaq olmadan bacarıb (baxmayaraq ki, onu fırıldaqda şübhəli bilirdilər).

Lent.az xarici mediaya istinadla bildirir ki, Mandel Rumıniya lotereyalarında qalib gəlməsinə kömək edən bir sistem tapıb. Sonradan bu sistemdən Amerika və Avstraliya lotereyalarında da istifadə edib.

Ümumiyyətlə, lotereyada udmaq şansı çox aşağıdır. Bir bilet ilə “EuroMillions” lotereyasını udmaq şansınız 1-ə 139 838 160-dır. İki bilet alsanız, şansınızı ikiqat artıraraq 2-ə 139 838 160 edirsiniz. Bu cür davam etsəniz, 139 838 160 bilet ilə udmaq şansınız 139 838 160-a 139 838 160 olar – yəni 100%. Lakin bu zaman riyazi problem yerini başqa bir məsələyə – logistikaya verir: hələ cekpotu udmamış bu qədər bileti necə əldə etmək olar?

Amma Mandel bəzi lotereyalarda bütün mümkün kombinasiyaları yazmağın mümkün olduğunun fərqinə varıb və cekpot, bütün biletlərin toplam qiymətindən daha yüksək olub. Beləliklə, bütün biletləri alıb bütün kombinasiyaları əhatə edərək, o, qələbəni özünə təmin etmiş olurdu (yalnız o halda uduş bölünə bilərdi ki, başqa biri də qalib kombinasiyanı tapsın). Və Mandel bu fikri sınamağa qərar verdi.

Problemlər artıq riyazi olmasa da, yenə də kifayət qədər ciddi idi. Əvvəlcə o, bu sxemə sərmayə qoymağa razı olacaq kifayət qədər investor tapmalı idi və bunu bir neçə il ərzində bacardı. Daha sonra isə iştirak etdikləri hər bir lotereyada mövcud olan bütün mümkün kombinasiyaları əldə etməyin yolunu tapmalı oldu. Nəzərə alsaq ki, milyonlarla fərqli kombinasiya daxil etməli olurdular, bu, Mandelin kombinasiyaları yaratmaq və bilet çap etmək üçün xüsusi alqoritmlər hazırlamasını tələb etdi (bəzi lotereyalar həmin dövrdə bu cür biletlərin çapına icazə verirdi).

Biletlər çap olunub tiraj üçün hazır olduqdan sonra növbəti mərhələ – kifayət qədər böyük cekpotun olmasını gözləmək idi. Yalnız bundan sonra komanda bu biletləri mağazalardan alırdı. Lakin hətta bu mərhələdə belə, biletlərin sayının çoxluğunu nəzərə alaraq, hər şey həmişə problemsiz keçmirdi.

Bir dəfə Mandel Virciniya ştatında keçirilən bir lotereya ilə maraqlandı. Bu lotereyada yalnız 1-dən 44-ə qədər olan rəqəmlər oynanılırdı. Bu isə o demək idi ki, cəmi 7 059 052 mümkün kombinasiya var idi. Halbuki, adi lotereyalarda bu rəqəm adətən 25 milyondan çox olur.

Avstraliyadakı bir neçə kiçik lotereyanı uğurla analiz etdikdən sonra Mandel ABŞ-da elə lotereyalar aşkar etdi ki, onların cekpotları bütün mümkün kombinasiyaların alınma xərclərini xeyli üstələyirdi.

Onun xüsusi marağına səbəb olan lotereyalardan biri isə Virciniyada yeni başlamış bir oyun idi. Bu lotereyada yalnız 1-dən 44-ə qədər olan rəqəmlər istifadə olunurdu ki, bu da cəmi 7 059 052 mümkün kombinasiya demək idi. Bu rəqəm isə adi lotereyalardakı 25 milyon və ya daha çox kombinasiyadan xeyli az idi.

Cekpot kifayət qədər yüksəldikdə – 15,5 milyon dollar olduqda, Mandel öz kombinasiyalarını reallaşdırmağa çalışdı, lakin bütün kombinasiyaları almaq mümkün olmadı. İki günlük alış prosesindən sonra Mandelin komandası zəmanətli qalibiyyət üçün lazım olan 7 milyon mümkün kombinasiyadan 6,4 milyonunu əldə edə bildi. Qalib gələn bilet isə həqiqətən Mandel tərəfindən qeydiyyatdan keçirilmişdi.

Lakin bu hadisədən sonra həm Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), həm də Federal Təhqiqatlar Bürosu (FBI) onu araşdırmağa başladı. Buna baxmayaraq, heç bir qanunsuzluq aşkar olunmadı.

Mandelin nə qədər qazandığı dəqiq bilinmir, lakin o, hazırda bir adada yerləşən çimərlik evində yaşayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 İyul 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see343

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see329

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see325

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see306

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see300

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see298

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see289

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see280

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see268

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see264

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see252

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see251

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see246

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see242

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see237

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see229

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see225

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see222

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see221

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri