“Roma”da Ostervolde narahatlığı İlk tibbi müayinədən keçə bilmədi
Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
“Fənərbaxça”nın müdafiəçisi Ceyden Ostervoldenin “Roma”ya keçidi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Apasport.az xəbər verir ki, bu barədə “Sky Italia” məlumat yayıb.
Belə ki, niderlandlı futbolçu Romada keçdiyi ilkin tibbi müayinələrin nəticələrinə görə transfer üçün tələb olunan təsdiqi ala bilməyib.
İtaliya klubu bu səbəbdən Ostervolde üçün əlavə tibbi yoxlamalar keçirməyə qərar verib. Müayinələrin bu gün davam etdiriləcəyi bildirilir.
“Roma” yekun qərarını əlavə testlərin nəticələri məlum olduqdan sonra verəcək.
Qeyd edək ki, 25 yaşlı müdafiəçi 2023-cü ilin yanvarından “Fənərbaxça”nın heyətində çıxış edir. İstanbul klubu onu “Parma”dan 6 milyon avroya transfer edib.
“Roma” və “Fənərbaxça” Ostervoldenin icarəsi ilə bağlı razılıq əldə edib. Müqavilədə futbolçunun 15 milyon avroya satınalma hüququ nəzərdə tutulub.
Müəyyən şərtlər yerinə yetirilərsə, bu bənd məcburi satınalmaya çevriləcək.
Nkunku “Leypsiq”ə qayıtdı - RƏSMİ “Beşiktaş”da ayrılıq “Barselona”dab ayrılacaq? - İngiltərə klublarının radarında "Yuventus"un qolkiperi Premyer Liqada - RƏSMİ “Fənərbaxça”da ayrılıq – Emre Demir “Alanyaspor”a keçdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Avqust 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















