Icma.az
close
up
RU
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi

Ronaldo üzr istədi: Bu, mənim səhvim idi

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo milli komandanın düşərgəsini tərk etməsi ilə bağlı ilk dəfə ətraflı açıqlama verib.

Teleqraf xarici mediaya istinadən xəbər verir ki, 41 yaşlı hücumçu şəxsi səhifəsində açıq məktub yayımlayaraq baş məşqçi Jorje Jesusla yaşadığı fikir ayrılığından danışıb.

Ronaldu Norveç üzərində qələbədən sonra azarkeşləri salamlamamasının səhv olduğunu etiraf edib və buna görə üzr istəyib.

“Bu, tamamilə mənim məsuliyyət daşıdığım səhvdir və baş verməməli idi. Portuqaliya xalqından, azarkeşlərdən və məni görmək üçün səfər edən hər kəsdən üzr istəyirəm”, – Ronaldo bildirib.

Portuqaliyalı ulduz davranışlarının intizam cəzasına səbəb ola biləcəyini də qəbul edib və belə bir cəzanı çəkməyə hazır olduğunu bildirib. O, fiziki formasını qoruduğu və klubunda müntəzəm oynadığı təqdirdə Portuqaliya millisinin heyətinə qayıtmağa, “mübarizə aparmağa və qalib gəlməyə” hazır olduğunu vurğulayıb.

Ronaldo qeyd edib ki, 2026-cı il dünya çempionatından sonra millidəki karyerasını başa vurduğunu elan etmək üçün məktub hazırlayıb. Lakin Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa onu oynamağa davam etməyə inandırıb.

Ronaldo bildirib ki, Proensa daha sonra yeni baş məşqçi ilə bağlı onun fikrini soruşub və o, Jorje Jesusun təyinatını dəstəkləyib.

Futbolçunun sözlərinə görə, fikir ayrılığı sentyabrın sonundakı təlim-məşq toplanışında yaranıb. Ronaldu Jesusla fiziki durumunu qorumaq məqsədilə oyun vaxtının idarə olunması ilə bağlı razılaşdıqlarını deyib.

O, Norveçlə oyunda təxminən 30 dəqiqə meydana çıxacağının bildirildiyini, lakin uzun müddət isinməsinə baxmayaraq oyuna buraxılmadığını qeyd edib.

Ronaldu matçdan sonra Jesusla məsələnin ictimaiyyətə necə açıqlanacağı barədə danışdıqlarını və razılığa gəldiklərini bildirib. Lakin onun sözlərinə görə, baş məşqçi sonrakı mətbuat konfransında razılaşdırılanları açıqlamayıb.

Portuqaliyalı hücumçu bunu etimadın itirilməsi kimi qiymətləndirib və Danimarka ilə oyundan əvvəl milli komandanın düşərgəsini tərk etməsinin birbaşa səbəbinin də bu olduğunu bildirib.

Xatərladaq ki, Jorje Jesus Ronaldunun açıqladığı kimi hər hansı razılaşmanın olduğunu təkzib edib. Baş məşqçi daha əvvəl Ronaldunun milli komandaya qayıtmaq istədiyi halda qapının onun üzünə açıq olduğunu bildirmişdi.

Portuqaliya Futbol Federasiyası isə Ronaldunun məktubunda bəhs etdiyi şəxsi görüşlərin məzmunu ilə bağlı hələlik açıqlama verməyib.

Qeyd edək ki, Ronaldu Portuqaliya millisinin heyətində 225 oyunda 146 qol vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1206

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see477

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see380

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see373

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see372

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see366

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see324

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see300

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see269

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see243

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see209

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see209

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see205

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see204

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see200

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see196

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see191

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see181

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri