Rubio: ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 28 may, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. AZƏRTAC-ın məlumatına görə, bu barədə Dövlət Departamenti açıqlama yayıb. Rubio bildirib ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.
“Birləşmiş Ştatlar Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq”, - deyə Rubio əlavə edib.
Onun sözlərinə görə, son 33 il ərzində qurulmuş ABŞ - Azərbaycan tərəfdaşlığı təhlükəsizlik, enerji və iqtisadi sahədə ümumi maraqları inkişaf etdirməyə davam edir: “Biz əməkdaşlığımızı dərinləşdirməyə, Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 28 May 2025 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















