Icma.az
close
up
RU
Ruhların şad, özünün abad olduğu Ağdam Yeni Çağ Media

Ruhların şad, özünün abad olduğu Ağdam Yeni Çağ Media

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi.

Ağdamın işğaldan azad olunması yalnız hərbi qələbə yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir.1993-cü ildə işğal zamanı 6 mindən çox şəhidin həyatını, 5 minə yaxın insanın sağlamlığını itirdiyi Ağdam, düzgün hərbi-siyasi strategiyanın məntiqi yekunu olaraq bir güllə atmadan geri alındı. Daha doğrusu, Prezident İlham Əliyevin qətiyyəti və ordunun gücü hesabına erməni Ağdamı rüsvayçı formada boşaltmağı kapitulyasiyanın şərtlərindən biri kimi qəbul etməyə məcbur oldu. Beləliklə, Ağdamın işğaldan azad olunması yalnız hərbi qələbə yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir.

Qarabağın ən böyük yaşayış məskənlərindən biri olmuş, lakin işğal dönəmində yerlə-yeksan edilən Ağdamın bu müharibədə 6 minə yaxın sakini şəhid oldu. Onlardan 16-sı Milli Qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşərək, respublikanın 62 şəhər və rayonunda məskunlaşdı. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəydi. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, o dövrdə Ermənistan Ağdamla yanaşı, digər rayonları da qəsb etməklə, soydaşlarımıza qarşı etnik təmizləmə aparıb. Bununla da özünün əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə ərazi tutmaq olduğunu qabarıq şəkildə nümayiş etdirib. Ermənilərin bu qədim Azərbaycan yurduna yeganə töhfəsi 100 mindən çox mina olub, daha dəqiq desək, havadarlarının dəstəyi fonunda Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi müharibə cinayətlərinin nəticəsi olaraq Ağdam və ətraf ərazilər 27 il ərzində fasiləsiz minalanıb. Ən dəhşətlisi isə daşa-divara qənim kəsilən Ermənistan yaşıllıqlar şəhəri Ağdamda flora və faunanı demək olar ki, məhv edibib. 27 il daşı-daş üstünə qoymayan Ermənistandan fərqli olaraq, Azərbaycan bu torpaqların əsl sahibi kimi Ağdamı yenidən inşa etməkdədir. İşğala son qoyulmasından cəmi 6 ay sonra elə Ağdamda şəhərinin baş planı Prezident İlham Əliyevə təqdim olunub, Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair baş planı təsdiq edilib. Beləliklə, Ağdam Cənubi Qafqazın ən müasir, ən insanyönümlü şəhərlərindən biri və bəlkə də, birincisi kimi yenidən dirçəlməkdədir. Vətənimizin hər qarışı kimi əziz olan Ağdamın da azad, firavan günlərinin yeni tarixi hesabı açılıb. Artıq 4 ildir ki, müqəd¬dəs torpaqlarımızın bağrını yaran düşmən mərmiləri deyil, traktorların, kənd təsərrü-fatı texnikalarının kotanları, malaları, biçin alətləridir. Çünki topraq, tək qoruduqca, uğrunda öldükcə yox, həm də əkib-becərdikcə, qurub yaratdıqca Vətən olur! Biz indi bütün dünyaya göstəririk ki, öz yurdumuzu düşməndən geri almağı ba¬cardığımız kimi, onu dirçəltməyə, gözəlləş-dirməyə də hər imkanımız var. Qarabağın mərkəzi rayonu Ağdam ölkə Prezidentinin rəhbərliyi və nəzarəti ilə xa-rabalıqlardan baş qaldırıb ucalır, yenidən ağ günlərinə qovuşur.

Tənzilə Rüstəmxanlı
Azərbaycan Milli Məclisinin deputatı

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 20 Noyabr 2024 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri