Rumıniyada təqaüdlə təhsil alacaq azərbaycanlıların sayı məlum olub
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Rumıniyanın ali təhsil müəssisələrində təhsil almaq üçün keçirilmiş müsabiqənin yekun nəticələri açıqlanıb.
Bu barədə Moderator.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Nəticələrə əsasən, 7 Azərbaycan vətəndaşı Rumıniyada təqaüdlə təhsil almaq hüququ qazanıb. Qəbul olunan namizədlərdən 2 nəfər bakalavriat, 4 nəfər magistratura, 1 nəfər isə doktorantura səviyyəsi üzrə təhsil alacaq.
Təqaüdçülər mexanika mühəndisliyi, sənaye mühəndisliyi, neft və qaz mədənləri mühəndisliyi, elektrik mühəndisliyi, jurnalistika və kommunikasiya elmləri, eləcə də biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alacaqlar.
Seçilmiş namizədlər University of Bucharest, National University of Science and Technology Politehnica Bucharest, “Gheorghe Asachi” Technical University of Iași və University of Petroșani kimi ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə ediblər.
Təqaüd proqramının şərtlərinə əsasən, tələbələr bir il müddətində ödənişsiz rumın dili hazırlığı keçəcəklər. Onların təhsil haqqı, yataqxana xərcləri, aylıq təqaüdü və tibbi sığorta xərcləri Rumıniya tərəfi, beynəlxalq nəqliyyat xərcləri isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
Qeyd edək ki, sözügedən təqaüd proqramı üzrə müraciətlərin qəbuluna 13 fevral 2026-cı il tarixində başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 07 Avqust 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















