Rumıniyalı məşqçi yenidən Neftçi də işləyəcək AZƏRTAC
Bakı, 25 yanvar, AZƏRTAC
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Boqdan-Kornel Merişanu 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”də işləyib, həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub.
O, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poli Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl Vehda” (2018), “Əl Əhli” (2021), “Əl Tai” (2023-2024), BƏƏ-nin “Əl Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) çalışıb.
Baxış sayı:91
Mənbə:https://azertag.az
boqdan kornel
kornel merişanu
2012 2016
2016 2018
2016 universitatya
2018 çalışıb
2018 əl
2019 2021
2021 2022
2021 əl
2022 2023
2023 2024
2023 səudiyyə
2024 bəə
2024 klublarında
21 milli
25 yanvar
atletik hazırlıq