Icma.az
close
up
RU
Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? AÇIQLAMA

Rus bölmələri ləğv olunarsa, şagird və müəllimlərin aqibəti necə olacaq? AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məktəblərdə rus bölmələrinin tamamilə ləğvi ilə bağlı siyasi və ictimai çağırışlar fonunda vacib sual yaranır: bu qərar qəbul edilərsə, həmin bölmələrdə təhsil alan şagirdlərin aqibəti necə olacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi ki, əgər keçid mərhələli və planlı şəkildə aparılmazsa, onların psixoloji və akademik uyğunlaşmasında ciddi problemlər yaranacaq:

"Hazırda rus bölməsində oxuyan şagirdlərin əksəriyyəti 1-ci sinifdən rus dilində təhsil alır və bu dil onların əsas düşünmə və öyrənmə alətinə çevrilib. Bu dil mühitindən məhrum edilmə, həmin uşaqlarda motivasiya itkisinə, akademik uğursuzluğa və bəzən də məktəbdən yayınmaya səbəb ola bilər. Dünya təcrübəsində dil keçidləri məsələsində mərhələlilik prinsipi əsas götürülür. Məsələn, Qazaxıstanda rus bölmələrinin bağlanması deyil, bu bölmələrdə dövlət dilində tədrisin payının artırılması yolu seçildi. Özbəkistanda isə 2017-ci ildən etibarən rus dilində tədris olunan siniflərin sayı azaldılsa da, bu proses 10 illik bir transformasiya planı ilə həyata keçirildi. Hər iki ölkədə paralel olaraq müəllim hazırlığı, dərslik dəyişikliyi və psixoloji adaptasiya proqramları tətbiq olundu. Gürcüstanda isə 2010-cu illərdə rus bölmələrinin bir hissəsinin bağlanması nəticəsində azsaylı xalqlar arasında təhsildən yayınma halları 12 faiz artdı və bu qərar sonradan tənqid olundu".

Onun sözlərinə görə, Azərbaycanda bu keçid baş verərsə, ilk növbədə bu məktəblərdə çalışan 5000-dən çox müəllimin aqibəti məsələsi ortaya çıxacaq:

"Onların çoxu yalnız rus dilində dərs keçmək bacarığına sahibdir və dərhal azərbaycandilli siniflərə keçməsi mümkün deyil. Bu da həm müəllimlər üçün işsizlik, həm də məktəblərdə müəllim çatışmazlığı ilə nəticələnə bilər. Əgər əlavə olaraq nəzərə alsaq ki, ölkədə Azərbaycan dili fənni üzrə də müəllim çatışmazlığı var, bu zaman ümumi tədris keyfiyyəti aşağı düşəcək. Müsbət tərəfdən baxdıqda, rus bölmələrinin ləğvi və ya onların sayının azaldılması, dövlət dilinin möhkəmlənməsi və milli kimlik şüurunun güclənməsi baxımından əhəmiyyətli ola bilər. Azərbaycan dilində təhsil alanların sayının artması, ictimai-siyasi inteqrasiyanı sürətləndirə, milli birliyi gücləndirə bilər. Xüsusən bölgələrdə rus dilinin əsas kommunikasiya vasitəsi kimi qalmasının qarşısı alınar və ana dilinin ictimai statusu artar. Ancaq bu proses hüquqi, pedaqoji və psixoloji baxımdan ölçülüb-biçilmiş şəkildə aparılarsa, müsbət nəticələr verə bilər. Əks halda, şagirdlərin öyrənmə prosesində geriləmələr, müəllimlərin sosial narazılığı, valideyn etirazları və beynəlxalq təşkilatların tənqidi ilə nəticələnə bilər".

Ekspert əlavə olaraq qeyd etdi ki, mərhələsiz keçid həyata keçirilsə, təhsil sistemində qeyri-sabitlik yaranacaq.

"Şagirdlərin akademik nəticələri aşağı düşəcək, müəllimlərin ixtisarı sosial gərginliyə səbəb olacaq. Bunun əvəzinə nə dəyişməlidir sualına cavab isə budur: dövlət yeni təhsil strategiyasında rus bölmələrini ləğv etmək əvəzinə onları ikidilli sistemə keçirməlidir. Məsələn, ibtidai siniflərdə Azərbaycan dili əsas tədris dili, rus dili isə əlavə dərinləşdirilmiş xarici dil kimi tədris edilə bilər. Müəllimlər üçün təkmilləşdirmə kursları, şagirdlər üçün isə hazırlıq mərhələsi təşkil edilməlidir. Bütövlükdə, milli dilin möhkəmlənməsi təhsil siyasətinin mərkəzində dayanmalıdır, lakin bu proses insan hüquqları və pedaqoji prinsiplərə əsaslanmalıdır. Rus bölmələrinin birdəfəyə bağlanması əvəzinə mərhələli və sosial cəhətdən ədalətli keçid strategiyası hazırlanmalıdır. Təhsil siyasəti yalnız siyasi qərarlarla deyil, elmi əsaslandırılmış yanaşma və beynəlxalq təcrübəyə söykənən çevik modellərlə idarə olunmalıdır", - deyə K.Əsədov vurğuladı.
Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 İyul 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see176

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see137

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see136

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see133

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see132

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri