Rus kəşfiyyatından Serbiya iddiası: 1 noyabrda “rəngli inqilab” olacaq
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Rus kəşfiyyatı Avropa Birliyinin 1 noyabrda Serbiyada “rəngli inqilab” ssenarisi hazırladığını iddia edib.
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bildirib ki, Avropa Birliyi (AB) Serbiyanın Novi Sad dəmiryolu vağzalında baş vermiş qatar qəzasının ildönümündə, Ukraynada 2014-cü ildə yaşanan “Euromaydan”a bənzər “rəngli inqilab” təşkil etməyə hazırlaşır.
SVR-in məlumatına görə, Serbiyadakı son etirazların böyük ölçüdə Avropa ölkələrinin fəaliyyətlərinin nəticəsi olduğu, gənclərin radikallaşdırılaraq “inqilabi metodlara” yönəldildiyi vurğulanıb.
Digər tərəfdən Rusiya kəşfiyyatı “güclü milli hisslər, Serb Pravoslav Kilsəsinin birləşdirici təsiri və NATO-nun 1999-cu ildəki bombardmanının ictimai yaddaşda hələ də canlı olması” səbəbilə indiyə qədər Serbiyaya qarşı cəhdlərin “uğurlu olmadığını” bildirib.
Açıqlamada həmçinin Brüsselin “müstəqil media” görüntüsü altında bəzi serb xəbər portallarına və qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi verdiyi irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 15 Sentyabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















