Icma.az
close
up
RU
“Rus səması”nın təhlükəsi: PVO nun vurduğu Azərbaycan təyyarəsi, “Aeroflot”a kiberhücum və… SENSASİON DETALLAR KONKRET

“Rus səması”nın təhlükəsi: PVO nun vurduğu Azərbaycan təyyarəsi, “Aeroflot”a kiberhücum və… SENSASİON DETALLAR KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tanınmış rusiyalı politoloq Sergey Markov “Tsargrad” telekanalında çıxışı zamanı artıq çoxlarının şübhələndiyi, lakin rəsmi səviyyədə təsdiqlənməyən bir faktı açıq şəkildə etiraf edib: 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən Azərbaycan sərnişin təyyarəsini məhz Rusiya vurub.

KONKRET.az xəbər verir ki, minval.info-ya istinadən xəbər verir ki, “Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi – təyyarədir. Biz o təyyarəni vurduq. Bu, kifayət qədər aydındır. Bu artıq dəqiq bilinir və Azərbaycan da yaxşı bilir ki, Rusiya rəhbərliyi dəqiq olaraq təyyarəni vurduğunu anlayır,” – deyə politoloq bildirib. Bu barədə daha əvvəl Minval Politika da yazmışdı.

Hadisə ətrafında hələ də siyasi mübahisələr səngiməsə də, bu faciənin daha dərin və qorxulu tərəfi – hava məkanında sivil insanların təhlükəsizliyidir. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin fəaliyyəti artıq yalnız potensial yox, real təhdidə çevrilib.

“Pantsir” nasaz idi, rabitə yox idi, PVO “təxminlə” atəş açırdı

Hadisə ilə bağlı yayılan təfərrüatlar isə sözün əsl mənasında dəhşət doğurur. Suriyadan gətirilən və Qroznı yaxınlığında döyüş növbətçiliyinə yerləşdirilən “Pantsir” zenit-raket kompleksi texniki cəhətdən nasaz olub, rabitə sistemi isə ya zəif, ya da ümumiyyətlə olmayıb. “Kover” planı çərçivəsində rus PVO-su, sadəcə olaraq, “gözə görünən hərəkətə” reaksiya verib. Nəticədə ilk qurban Azərbaycan sərnişin təyyarəsi olub. Amma sabah bu rolu istənilən başqa ölkənin — hətta Rusiyanın özünün — hava gəmisi oynaya bilər.

Rusiya səması – artan təhlükə zonası

Hadisədən sonra Rusiya hökumətinin dərhal araşdırma aparmalı, məsul şəxsləri cəzalandırmalı və sistemdə ciddi dəyişikliklər etməli olduğu gözlənilsə də, reallıqda nə effektiv istintaq aparılır, nə də HHMQ sistemində şəffaflıq yaranır. Əksinə, məsələ ört-basdır edilir, təqsirkarlar qorunur. Ekspertlər xəbərdarlıq edirlər ki, “Kover” planı artıq təkcə Qroznıda deyil, Moskva, Sankt-Peterburq, Kazan və digər böyük şəhərlərin hava limanlarında da mütəmadi şəkildə tətbiq edilir. Bu isə o deməkdir ki, istənilən anda növbəti sivil təyyarə hədəf ola bilər.

“Aeroflot”a kiberhücum və Rusiya aviasiyasının dağılması

Sergey Markovun açıqlamaları elə bir vaxta təsadüf edir ki, Rusiya aviasiyası “Aeroflot”a qarşı kiberhücumdan sonra özünə gəlməyə çalışır. Sosial şəbəkələrdə sərnişinlərin ləğv olunan və ya gecikdirilən reyslərdən şikayətləri artır. Şirkətin kompüter sistemində yaranmış texniki problem, demək olar ki, bütün iş proseslərini iflic edib. Rəsmi məlumata görə, kiberhücumun uğur qazanmasının səbəbi yüksək vəzifəli şəxslərin 2022-ci ildən bəri parolları dəyişməməsi olub.

Ekspertlər isə daha dərin bir problemi qabardır: Ukrayna ilə müharibə başlayandan sonra Rusiya aviasiyası ciddi kadr çatışmazlığı yaşayır. Təcrübəli pilotlar və texniki heyət ya mobilizasiya olunaraq cəbhəyə göndərilib, ya da ölkədən gedib. Onların yerini ya təqaüdçülər, ya da yeni təlim keçmiş, təcrübəsiz gənclər tutur.

Təyyarələr – “qanunsuz saxlanılan” və təhlükəli

Bundan əlavə, Rusiyanın 2022-ci ildə qərb şirkətlərindən lizinqə götürdüyü təyyarələri geri qaytarmaması beynəlxalq aləmdə “mülki aviasiya tarixində ən böyük oğurluq” kimi qiymətləndirilmişdi. Lakin bu qərarın nəticəsi olaraq həmin təyyarələrin servis və texniki təminatı mümkün deyil. Qanuni ehtiyat hissələri yoxdur, “qara bazar”dan alınan saxta hissələrlə işləməyə məcbur qalırlar. Bu isə rus aviaparkını tədricən İranın səviyyəsinə salır — orada da onilliklər əvvəl alınmış təyyarələr hələ də uçur, amma qəza və insident sayı gizlədilə bilmir.

Keçmiş faciələr və qara tarix

Rusiyanın aviasiya problemləri təkcə son dövrlə məhdudlaşmır. 1994-cü ildə baş verən SU593 qəzasında kapitan şturvalı 15 yaşlı oğluna vermişdi. 2008-ci ildə Permdə baş verən SU821 qəzasının səbəbi isə sərxoş pilot olmuşdu. Bunlar yalnız mediaya çıxmış, ən məşhur nümunələrdir. Onlarla başqa avia-insidentin isə ya üstü örtülür, ya da statistikaya salınmır.

Nəticə: Rusiyanın hava məkanından uzaq durmaq lazımdır

Bir çox beynəlxalq şirkətlər artıq illərdir öz əməkdaşlarına Rusiya daxilində belə uçuşlar üçün yerli aviaşirkətlərdən deyil, “üçüncü ölkə”lər üzərindən tranzit marşrutlardan istifadə etməyi tövsiyə edir. Bu, rus təyyarələrinin texniki durumuna və ekipaj intizamına qarşı ehtiyat tədbiridir. Amma bu tədbirlər PVO təhlükəsini azaltmır.

Bütün bu faktorları nəzərə alaraq, ekspertlər bildirirlər ki, Rusiya səması sivil aviasiya üçün “yüksək risk zonası”na çevrilib. Həm texniki nasazlıqlar, həm insan faktoru, həm də PVO-nun “qeyri-proqnozlaşdırıla bilən” fəaliyyəti bu məkanı bütün dünya üçün təhlükəli edir.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyul 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri