Icma.az
close
up
RU
Rusdilli məktəblərə ehtiyac var? ARAŞDIRMA

Rusdilli məktəblərə ehtiyac var? ARAŞDIRMA

Sia Az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Rusdilli məktəblərə ehtiyac var? ARAŞDIRMA.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra müstəqilliyini qazanmış respublikalarda, o cümlədən Azərbaycanda rus dilində tədris məsələsinə müxtəlif yanaşmalar olub. İstər orta, istərsə də ali təhsil müəssisələrində sovet dövründən qalma rus bölmələrinin ləğvinin tərəfdarları da var, əleyhdarları da. Bu mövzu zaman-zaman ölkə mediasında müzakirə olunub, son dövrlərdə sosial şəbəkələrdə də müzakirəyə çıxarılır.

Rus dilində tədris

Azərbaycanda 120 min nəfərdən çox rus yaşayır. Bu, Azərbaycan əhalisinin təxminən 1,3 faizi deməkdir. Azərbaycan əhalisinin ümumi sayı 9 milyon 794 min nəfərdir.

Ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir.

Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir.

Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur.

Göstəricilər son dövrlərdə rus bölməsində təhsil alan şagirdlərin sayının artdığına dəlalət edir. Rus bölməsində təhsil alan şagirdlərin əhatə dairəsi əvvəllər 6 faizdən bir az yuxarı olub. İndi bu rəqəm 14-15 faizdir. Onu da qeyd etmək lazımdır ki, əslində bu, valideynlərin seçiminin nəticəsidir. Yəni rus bölməsində təhsil alan şagirdlərin sayı ona görə artır ki, övladını rusca oxutmaq istəyən valideynlərin sayı artır.

Azərbaycan dilində tədris

Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var.

İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb isə yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq.

Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır."

Bu barədə Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Bildiyimiz kimi, Gürcüstanda Azərbaycan dilində məktəblər var.

Rus sektorunda Azərbaycan dilində tədris olunan fənlər

Məlum olduğu kimi, paytaxt məktəblərinin birinin rus sektorunda təhsil alan 5-ci sinif şagirdinin valideynləri Azərbaycan tarixi fənninin rus dilində deyil, Azərbaycan dilində tədris olunmasına etiraz edərək Elm və Təhsil Nazirliyini məhkəməyə veriblər.

Valideynlər rus bölməsində təhsil alan məktəblilərin Azərbaycan dilində kompleks şəkildə təqdim olunan materialı tam mənimsəyə bilmədiklərini əsas gətirərək, Azərbaycan tarixinin rus dilində tədris olunmasını tələb edirlər. Onların fikrincə, 5-ci sinif üçün rus dilində hazırlanmış “Azərbaycan tarixi” dərsliyi uşaqlar üçün daha başa düşülən və öyrənilməsi asandır. Valideynlərin vəkili məhkəmədə çıxış edərək bildirib ki, mövcud vəziyyət məktəblilərin və onların valideynlərinin konstitusiya hüquqlarını pozur.

Məhkəmədə Elm və Təhsil Nazirliyinin nümayəndəsi çıxış edərək, Azərbaycan tarixi fənninin dövlət dili olan Azərbaycan dilində tədris olunmasının qanunvericilikdə müəyyən edilmiş normalara uyğun həyata keçirildiyini vurğulayıb. Nazirlik təmsilçisi əlavə edib ki, bu yanaşma ölkədə təhsil standartlarının bir hissəsidir və dövlət dilinin qorunması ilə əlaqədardır. Hər iki tərəfi dinləyən məhkəmə iddianı qəbul edərək məsələnin müzakirəsi üçün növbəti məhkəmə iclasını 14 fevral tarixində keçirəcəyini elan edib. Bu məsələ ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Əksəriyyət təhsil ekspertləri, valideynlər və ictimaiyyət nümayəndələri məsələ ilə bağlı fərqli fikirlər səsləndiriblər.

Bəzi təhsil ekspertlərinin fikrincə, Azərbaycan tarixi kimi mühüm bir fənnin dövlət dilində tədris olunması zəruridir, çünki bu, şagirdlərin yalnız tarixi bilikləri deyil, həm də dövlət dilini mənimsəmələri üçün vacibdir. Ekspertlər hesab edirlər ki, dövlət dilində tədris edilən fənlər yalnız dil biliklərini inkişaf etdirməklə qalmır, həm də milli kimliyin formalaşmasına töhfə verir.

Digər tərəfdən, bəzi valideynlər rus bölməsində təhsil alan şagirdlərin dil baryeri səbəbindən mövzuya tam hakim ola bilmədiyini və bunun onların təhsil keyfiyyətinə mənfi təsir etdiyini iddia edirlər. Onların fikrincə, Azərbaycan tarixi rus dilində tədris olunarsa, şagirdlər öz vətənlərinin tarixini daha dərindən və asanlıqla öyrənə bilərlər.

Bəziləri hesab edir ki, bu tələb dövlət dilinə qarşı hörmətsizlik kimi qəbul edilə bilər, digərləri isə valideynlərin hüquqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayır. Bu müzakirələrin qızışdığı bir vaxtda daha bir iddia ortaya atılıb. Bəzi valideynlər bildirirlər ki, yaxın gələcəkdə rus sektorunda tarix fənnindən başqa coğrafiya və ədəbiyyatın da Azərbaycan dilində tədris olunacağı barədə qərar verilə bilər.

SİA mövzu ilə bağlı araşdırma apararaq sosioloq və təhsil ekspertinin fikirlərini öyrənib.

Təhsil eksperti Rizvan Fikrətoğlu: "Rus sektorlarının tamamilə ləğv olunmasına ehtiyac olduğunu düşünmürəm. Amma bu sektorların məhdudlaşdırılması məqbuldur. O şərtlə ki, millilik, azərbaycançılıq məfkurəsi qorunsun. Məsələn, Azərbaycan tarixi kimi fənlər doğma dilimizdə tədris edilməlidir.

Ümumiyyətlə, insanda milli təəssübkeşlik, milli qürur olmalıdır. Öz dilini bilməyənləri qəbul edə bilmirəm. Vətənin çörəyini yeyib milli qürurun necə olmaya bilər? Azərbaycan dilini bilməmək, yad təsirlərə qurban etmək milli qürursuzluq, şüursuzluqdur. Dil bizim milli, mədəni varlığımızdır. Öz dilini bilməmək haradasa Vətənə xəyanətə bərabərdir. Öz dilində danışa bilmirsənsə, bu ölkədə nə gəzirsən, hansı vəzifəni tuta bilərsən? Bunu birmənalı şəkildə qəbul edə bilmirəm. Öz dilinə biganəlik qəbuledilməzdir. Dil vacib faktordur, təkcə ünsiyyət vasitəsi yox, kimlikdir, vətəndaşlıq pasportudur. Öz dilini yüksək səviyyədə bilməlisən. Əlavə dil bilmək çox yaxşıdır. Rus, ingilis, alman, hətta düşmən dili olan erməni dilini də bilmək yaxşıdır. Amma öz dilinə biganəsənsə, vətəndaş ola bilməzsən. Sənin milli qeyrətin ola bilməz".

Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev: "Cəmiyyətimizdə ziyalıların, siyasətçilərin və tarixçilərin bu məsələyə yanaşması birmənalı deyildir. Ölkə olaraq taleyimiz elə gətirmişdir ki, Çar Rusiyası və Sovet İttifaqı dövrünü nəzərə alsaq, 200 ilə yaxın müddətdə ruslarla birlikdə yaşamışıq. Mərkəz Moskvadan ruslar tərəfindən idarə olunmuşuq və cəmiyyət olaraq uzun illər bizə vətəndaşlıq hüququ verilmiş, onlarla ailə qurmuşuq, zavodlarda, fabriklərdə birlikdə çalışmışıq. İstəsək də, istəməsək də artıq ortaq bəzi mental uyğunluqlar yaranmışdır. Hərçənd ki, biz müsəlman, Qafqaz xalqıyıq, amma qeyri-müsəlman ölkələri ilə müqayisədə bizə mental olaraq ABŞ və Qərb mədəniyyətindən daha çox rus mədəniyyəti uyğun olub. Ruslarla çoxəsrlik qonşuluğumuz olduğuna görə bəzi reallıqlardan asanlıqla qaça bilmərik. Bizim Rusiyaya şəxsi münasibətimizin necəliyindən asılı olmayaraq fakt olaraq qalır ki, biz bu millətlə coğrafi və geosiyasi vəziyyətimizə görə çox zaman birgə olmuşuq. Böyük dövlətlərin milli siyasətinin tərkib hissələrindən biri də onların tərkibində olan xalqların öz dillərində danışmasına sövq etməkdir. Bizdə də bu səbəbdən doğan zərurətdən dolayı rus dilində təhsil almışıq və bu dildə danışmağa meyl etmişik. Bu, çox normal bir haldır. Bir insanın əlavə dil bilməsi onun dünyagörüşünü artırır, ona müxtəlif ədəbiyyatları mütaliə etmək imkanı yaradır. Bir neçə dil bilən vətəndaş öz ölkəsinin dilini, tarixini, mədəniyyətini həmin dildə danışan xalqlara təbliğ etmək imkanı əldə edir. Bu səbəblərdən dolayı mən vətəndaşlarımızın ingilis, rus və digər dillərdə təhsil almalarının əleyhinə deyiləm. Bu, bizim vətəndaşlarımız üçün əlavə üstünlük deməkdir. Məsələ konkret olaraq məktəblərdə rus dilində tədrisə gəlincə, rus məktəblərinin artmasını istəməsəm də, mövcud məktəblərin bağlanmasının da tərəfdarı deyiləm. Çünki biz elə bir coğrafiyada yerləşirik ki, həm siyasi, həm də tarixi baxımdan bu dildə təhsil almağı lazımlı hesab edirəm. Lakin bu, o demək deyil ki, rus dilində təhsil alan şagird milli və dini kimliyini unudub, öz mədəniyyətindən uzaqlaşmalıdır. Valideynlər mütləq bu məqama diqqət etməlidirlər. Rus dilində təhsil alan övlad öz milli və dini kimliyini unutmasın, ondan aralı düşməsin, öz mədəniyyətini öyrənib ona sahib çıxsın. Belə olduğu halda, istər rus, istərsə də digər dillərdə təhsil almanın heç bir problemi yoxdur. Vətəndaşlarımızın bir neçə dildə danışması bizim üstünlüyümüzdür. Bu gün dünyada iqtisadi zərurətdən dolayı xeyli uşağımız Çin dilini öyrənməyə yönəlir. Valideynlər sırf iqtisadi düşünürlər və bu dilin gələcəkdə övladlarına fayda verəcəyi qənaətindədirlər. Amma bu, o anlama gəlməz ki, biz dil ilə yanaşı, Çin mədəniyyətini də mənimsəməliyik və ya milli və dini kimliyimizi unutmalıyıq. Əksinə, yeni dil öyrənmək öz mədəniyyətini, dilini, milli və dini kimliyini təbliğ etmək üçün siyasi bir vasitə kimi dəyərləndirilməlidir. Bütün bunları yekunlaşdıraraq, mən rusdilli məktəblərin sayının artırılmasının və mövcud olanlarının bağlanmasının əleyhinəyəm. Əslində, bir dilin geniş yayılması tələbat nəticəsində əmələ gəlir. Xarici dillərin insanların milli kimliklərinə mənfi təsir etməsinin qarşısını almaq üçün Azərbaycan dilinin rolunu artırmaq lazımdır. Azərbaycan dili ölkəmizdə bütün qardaş xalqların ortaq dəyəri və üsniyyət dilidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see355

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see165

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see156

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see148

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see121

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see118

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see118

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see118

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see116

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see114

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see114

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see113

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see111

Rusiya Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb

20 Fevral 2025 10:43see111

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see111

Bunu etsəniz ömrünüz daha uzun olacaq

20 Fevral 2025 08:16see110

Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...

20 Fevral 2025 12:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri