Icma.az
close
up
RU
Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı AÇIQLAMA

Rusiya agenti olduğu iddia olunan sabiq deputat danışdı AÇIQLAMA

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə də Azərbaycan mətbuatında Rusiyaya bağlı agentura şəbəkəsinin olmasına dair xəbərlər yayılmağa başladı.

Məsələ iyulun 24-ü Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi ilə başladı.

Yayılan xəbərlərə görə, sözügedən şəbəkənin rəhbəri Ramiz Mehdiyev, eləcə də digər üzvlər ordu rəhbəri olmuş Nəcməddin Sadıqov, Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Azad Rəhimov, Eldar Mahmudovdur.

Adıçəkilən şəxslərin hər biri Azərbaycanda vəzifədən uzaqlaşdırılan şəxslərdir.

Eyni zamanda Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir.

Eləcə də Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun vəzifəsindən azad edilməsi və bu kontekstdə keçmiş deputat Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilir.

Hətta E.Mirbəşirin Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırılmasından danışılıb.

Bildirilir ki, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil, Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirlərdir.

Gununsesi.info Elşad Mirbəşiroğlunun məsələ ilə bağlı fikirlərini öyrənib.

O, barəsində səslənən bu məlumatların absurd, yalan, şər olduğunu bildirib:

“Eyni zamanda bu mənə qarşı xüsusi olaraq təşkil edilən kampaniyadır.
Hansısa şəbəkənin üzvü olmağımla bağlı yayılan məlumatlar tamamilə absurddur, qərəzlidir. Mən hər zaman açıq şəkildə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış etmişəm. Bu mövqeyimi də belə əsaslandırmışam ki, Rusiya regionda kifayət qədər təsirli, güclü olan qonşumuzdur və Azərbaycan-Rusiya münasibətlərinin xarakteri bütövlükdə regionda çox təsirli amil rolunda çıxış edir. Bu mənim mövqeyimdir və hər zaman televiziya və saytlar vasitəsi ilə iki ölkə arasında münasibətlərin inkişafının tərəfdarı olmuşam. Kimlərsə bunu bir alət kimi mənə qarşı yönəltməyə çalışırsa, deməli hansısa sifarişlə hərəkət edirlər”.

O, eyni zamanda bildirib ki, Rusiya ilə aramızda olan strateji müttədiqlik sazişinin olmasını heç kəs unutmamalıdır:

“Azərbaycanla Rusiyanın strateji müttəfiqlik sazişinin olmasını heç kəs unutmamalıdır. Mən hər zaman Rusiya ilə bağlı möveyimi onunla əsaslandırmışam ki, Azərbaycan bütün qonşu dövlətlərlə sülh, əməkdaşlıq şəraitində münasibətlər qurur. Bununla yanaşı, Rusiyada çoxsaylı soydaşımız yaşayır, orada həyatlarını, fəaliyyətlərini qurublar”

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyul 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri