Icma.az
close
up
RU
Rusiya Almaniya kanslerinə xəbərdarlıq etdi: “Atan faşistlərə xidmət edib” Kəşfiyyat Xidmətindən şok Bəyanat

Rusiya Almaniya kanslerinə xəbərdarlıq etdi: “Atan faşistlərə xidmət edib” Kəşfiyyat Xidmətindən şok Bəyanat

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Rusiya Xarici Kəşfiyyat Xidməti Almaniya kansleri Fridrix Merzə xəbərdarlıq edib.

Hurriyyet.az bildirir ki, bununla bağlı Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidmətinin yaydığı Bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, bir çox avropalı ekspertlər Ukrayna böhranının həlli ilə bağlı Rusiya və ABŞ arasında dialoqun təşviqi kontekstində Almaniya kansleri F.Mersin sərt anti-Rusiya ritorikası qarşısında çaşqınlıq içindədirlər.

Xatırladaq ki, kansler Merz bir neçə gün əvvəl sosial şəbəkədə paylaşımında Putini hərbi cani adlandırıb və ona qarşı yumşaqlıq göstərməməyə çağırıb.

Rusiya Kəşfiyyat Xidmətinin Bəyanatında Fridirx Merzin tərcümeyi-halı açıqlanıb.

“Kansler babasının və atasının vəsiyyəti ilə böyüyüb. Yozef Paul Sovini və Yoahim Merz faşist rejiminə sədaqətlə xidmət ediblər. Fridrix Sovet İttifaqı tərəfindən nasist Almaniyasının məğlubiyyətinin qisasını almaq ideyasını daşıyıb. Uşaqlıqdan onda intiqam hissi artıb və siyasi karyerasına başlayandan sonra hər şeyi tükəndirən ehtiras şəklini alıb”-deyə açıqlamada vurğulanır.

Rusiya Kəşfiyyat İdarəsi bildirir ki, bütün bunların fonunda aydın olur ki, Merz Almaniyanın Federal Kansleri seçildikdən sonra nə üçün Zelenskiyə Rusiya ərazisinə zərbələr endirmək üçün alman “Taurus” qanadlı raketlərinin verilməsinə zəmanət verib.“Etiraf edək ki, Kansler Almaniyanın Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakının risklərini nəzərə alır. Bununla bağlı o, Kiyevə bu cür silahların verilməsində Berlinin iştirakını mümkün qədər gizlətmək barədə göstəriş verib. Raket komponentlərindən zavod işarələri çıxarılır, ayrı-ayrı hissələr dəyişdirilir. Bununla belə, Merz bu raketlərin Ukraynaya göndərilmiş alman hərbçiləri tərəfindən idarə olunacağından qaça bilməz. Çünki ukraynalıların təlimi çox uzun çəkəcək və “Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi dağılana qədər həyata keçirilməyə bilər”.

Bəyanatda deyilir ki, Merzin intiqam almaq istəyi Almaniyanın siyasi elitasında artan narahatlığa səbəb olur. Hətta kanslerin hakim koalisiyadakı partnyorları belə unutmayıblar ki, keçmişdə Almaniya ilə Rusiya arasında baş verən bütün hərbi toqquşmalar almanlar üçün pis başa çatıb. Alman siyasətçiləri “Tauras” raketlərindən istifadənin cavab zərbəsinə səbəb ola biləcəyindən qorxurlar. “Bu halda Almaniyanın bütün ərazisi risk altında olacaq” -deyə Rusiya bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Sentyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri