Rusiya bazası yaxınlığında döyüş: 48 nəfər öldü
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiya aviabazasının yerləşdiyi Suriyanın Latakiya əyalətində təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında şiddətli toqquşmalar olub.
Axar.az xəbər verir ki, bu barədə Londonda yerləşən Suriya İnsan Haqlarını Müşahidə Qrupu məlumat yayıb.
Məlumata görə, döyüşlər zamanı azı 48 nəfər həlak olub.
Qeyd olunub ki, bunlar dekabrda Əsədin devrilməsindən sonra ən şiddətli toqquşmalardır:
“Ölənlər arasında 16 təhlükəsizlik işçisi, 28 Əsəd tərəfdarı və dörd mülki şəxs var”.
Xatırladaq ki, ötən gün eks-prezidentin tərəfdarlarının Aralıq dənizi sahilindəki Cəblə şəhəri ərazisində nəzarət-buraxılış məntəqələrindən birinə hücum etdiyi barədə xəbər yayılmışdı. Rusiyanın Xmeymim aviabazası bu yerin yaxınlığında yerləşir.
Suriya ordusu artıq Əsəd tərəfdarları ilə mübarizə aparmaq məqsədilə Latakiya və Tartusa daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 Mart 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















