Icma.az
close
up
RU
Статья не опубликована
Rusiya bu qədər böyük bir müharibəyə hazır deyil

Rusiya bu qədər böyük bir müharibəyə hazır deyil

Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiyanın qonşu Skandinaviya ölkələri mümkün Üçüncü Dünya Müharibəsi ilə bağlı həyəcan təbili çalıb. Vətəndaşlarına müharibə və böhranla bağlı məlumatlandırmalar edən Skandinav ölkələri hazırlıqlara başlayıb. Digər ölkələr də vətəndaşlarına müharibə ilə bağlı məsləhətlər verib”.

“Skandinaviya ölkələrinin ikisi və Baltikyanı ölkələr faktiki olaraq NATO üzvüdürlər. Hətta sonuncular elə İsveçlə Finlandiyadır. Üçüncü Dünya müharibəsi dedikdə də mümkün Rusiya- NATO qarşıdurmasından bəhs olunur. Belə bir müharibənin baş verəcəyini real hesab etmirəm. Rusiya bu qədər dövlətlə müharibəni gözə ala bilməz. Nüvə silahından istifadə etsə belə, bu qədər ölkəyə nüvə silahı atmaq planetin məhvi deməkdir. Rusiyanın belə bir şeyi gözə alacağını düşünmürəm. Təbii olaraq vəziyyətin gərginliyini göstərmək üçün atılan addımdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Siyasi şərhçi qeyd edib ki, bir çox hallarda Avropa ölkələri əslində bu tipli bəyanatlarla bir növ daxildəki bu problemlərdən insanların diqqətini yayındırmağa çalışır.

“Ümumiyyətlə, ənənəvi bir siyasi metoddur. İqtidarlar bir çox hallarda müharibə ilə daxili auditoriyanı hər zaman nəzarətdə saxlamağa çalışırlar. Bu, Qərb üçün də belə keçərlidir. Hər nə qədər demokratik və inkişaf etmiş ölkələr olsalar da, onlar da əslində bundan istifadə edirlər. Qərb üçün hər zaman ənənəvi bir düşmən dövlət obrazı olub. Bu gün də Rusiyadır. Amma Rusiyanın tərəfindən baxdıqda Rusiya bu qədər böyük bir müharibəyə hazır deyil. Hələ Ukrayna müharibəsində belə tam qələbə qazanmamışkən, NATO-nun qarşısını almaq nə deməkdir? NATO ilə müharibə aparmaq faktiki olaraq mühasirəyə düşmək kimi bir şeydir. Çünki Rusiyanın Uzaq Şərqdəki regionları Amerika, Kanada ilə sərhəddir. Digər tərəfdən NATO ölkələrini nəzərə alsaq, deyə bilərik ki, Rusiya belə bir müharibəyə hazır deyil. Belə bir müharibəyə girmək də intihardan başqa bir şey deyil”.

Rəfiqə NAMAZƏLİYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 21 Noyabr 2024 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri