Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan mərum edir Azərbaycanlılar da olacaq?
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Daxili İşlər Nazirliyi (DİN) noyabrın 23-dən ölkə vətəndaşlığını qəbul etmiş, lakin andiçmə prosedurundan keçməmiş şəxsləri Rusiya Federasiyasının vətəndaşı statusundan məhrum etməyə başlayır.
Modern.az xəbər verir ki, müvafiq normalar Rusiya Federasiyası Prezidentinin vətəndaşlıq məsələləri ilə bağlı fərmanında müəyyən edilib.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi noyabrın 22-nin bu kateqoriyadan olan vətəndaşlar üçün and içmək üçün son tarix olduğunu açıqlamışdı.
“Belə şəxslər 2024-cü il noyabrın 23-dən Rusiya vətəndaşlığını almamış hesab ediləcək və onların Rusiya vətəndaşlığını qəbul etmələri ilə bağlı qərarları etibarsız sayılacaq”, - deyə DİN bildirib.
Bununla belə, fərmanın müddəaları and içmək öhdəliyinin qüvvəyə mindiyi 2017-ci il sentyabrın 1-dən əvvəl Rusiya vətəndaşlığını almış və ya vətəndaşlıq alarkən ondan azad edilmiş şəxslərə şamil edilmir.
Rusiyada çox sayda azərbaycanlının olduğunu nəzərə alsaq, belə sanksiyaların Rusiya vətəndaşlığını qəbul etmiş soydaşlarımıza da şamil ediləcəyi istisna deyil.
Baxış sayı:68
Bu xəbər 23 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















