Rusiya Ermənistan yolu bağlanıb: Qaz çatışmazlığı Azərbaycan benzininin satışını sürətləndirir
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Erməni ekspertlər iddia edirlər ki, Ermənistanda Azərbaycan benzinini satmaq üçün süni maye qaz çatışmazlığı yaradıla bilər.
Reyting.az xəbər verir ki, bu məsələni Ermənistanda nəşr olunan “Jogovurd” qəzeti gündəmə gətirib.
“Bir gün əvvəl maye qazın qiyməti 30-40 dram artdı və axşama doğru yanacaqdoldurma məntəqələrində maye qaz qıtlığı yarandı”,- nəşr bildirir.
Günün sonuna qədər maye qazın qiyməti tədricən 250 dram səviyyəsinə qalxıb. Sürücülər həyəcan təbili çalaraq xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, qıtlıq yaranacaq və bu da Azərbaycan benzininin daha da sürətlə satılmasına səbəb olacaq.
Ermənistan Rəqabət və İstehlakçıların Hüquqlarını Müdafiəsi Komissiyasının sədri Geqam Gevorqyan qiymət artımının səbəblərindən biri kimi Yuxarı Lars keçid məntəqəsinin bağlanmasını göstərib.
Xatırladaq ki, Ermənistan maye qazı əsasən Rusiyadan, həmçinin İran və İraqdan idxal edir.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Yanvar 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















