Rusiya hərbçiləri Zaporojye qəsəbəsini tutublar
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya hərbçiləri Donetsk vilayətinin Zaporojye qəsəbəsini tutublar. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Vostok” qüvvələr qrupunun bölmələri düşmənin müdafiəsinin dərinliklərinə doğru irəliləməyi davam etdirib və qətiyyətli hərəkətlər nəticəsində Donetskin Zaporojye qəsəbəsini nəzarətə götürüb”, - Rusiya hərbi idarəsinin bəyanatında deyilir.
Bundan əlavə, ötən gecə Rusiya Silahlı Qüvvələri Donbassdakı Ukrayna Silahlı Qüvvələri qruplaşmalarını yanacaqla təmin edən hərbi aerodromun infrastrukturuna və yanacaq-energetika kompleksi obyektinə yüksək dəqiqlikli hava, quru və dəniz silahları, eləcə də zərbə PUA-ları ilə qrup zərbəsi endirib.
"Zərbənin məqsədinə nail olunub. Bütün təyin olunmuş hədəflər vurulub", - nazirlikdən bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 21 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















