Icma.az
close
up
RU
Rusiya ilə əlaqəsi kəsilən Fransa, iqtisadi gücünü və enerji mənbəyini Türküstan da qurmağa çalışır

Rusiya ilə əlaqəsi kəsilən Fransa, iqtisadi gücünü və enerji mənbəyini Türküstan da qurmağa çalışır

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Avropa İttifaqı ilə Mərkəzi Asiya dövlətləri arasında, ya da Türküstan dövlətləri arasındakı münasibətlərin tarixi müstəqillikdən sonraya təsadüf edir. 1991-ci ildən etibarən bu proses müxtəlif proqramlarla davam edir. Xüsusilə 2019-cu ildən etibarən Avropa İttifaqı ilə, Avropa Birliyi ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər daha da inkişaf edib. Bunun əsas səbəblərindən biri Mərkəzi Asiya respublikalarının öz müstəqilliyi, öz enerji mənbələri, özlərinin siyasi münasibətlərin inkişaf etməsidir. Digər motiv, Avropa Birliyi 2019-cu ildə Mərkəzi Asiya dövlətləri ilə inkişafı üçün xüsusi strategiya ortaya qoydu. Bu strategiya çərçivəsində bölgəyə maraq artıb və bu maraqlar 2022-2023-cü illərdə müxtəlif görüşlər, xarici işlər nazirləri, Avropa ölkələrinin, Avropa Birliyinin müxtəlif nümayəndələrinin, başda ən yuxarıda ali dərəcəli rəsmilər olmaq üzrə bölgəyə gəlməsi, Avropa Birliyinin aktiv üzvlərinin, xüsusən Fransanın bu bölgəyə yönəlik baxışları keçdiyimiz dövrlərdə bölgəyə xüsusi bir fəallıq qazandırır”.

Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Nazim Cəfərsoy danışıb. Siyasi şərhçi qeyd edib ki, ümumi mənada Avropa Birliyi ilə Mərkəzi Asiya dövlətləri arasında, Türküstan dövlətləri arasındakı münasibətlərin, bugünkü proseslərin və xüsusən də Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı məsələlərin arxasında əslində üç motiv yatır.

Nazim Cəfərsoy

“Bu motivlərdən birincisi geosiyasi motivdir. Bu geosiyasi motiv çərçivəsində Avropa, Avropa Birliyi bu günkü dünyada Rusiya, Çin və ABŞ-la gərilən münasibətlər fonunda özü üçün Mərkəzi Asiyaya bir geosiyasi açılım coğrafiyası olaraq görür. Xüsusən Rusiya və ABŞ arasındakı müəyyən müəyyən gərginliklər fonunda Çin bazarı ilə əlaqələr üçün Orta Asiya, Mərkəzi Asiya xüsusi bir geosiyasi sahə kimi əhəmiyyət daşımaya başlayıb. Türk dövlətləri istiqamətində baxdığımız zamanda, bu bölgə - Türküstan coğrafiyası həm Çinin, həm Rusiyanın, həm də ABŞ-ın güc oyunları üçün geosiyasi önəm daşıyır. Xüsusilə, bu məsələyə Hindistan da son dövrlərdə daxil olub. Bu konyekturada Avropa Birliyinin də bölgədə fəallaşması ilə, Türküstan coğrafiyasında daha çox balans siyasəti aparmağa çalışırlar. Böyük gücləri balanslaşdırmağa çalışırlar. Bu çərçivədə onlar üçün də geosiyasi faktor baxımından önəmlidir”-deyən siyasi şərhçi bildirib ki, geosiyasi faktorla yanaşı, bir başqa önəmli faktor iqtisadi faktordur.

“İqtisadi faktor baxımından da Avropa Birliyi ilə Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlərin xüsusi əhəmiyyəti var. Mərkəzi Asiya dövlətləri xüsusən başda enerji mənbələri olmaqla geniş xammal mənbələrinə sahibdirlər. Onlar özləri üçün bazar axtarırlar və Avropa Birliyi ölkələri də bu kontekstdə zənginlik baxımından önəmlidir. Üstəlik, bu ölkələr öz iqtisadi inkişafları üçün yatırıma, texnologiyaya ehtiyac duyurlar. Avropa Birliyində də bunlar var. Eyni şəkildə Avropa Birliyi xüsusən enerji mənbələri baxımından Rusiya-Ukrayna savaşından sonra münasibətlərini balanslaşdırmaq üçün, Amerika ilə münasibətlərdə Trampın gəlişindən sonra problemlərin yaranması fonunda Orta Asiyanın zəngin enerji mənbələri, zəngin enerjinin, buradakı xammalın daşınması, buralara investisiya qoyulması və bu bazarlara Avropa malların gətirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir”-deyən Nazim Cəfərsoyun fikrincə, bir başqa məqam ondan ibarətdir ki, bu bölgədə başda Qazaxıstan olmaqla ciddi uranium qaynaqları var.

“Bilirsiniz ki, uranium nüvə enerjisi üçün, yaşıl enerjisi üçün əhəmiyyətli sayılır. Makron da bir neçə dəfə bu bölgəyə səfər etmişdi, xüsusən Qazaxıstan və Özbəkistana getmişdi. Fransa öz enerji mənbələrinin təxminən 3/1-dən çoxunu nüvə enerjisindən qarşılayır və bu nüvə enerjisi üçün lazım olan uraniumu da Rusiyadan alır. Hazırda Rusiya ilə bu məsələlərdə ciddi problemlər yaşamağa başlayıb. Digər tərəfdən Fransa bunu aldığı Afrika ölkələrində də ciddi siyasi məğlubiyyətlər alır. Afrikadakı ölkələr Fransa ilə münasibətləri pozmağa başlayıblar. Bu kontekstdə uraniuma ehtiyacı var. Fransanın öz enerji mənbələri, iqtisadiyyatı və atom elektrik stansiyaları üçün xüsusi maraq göstərir. Fransa bu bölgəyə xüsusi maraq göstərəndə, eyni zamanda enerji və iqtisadi baxımdan burada rəqiblərini, bu çərçivədə Türkiyə və s. onların buradakı güclü imkanlarını da məhdudlaşdırmağa çalışır. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının "dinamitlənməsi" də Fransa üçün əhəmiyyətlidir.

Azərbaycan da Fransanın bölgədə siyasəti Cənubi Qafqaz siyasətinin davamı kimi də görülə bilər. Burada Azərbaycan əleyhdarı yanaşma daha çox önə çıxır. Eyni şəkildə Türküstanda da Azərbaycan əleyhdarı yanaşma önə çıxır. Çünki Azərbaycan Türk dünyasını xarici siyasətdə prioritet elan etmişdi. İndi Şimali Kipr faktoru səbəbi ilə bu məsələ də orada Azərbaycanın Türk dünyası ilə münasibətlərə zərər verəcək bir "dinamit" rolunu oynamağa başlayacaq. Bu kontekstdə də Fransanın burada fəallığının izlərini görmək mümkündür”-deyə Nazim Cəfərsoy əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri