Rusiya iqtisadiyyatı “soyuyur”: kadr çatışmazlığı var, ancaq maaş artımı da zəifləyib FT
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyada işsizliyin rekord dərəcədə aşağı səviyyədə qalmasına baxmayaraq, maaşların artım tempi zəifləyib. Bu isə müharibə şəraitində Rusiya iqtisadiyyatının soyumasının növbəti əlamətidir.
Qaynarinfo "Financial Times”a istinadla yazır ki, noyabr ayında yeni işçilər üçün maaşlar illik ifadədə cəmi 6,9% artıb. Halbuki yanvar ayında bu göstərici 18,9% idi. Eyni zamanda ölkədə işsizlik səviyyəsi rekord dərəcədə aşağı – 2,2% olaraq qalır.
Kiyev İqtisadiyyat Məktəbinin Rusiya iqtisadiyyatı üzrə eksperti Elina Rıbakova qeyd edib ki, maaş artımının ləngiməsi digər göstəricilərə də təsir edəcək:
"Maaşların zəif artımı istehlak səviyyəsinin və bununla bağlı vergi daxilolmalarının da azalmasına gətirib çıxaracaq”.
Onun sözlərinə görə, bu vəziyyət dövlət maliyyəsinə əlavə təzyiq yaradır. Sanksiyalar və neftin aşağı qiymətləri səbəbindən enerji gəlirləri azaldıqca Rusiya getdikcə daha çox vergi gəlirlərindən asılı vəziyyətə düşür.
Bununla yanaşı, Rusiyada bütün sahələr üzrə vakansiyaların sayı azalıb. Ən böyük azalma mədən sənayesi və nəqliyyat sektorunda qeydə alınıb.
Rəsmi Rusiya statistikası da 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğaldan sonra başlayan hərbi bumdan sonra iqtisadiyyatın soyuduğunu göstərir. Həmin dövrdə Moskva fiskal məhdudiyyətləri yumşaltmış, əvvəlki enerji gəlirlərindən toplanan ehtiyatları silah istehsalına və hərbçilərin maaşlarına yönəltmişdi.
Neft satışından əldə olunan gəlirlər hesabına Rusiya iqtisadiyyatı 2023–2024-cü illərdə 4%-dən çox artım göstərmişdi. Lakin iqtisadiyyat artıq ötən ildən etibarən soyumağa başlayıb və 2025-ci ildə ÜDM artımının ən yaxşı halda 1%-ə çatacağı gözlənilir.
Rusiya dövlətinə məxsus iqtisadi analitik mərkəzin rəhbəri Dmitri Belousov vəziyyəti belə dəyərləndirib:
"Rusiya iqtisadiyyatında vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib. İqtisadiyyat 2023-cü ilin əvvəlindən bəri ilk dəfə staqflyasiya həddinə gəlib çatıb”.
Buna baxmayaraq, işçi qüvvəsi çatışmazlığı hələ də kəskin olaraq qalır. Əmək Nazirliyinin məlumatına görə, qarşıdakı beş il ərzində Rusiyaya 3 milyondan çox yeni işçi lazım olacaq. Hazırda ölkədə işçi çatışmazlığı 25%-dən yüksəkdir, bu da müharibədən əvvəlki dövrlə müqayisədə dörd dəfə çoxdur.
"The Washington Post” yazıb ki, Rusiya iqtisadiyyatı ən təhlükəli dövrünə daxil olur. Ehtiyatların tükənməsi və neft, bank sektoruna qarşı sanksiyalar səbəbindən 2026-cı il maliyyə böhranı ilə nəticələnə bilər.
Bundan əvvəl CNN xəbər vermişdi ki, sanksiyalar və müharibəyə həddindən artıq xərclər Rusiya iqtisadiyyatının müxtəlif sahələrində artan problemlər yaradır. Bununla belə, mövcud iqtisadi vəziyyət Rusiyaya müharibəni ən azı daha 3–5 il davam etdirməyə imkan verir.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Dekabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















