Icma.az
close
up
RU
Rusiya kəşfiyyatı ABŞın çevriliş planını ifşa etdi: Ağ Ev Paşinyanı “topal ördək” vəziyyətinə salacaq

Rusiya kəşfiyyatı ABŞın çevriliş planını ifşa etdi: Ağ Ev Paşinyanı “topal ördək” vəziyyətinə salacaq

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rus kəşfiyyatının məlumatı doğrudursa, ABŞ və Qərb Paşinyan hakimiyyətinə artıq qətiyyən güvənmir, ona görə də, Ermənistanda yeni Qərb yönümlü siyasi düşərgənin formalaşdırılmasına başlanılıb... Böyük ehtimalla növbəti parlament seçkilərində Paşinyan hakimiyyətinin dəyişdirilməsinə cəhd göstəriləcək, ABŞ və Qərb özünə sadiq yeni siyasi düşərgənin Ermənistan parlamentinə yerləşməsinə çalışacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz uğrunda mübarizədə qüvvələr nisbəti dəyişməyə başlayıb. Belə ki, ABŞ və Qərb Gürcüstanda keçirilən son parlament seçkilərinin yekun nəticələrini öz geopolitik maraqlarına uzalaşdırmağa nail ola bilmədi. Əksinə, son proseslər onu göstərir ki, belə davam edərsə, ABŞ və Qərb Gürcüstana nəzarəti ələ keçirtməklə, Cənubi Qafqazda qüvvələr nisbətini öz xeyrinə dəyişmək şansını itirə bilər. Yəni, Gürsüctanı Ermənistanın açdığı “Qərbə inteqrasiya” yoluna sürükləmək plana iflasa uğramaq üzrədir. Və bu, Qərb siyasi dairələrinin Cənubi Qafqazda ən böyük uğursuzluğu sayıla bilər.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın gələcək taleyinin də böyük ölçüdə məhz Gürcüstanda keçirilmiş parlament seçkilərinin geopolitik nəticələrindən asılı olacağı qətiyyən şübhə doğurmurdu. Çünki Gürcüstanda hakimiyyət dəyişikliyi və “Qərbə inteqrasiya” siyasətinə keçməsi Ermənistanın Cənubi Qafqazda geopolitik mövqelərini möhkəmləndirə bilərdi. Ən əsasısa, rəsmi İrəvan bu halda, ABŞ və Qərbin Ermənistana yerləşdirilməsi prosesində, eləcə də, Rusiya əleyhinə atmağı planlaşdırdığı addımlarda daha qətiyyətli davranmaq şansı qazana bilərdi. Və bu səbəbdən də, Paşinyan hakimiyyəti böyük narahatlıqla, məhz Gürcüstanda cərəyan edən siyasi proseslərin nəticələrini müşahidə edirdi.

Ancaq indi artıq Paşinyan hakimiyyətinin Gürcüstanla bağlı ümidləri boşa çıxıb. Rəsmi İrəvan anlayır ki, Gürcüstanın bundan sonra Ermənistanın açdığı “Qərbə inteqrasiya” çığırı ilə irəliləmə ehtimalı yoxdur. Ona görə də, son vaxtlar rəsmi İrəvan Ermənistanı məhz Gürcüstanın üstünlük verdiyi geopolitik kursa yaxınlaşdırmağa cəhd göstərir. Və Qərb siyasi dairələri də belə ehtimalın reallığa çevrilə biləcəyini əvvəlcədən bilməmiş deyildilər.

Məsələ ondadır ki, son vaxtlar ABŞ və Qərbin Paşinyan hakimiyyəti daxilində yeni qruplaşma yaratmağa nail olduğu barədə məlumatlar mövcuddur. Eyni zamanda, baş nazir Nikol Paşinyanın ardıcıl şəkildə istefaya göndərdiyi yüksək rütbəli məmurların böyük əksəriyyətinin məhz “Qərbə sadiq” yeni qruplaşmanın təmsilçiləri olduğu bildirilir. Bəzi iddialara görə, bu qabaqlayıcı addımlarla erməni baş nazir rəsmi İrəvanın Rusiyaya doğru geriyə dönüş edəcəyi təqdirdə, Qərbə bağlı “müqavimət qrupu”nun törədə biləcəyi əngəlləri əvvəlcədən neytrallaşmaq məqsədi güdür. Və rəsmi İrəvanın davranışlarında Rusiya ilə Qərb arasında növbəti dəfə prinsipial seçim ehtimalının qətiyyən uzaqda olmadığı müşahidə edilir.

Maraqlıdır ki, Rusiya ərazisində keçirilən toplantılarda iştirakdan yayınma vərdişləri olan rəsmi İrəvan bu dəfə gözlənilmədən tamamilə fərqli taktika seçib. Belə ki, Paşinyan hakimiyyəti Avrasiya İqtisadi İttifaqının növbəti zirvə toplantısının Rusiyada keçirilməsi xahişi ilə Kremlə rəsmi müraciət göndərib. Nəticədə Kreml bundan məmnun olub və Ermənistan baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçiriləcək həmin zirvə toplantısının Sankt-Peterburqda təşkil olunmasını öz üzərinə götürüb. Və bu, rəsmi İrəvanın Rusiyanın orbitinə geri dönüş qərarına doğru atılmış ilkin addımlardan biri hesab olunur.

Digər tərəfdən, rəsmi İrəvanın dolayısı mesajlarından uzaqgedən nəticələr çıxaran Kreml Ermənistanın tezliklə KTMT çərçivəsində də öz fəaliyyətini yenidən bərpa edəcəyinə əminlik ifadə edib. Belə ki, Rusiya siyasi dairələri israrla vurğulayırlar ki, Ermənistanın təhlükəsizliyini yalnız KTMT çərçivəsində hərbi müttəfiqlik yəmin edə bilər. Və KTMT-nın qapılarının Ermənistanın üzünə həmişə açıq qalacağını qabardırlar.

Maraqlıdır ki, Kreml rəsmi İrəvana Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri dövründə hakimiyyət dəyişikliyi planı qurulması barədə də xəbərdarlıq edib. Rusiya Xarici Kəşfiyyat Xidmətinə istinadən yayılan məlumata görə, ABŞ Dövlət Departamentində Ermənistanın Qərblə yaxınlaşma kursuna sadiq qalacağına böyük şübhə ilə yanaşırlar. Ağ Evdə hesab edirlər ki, “pul saymağı bacaran” ermənilər zaman keçdikcə, ənənəvi regional əlaqələrin kəsilməsinin Ermənistanın təhlükəsizlik maraqlarına sonradan bərpası mümkün olmayacaq zərbələr vurduğunu dərk etməyə başlayacaqlar.

Rusiya kəşfiyyatı etibarlı mənbələrdən əldə etdiyi məlumatlara əsasən iddia edir ki, indi ABŞ siyasi dairələri rəsmi İrəvanın “demokratik yol”dan uzaqlaşma ehtimalının qarşısını necə almağın mümkünlüyü barədə düşünürlər. Ağ Ev hələlik əsas çıxış yolu kimi, Ermənistanın “qeyri-etibarlı” hakimiyyətini Qərbə sadiq siyasi qüvvələrin təzyiqləri altına salınmasının planlarını qurmağa başlayıb. Bu məqsədlə də ABŞ-ın qlobalist “demokratikləşmə” dairələri Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika adına”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası” və Levon Şirinyanın “Xristian Demokrat” partiyalarını vahid alternativ güc mərkəzində birləşdirmək niyyətinə düşüblər.

Nə qədər qəribə də olsa, ABŞ Dövlət Deportamentinin Ermənsitanda keçiriləcək parlament sekçilərinin nəticələrinə Paşinyan hakimiyyətinin əleyhinə müdaxilə etməyə çalışacağı bildirilir. Belə ki, Qərb yönümlü hesab olunan həmin partiyaların 2026-cı ildə parlamentə daxil olmalarını təmin etmək üçün indidən siyasi dəstək verilməyə başlayıb. Və ən əsasısa, Qərbə sadiq yeni siyasi düşərgəyə Paşinyan hakimiyyətinə Rusiyanın orbitinə dönüş cəhdi göstəriləcəyi təqdirdə, əngəl törətmək tapşırılıb.

Rusiya kəşfiyyatı iddia edir ki, ABŞ və Qərbin əsas niyyəti Ermənistanı demokratiləşdirmək deyil, bu ölkəni tamamilə öz maraqlarına tabe etdirməkdən ibarətdir. Eyni zamanda, rus kəşfiyyatı Paşinyan hakimiyyətinə ABŞ və Qərbin oxşar cəhdlərinin digər ölkələrdə hansı nəticələri verdiyini daha diqqətlə təhlil etməyə çağırmağı da qətiyyən unutmayıb. Və bu, o deməkdir ki, Ermənistan uğrunda mübarizədə artıq “casus” oyunları daha ön plana keçməyə başlayıb.

Belə anlaşılır ki, əgər, rus kəşfiyyatının məlumatı doğrudursa, ABŞ və Qərb Paşinyan hakimiyyətinə artıq qətiyyən güvənmir. Ona görə də, Ermənistanda Paşinyan hakimiyyətini əvəzləyəcək yeni Qərb yönümlü siyasi düşərgənin formalaşdırılmasına başlanılıb. Böyük ehtimalla növbəti parlament seçkilərində Paşinyan hakimiyyətinin dəyişdirilməsinə cəhd göstəriləcək. Əgər, bu, mümkün olmazsa, ABŞ və Qərb özünə sadiq düşərgənin Ermənistan parlamentinə yerləşməsinə çalışacaq. Və bu, son nəticədə baş nazir Nikol Paşinyanın “topal ördək” vəziyyətinə düşməsinə də yol aça bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Noyabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri