Icma.az
close
up
RU
Rusiya Qarabağla bağlı manipulyativ ritorikaya qayıdır Bakı təzyiqlərə susmayacaq

Rusiya Qarabağla bağlı manipulyativ ritorikaya qayıdır Bakı təzyiqlərə susmayacaq

Icma.az, Olke.az saytına istinadən bildirir.

Rusiya dövlət təbliğat maşını Azərbaycanın Qarabağ regionu ilə bağlı məsələni yenidən gündəmə gətirərək, "Artsax" kimi separatçı toponimlərdən istifadə etməklə, həmçinin Qarabağdan köç etmiş erməniəsilli sakinlərin mövzusunu manipulyasiya etməklə açıq-aşkar siyasi təzyiq göstərməyə çalışır. Bu cür ifadələr, o cümlədən Vladimir Medinskinin "Russia Today" telekanalına verdiyi müsahibədə söylədiyi qeyri-iradi kimi təqdim edilən fikirlər bütöv bir informasiya strategiyasının tərkib hissəsidir.

Ölkə.Az-ın verdiyi məlumata görə, bu barədə Baku TV-nin hazırladığı süjetdə bildirilir.

Müəllif vurğulayır ki, vahid siyasi xəttin tərkib hissəsi olan bu manipulyativ ifadələr Rusiya dövlət telekanallarında və sosial media platformalarında məqsədli şəkildə yayılır: "Məqsəd bir vaxtlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan və dost münasibət sərgiləyən Rusiya mediasının təbliğat kursunu dəyişmək, açıq şəkildə düşmənçilik mövqeyi nümayiş etdirməkdir".

Məsələn, buna nümunə olaraq avqustun 6-na keçən gecə Rumıniya sərhədi yaxınlığında ABŞ və Azərbaycandan Ukraynaya qaz nəql edilən qaz infrastrukturu obyektini Rusiyanın onlarla pilotsuz uçuş aparatı ilə vurmasını göstərib.

"Rusiya dövlət kanalının təbliğatçısı Ruslan Ostaşko bu hücumu açıq şəkildə "Bakıya siqnal" adlandırıb və bildirib ki, Moskva Azərbaycan tərəfindən Rusiyanın başı üzərindən həyata keçirilən istənilən enerji marşrutlarını dayandırmağa çalışacaq. Belə çıxır ki, təbliğatçı kuklalara artıq "Azərbaycanı müstəqil enerji siyasəti aparmaq və özünə sərfəli olanlarla əməkdaşlıq etmək suveren hüququna görə təhdid etmək" təlimatı verilib. Diqqətəlayiq haldır ki, bütün bunlar Uitkoffun Moskvaya səfəri fonunda baş verir və düşünsək, Rusiyanın mifik geosiyasi maraqlarına deyil, neft maqnatlarının quldur məntiqinə işarə edir", - deyə süjetdə bildirilir.

Qeyd olunur ki, lakin bu ssenarinin müəlliflərinin gözləntilərinə baxmayaraq, Rusiyanın Azərbaycana təzyiq üçün əlində ciddi rıçaqlar qalmayıb. Bakı artıq bir neçə dəfə bu cəhdləri neytrallaşdırdığını və istənilən addımı asanlıqla cavabsız qoymayacağını nümayiş etdirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Avqust 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri