Icma.az
close
up
RU
Rusiya qərar verdi azərbaycanlıların işi çətinləşdi: Bakının cavabı ləngimədi

Rusiya qərar verdi azərbaycanlıların işi çətinləşdi: Bakının cavabı ləngimədi

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Rusiyaya daxil olan miqrantların statusuna nəzarəti asanlaşdırmaq üçün onların şəxsi və biometrik məlumatlarından ibarət rəqəmsal profil yaradılacaq. Belə ki, iyunun 30-dan etibarən Rusiyaya istənilən buraxılış məntəqəsindən daxil olan xarici vətəndaşlar barmaq izlərini və fotoşəkillərini təqdim etməlidirlər.

Dəyişikliklər Belarus vətəndaşlarına, altı yaşına çatmamış uşaqlara, xarici ölkələrin Rusiyadakı diplomatik nümayəndəlik və konsulluqlarının əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların əməkdaşlarına şamil edilməyəcək.

Bu qərar azərbaycanlıların Rusiyaya gedişinə təsir edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Rusiya artıq uzun müddətdir ki, miqrantlarla bağlı siyasətin sərtləşdirilməsi istiqamətində addımlar atır.

Onun sözlərinə görə, hər belə addım təbii olaraq Rusiyaya gedən və orada bu və ya digər şəkildə yaşayan, işləyən Azərbaycan vətəndaşları üçün də təsirsiz ötüşmür:

Yusif Bağırzadə

“Bir neçə gün əvvəl Rusiyanın müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 günə endirildi. Bunun ardınca iyunun 30-dan etibarən Rusiyaya gedənlərdən həm də barmaq izi tələb edilməsi ilə bağlı qərar qəbul olundu ki, bu da vətəndaşlarımızın gedişinə, eyni zamanda Rusiya ərazisində qalmasına mənfi təsirini göstərəcək. Məlumdur ki, Azərbaycan olaraq biz hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edirik. Rusiyanın qanunvericiliyə müvafiq dəyişikliyindən sonra Azərbaycan da Rusiya vətəndaşlarının ölkəmizdə müvəqqəti qalma müddəti barədə qaydalara dəyişiklik edərək bu müddəti 1 il ərzində 180 gündən 90 günə endirib”.

Politoloq düşünür ki, analoji addım son dəyişikliklərlə bağlı da tətbiq edilməlidir:

“Yəni Rusiya bizim vətəndaşlarımızın ölkəyə girişi zamanı hansısa biometrik məlumatlarından ibarət rəqəmsal profil yaratmağı düşünürsə, bizim də oxşar dəyişiklik etməyimiz yaxşı olardı. Əgər Rusiya özünə strateji müttəfiq adlandırdığı bir ölkə olan Azərbaycanla digər dövlətlər arasında fərq qoymursa, bizim də buna uyğun addımlar atmağımız təbiidir”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri